‘Xoşbəxt’ Yazı Arşivi

PostHeaderIcon Qəzəl

Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!

Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!

Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!

Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!

Müəllif: Səməd vurğun

PostHeaderIcon Xoşbəxt insan şəkli

Həyatin kiçik şəklidir dəniz limanı…
Hər kəs səfər halında,
izdiham içində.
Hər kəs ayrı biçimdə:
cılız,
cüssəli,
qayğısız,
qüssəli…
Kimi uçun görüş yeridi bura,
Kimini isə ömürluk itirər kimi…
Gələnə gülə-gülə qucaq açanlar,
Gedənə ağlaya-ağlaya əl sallayanlar…
Ağlaya-ağlaya ürək açib,
Gülə-gülə yola salanlar da var mənim kimi…

Nə qarşılayanam bu gün,
Nə yola salanam.
Bu qədər adamin içində tənha adamam.
Gözümdən bu yana ötə bilməyənlər
yanımdan ötürlər.
Boylanıram sağa-sola,
Öpüşən səvgililərə baxıram gözlərim dola-dola…
Başımı aşağı dikirəm,
Dənizdən qəmli əksimi silirəm,
Nəmli gözlərimin altına bir təbəssüm atıram
imza kimi:
xoşbəxt olmağa dəniz yətməzmi ki?!

Müəllif: Leyla Mətin

Ara