‘türk şiirleri’ Yazı Arşivi

PostHeaderIcon Kürt Toyuq

Kimsə günahkarı günahlamadı
Qan tökən qansızlar qan ağlamadı
Mənə bu hökumət gün ağlamadı
Kürt toyuq, umudum sənə qalıbdı

Qiymət verən olsa neçə, sataram
Beşə gedənləri üçə sataram
Kitabım satılmır, cücə sataram
Kürt toyuq umudum sənə qalıbdır

Gözüm dolan qədər cibim də dolsun
Kitabım satılmaır cücəm satılsın
Cipim olan deyil-cip-cipim olsun
Kürt toyuq, umudum sənə qalıbdır

Indi ömür sürmək şərtlərə qalıb
Dərdləri ağlamaq dərdləə qalıb
daha çox umudlar kürtlərə qalıb
kürt toyuq, umudum sənə qalıbdır

Yazan: Bəxtiyar hidayət

PostHeaderIcon Kefli İsgəndərin O Dünyada Dediyi Sağlıq

Gəlin içək bunu da
Ölməyənlərin sağlığına
Ürəyi burda olub
Özü burda olmayanların sağlığına

===================xxxxxxxxxxxxxxx=======
Küçə qadınları
Küçə telefonlarna bənzər
Bir az pulundan keçib
Hamı danışa bilər

=============xxxxxxxxxxxxxxxx===========
BAŞ DAŞI
Zirvədən aşağı
düşən daş ki var
öz ucalığına baş daşı olar

============xxxxxxxxxxxxx========
….sən könüllər bağında bir şitiliydin
Mən də tər-təmiz qar
Ayağına yığılmışdım sənin
Ayağına düşmüşdüm sənin
Taleyimlə barışdım
Sənin eşqinlə əriyib tprpaqlara qarışdım
Məndən sonra o cah-cəlal dağıldı
Ömrünə bahar gəldi
Ayağına peyin yığıldı.

Yazan: Bəxtiyar hidayət


PostHeaderIcon Öncəgörmə

Küçədə qalan küçük,
nə mənim arxamca düşmüsən
hardan bildin ürəyimin yuxa olduğunu
çıxarıb sənəmi verim ürəyimi yuxa əvəzi
Sən bir vaxt xoşbəxt olmusan, balaca
ondaki gözlərin açılmamışdı
ondakı bü dünyanın üzünü görmürdün
yoxdu o günlərin daha əvəzi

Böyüyüb küçə iti olacaqsan
öz adın olmayacaq,
yalın olmayacaq
ətin olmayacaq
tə tapsan azca olacaq
zibil vedrələrinin səsinə qaçacaqsan
xanımlar “paşol” deyəcək
vəziyyət rusca olacaq

Güdəcəksən harda toy olduğunu, hüzür olduğunu
Veyil-veyil gəzəcəksən
səninçün vaxtın əhəmiyyəti olmayacaq
barı o dayanacaqda marşrut sürücülərinin
bir dəqiqə üstündə davasına bax
öyrən vaxtın qızıl olduğunu

Həə, onu da deyim
bir gün polislər gülləyəcəklər küçə itlərini
öləcəksən qardaş qırğınında
və onlar bununla savab qazanacaqlar əslində
qarşısını alacaqlar dünyaya yeni bədbəxtlərin qruppavoy gəlməsinin

Yazan: Bəxtiyar hidayət

PostHeaderIcon Laylay

Bebek ve küçük çocuklara söylenen bir ninni.

Laylay dedim yatasan
Qızıl güle batasan
Gül yastığın içinde
Şirin yuxu tapasan

Laylay gözüm ağlama
Üreyimi dağlama
Yat yuxun şirin olsun
Yuxuma taş bağlama

Laylay dedim hemişe
Karvan geder yenişe
Yastığında gül bitsin
Döşeğinde menövşe

Laylaya gelin bala
Yuxusu derin bala
Tandıdan ehtim budu
Toyunu görüm bala

Laylay dedim günde men
Qölgedesen günde men
İlde bir kurban olar
sene kurban günde men

Laylay ekmeğim bala
Tuzum çöreyim bala
Gezlerem yekelesen
Görüm kömeyin bala

Üzeyir Hacıbeyov

PostHeaderIcon Alışmışam…

http://s13.radikal.ru/i186/0911/6a/4fe5407f1a1c.jpg

Sən böyük şəhərlər kimi
ucsuz və soyuq…
Tərk edilmiş sevgilərə
tərk et məni!
Açma qapını,
Əllərim qapını döyməkdən
qırılsa da…
Sevginin soyuqluğuna
tərk et məni!
Mən alışmışam,
üşüyərək isinməyə…

Sən həqiqi sevgilər kimi
qəddar və qəlbsiz…
Oynat hisslərimi
düşmən əsarətindəki
əsir kimi.
Ağlat məni,
“Bir gün sevəcəm Səni”
ümidiylə…
Mən alışmışam,
ağlaya-ağlaya
qəddarlaşmağa…

Müəllif: Günay Ələkbərzadə

Ara