‘Susqun’ Yazı Arşivi
Susqun Baxışlar

Susqun baxışlarınla baxma mənə
Yandırır köz kimi qəlbimi mənim.
Kövrək sözlərinlə söylənmə mənə
İçimi od kimi yandırır sözün.
***
Susur baxışların günahkar kimi,
O məsum gözlərin günahkar deyil.
Alovlansın qəlbin od-alov kimi,
Qəlbindir günahkar,gözlərin deyil.
***
Qurunun odunda yaşı yandırma,
Sən məni günahkar bilirsənsə bil.
Amma unutma ki,gün gələr sən də,
Qurunun odunda yanıb gedərsən!…
17.02.2010
Müəllif : Kənan AY