‘Sonu’ Yazı Arşivi
Sonu ayrılıq…
Görürəm gözlərin yaşarıb artıq

Sil gözlərindəki mənli qəhəri
Görürəm qəlbin kədərlə dolub
Boşalt qəlbindəki mənli kədəri
***
Bu qədər zülmünlə yogruldun daha
Zaman unutdurar zülmünü sənə
Bu qədər ağladın,sevilmək üçün
Sevdirəcək zaman ,ağlama daha
***
İlk baxışdan görüb vuruldum sənə
Qəlbin yaxın olar sandım ki mənə
Sevgimlə yanaşı dərd verdim sənə
Nə olar qarğışlar yağdırma mənə

***
Nə bilirdim sonu belə olacaq
Nə bilirdim fələk bunu duyacaq
Əvvəldən bilmirdim sonu ayrılıq
Əvvəli sevgi-məhəbbət olacaq!…
04.02.2010 Bakı
Müəllif : Kənan AY