‘sevgi’ Yazı Arşivi

PostHeaderIcon İçimdəki azadlıq

Bu dünyanın ədalətin heç görmədim,
Gənc ömrümün yarpaqları tez saraldı.
Mübarizəm ədalətə, haqqa idi,
Mübarizəm çox yoruldu, tez qocaldı.

Bu əllərim azdlıqdan əl çəkmədi,
Əllərimi bükməyə çox çalışdılar.
İçimdəki bu od, alov heç sönmədi,
Bunu görüb, tutuşdular, alışdılar.

Əllərimə zəncir vurub indi zaman,
Bu dilimə qıfıl vura bilməyəcək.
Azadlığı bu cahanda boğsa belə,
İçimdəki bu azadlıq dinməyəcək…

Müəllif: Elman Zal


PostHeaderIcon Niyə sevdin sən məni ?!

http://s08.radikal.ru/i181/1001/52/dfdc8765cb97.jpg

Məsum bir baxışın günahıyamsa,
Niyə sevdin sən məni ?!
Uğursuz talenin sınağıyamsa
Niyə sevdin sən məni ?!

Məni yarı yolda atacaqdınsa,
Segimi yadlara satacaqdınsa,
Ulduz tək anidən batacaqdınsa,
Niyə sevdin sən məni ?!

Dərdimi yadlara deyəcəkdinsə,
Dərdimə ürəkdən güləcəkdinsə,
Məni özgələrə verəcəkdnsə
Niyə sevdin sən məni ?!

Gülüşü üzümdən qovacaqdınsa,
Sevgimi beşikdə boğacaqdınsa,
Sevinci gözümdə qoyacaqdınsa,
Niyə sevdin sən məni ?!

Əlimi əlindən üzəcəkdinsə,
Gözümü yollara düzəcəkdinsə,
Özgə birisini sevəcəkdinsə
Niyə sevdin sən məni ?!

Müəllif: Elman Zal

PostHeaderIcon Kürt Toyuq

Kimsə günahkarı günahlamadı
Qan tökən qansızlar qan ağlamadı
Mənə bu hökumət gün ağlamadı
Kürt toyuq, umudum sənə qalıbdı

Qiymət verən olsa neçə, sataram
Beşə gedənləri üçə sataram
Kitabım satılmır, cücə sataram
Kürt toyuq umudum sənə qalıbdır

Gözüm dolan qədər cibim də dolsun
Kitabım satılmaır cücəm satılsın
Cipim olan deyil-cip-cipim olsun
Kürt toyuq, umudum sənə qalıbdır

Indi ömür sürmək şərtlərə qalıb
Dərdləri ağlamaq dərdləə qalıb
daha çox umudlar kürtlərə qalıb
kürt toyuq, umudum sənə qalıbdır

Yazan: Bəxtiyar hidayət

PostHeaderIcon Kefli İsgəndərin O Dünyada Dediyi Sağlıq

Gəlin içək bunu da
Ölməyənlərin sağlığına
Ürəyi burda olub
Özü burda olmayanların sağlığına

===================xxxxxxxxxxxxxxx=======
Küçə qadınları
Küçə telefonlarna bənzər
Bir az pulundan keçib
Hamı danışa bilər

=============xxxxxxxxxxxxxxxx===========
BAŞ DAŞI
Zirvədən aşağı
düşən daş ki var
öz ucalığına baş daşı olar

============xxxxxxxxxxxxx========
….sən könüllər bağında bir şitiliydin
Mən də tər-təmiz qar
Ayağına yığılmışdım sənin
Ayağına düşmüşdüm sənin
Taleyimlə barışdım
Sənin eşqinlə əriyib tprpaqlara qarışdım
Məndən sonra o cah-cəlal dağıldı
Ömrünə bahar gəldi
Ayağına peyin yığıldı.

Yazan: Bəxtiyar hidayət


PostHeaderIcon Öncəgörmə

Küçədə qalan küçük,
nə mənim arxamca düşmüsən
hardan bildin ürəyimin yuxa olduğunu
çıxarıb sənəmi verim ürəyimi yuxa əvəzi
Sən bir vaxt xoşbəxt olmusan, balaca
ondaki gözlərin açılmamışdı
ondakı bü dünyanın üzünü görmürdün
yoxdu o günlərin daha əvəzi

Böyüyüb küçə iti olacaqsan
öz adın olmayacaq,
yalın olmayacaq
ətin olmayacaq
tə tapsan azca olacaq
zibil vedrələrinin səsinə qaçacaqsan
xanımlar “paşol” deyəcək
vəziyyət rusca olacaq

Güdəcəksən harda toy olduğunu, hüzür olduğunu
Veyil-veyil gəzəcəksən
səninçün vaxtın əhəmiyyəti olmayacaq
barı o dayanacaqda marşrut sürücülərinin
bir dəqiqə üstündə davasına bax
öyrən vaxtın qızıl olduğunu

Həə, onu da deyim
bir gün polislər gülləyəcəklər küçə itlərini
öləcəksən qardaş qırğınında
və onlar bununla savab qazanacaqlar əslində
qarşısını alacaqlar dünyaya yeni bədbəxtlərin qruppavoy gəlməsinin

Yazan: Bəxtiyar hidayət

Ara