‘sevgi’ Yazı Arşivi

PostHeaderIcon Qəlb Oğrusu – sevgi hekayəsi

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Bir zaman men de ushaq idim.Ushaqliq chaglarimi yashayirdim.Her kes oynayib gulduyu halda,men ise onlardan ayri,sanki dunyaya goz acharken bu tenhaliq anlima yazilibmish kimi ozumu tenha his ederek bir kunce chekilib,ozum-ozumde bir anliq xeyala dalirdim.bu xeyallarla meni heyatin hansi gunleri qarshilayacagindan xebersiz idim.bu xeyallarin getdiyi yolu bilmirdim.bu xeyallarin ardinca getdim.Son addimini bilmek uchun.bilmek istediyim xeyallarin nehayyet son addimina yaxinlashirdim.bu xeyallarin getdiyi son addim omrumun bir neche ilini geride qoyaraq 16 yasha geden yol idi.Nehayyet bu xeyallarin apardigi son addima, yeni 16 yasha ayaq basdim.bu yash dovrunde de hansi gunlerle qarshilashacagimdan xebersiz idim.

16 yashimdan bir neche ay otdu.İlk sevgimi tapdim.Sanki bu meqsedle dunyaya goz achmishdim.Yegane sebe bu sanirdim.bir neche muddet bu sevgini öz-özluyumde yashatdim.Kimseden xebersiz.Sanki ogurluq etmish kimi,bir insanin qelbini ogurladigimi sanirdim.

Ve bele de oldu.bir insanin qelbine girib ondan ureyini ogurlamaq istedim.bu zaman bir shey gordum.chox,chox dushunduruchu bir shey.

ogurluq etmek istediyim qelbin ureyinde daha bir urek var idi.bu ise meni dushunmeye vadar etdi.chox dushundum, ne edeceyimi bilmedim.O ureyi almadan,o qelbden chixmaq uchun geriye yol yox idi.boyuk bir cinayet oldugunu bilerek bu cinayeti toretdim.O ureyi ogurlayaraq ureyimde saxladim.

O ureyi ureyime hebs etdim.bir gun bu cinayetin ustu achilacagindan xebersiz idim.hech neyi gormurdum, duymurdum.Yalniz onu dushunub dururdum.

Chox chekmedi 3-4 ay sonra bu cinayetin ustu achildi.bir an bunlari dushundum:birisinin qelbine girib ondan ureyini ogurlayan bir Qelb_Ogrusu.

Ve gun gelib chatdi.bu cinayetde teqsirli bilinen Qelb_Ogrusu kimi qeleme verilen Kenan AY uzerinde mehkeme quruldu.bu cinayet uchun hesab vermeye chox az bir vaxt var idi.

belelikle mehkeme bashladi.Hakim menden ayaga qalxmagimi istedi.Ayaga qalxdigim zaman sanki dunya gozumde qara bir zulmet kimi canlandi.Hakim mene:bu cinayetde meqsedimin ne oldugunu sual etdi.men ise: bu ish uchun,mehz Qelb_Ogrusu kimi dunyaya goz achdigimi sandigimi soyledim.

Hakim daha bir neche sual verdi.bu cinayeti etdiyimde ne elde etdiyimi,mene ne verdiyini sorushdu.

men ise cavab olaraq:Hech ne vermediyini,hech ne, aci chekmekden ashqa hech ne vermediyini,o ureyi ureyimde saxlayib,tenhaliga qapilmaqdan bashqa hech ne elde etmediyimi soyledim.

Vaxt daralirdi bu dunyadan mehrum omagima chox az vaxt qalmishdi.Nehayet gozlenilen an chatdi.mehkeme sona yetdi.Hakim qerarini bildirdi.

bu cinayet bu mehkemede bir muddet azdliqdan mehrum olub tenhaliga qerq olmagim ile neticelendi.

bu tenha,zulmet bir mekanda o qelbi ureyimden chixartmaga chalishdim.bu menim uchun chox chetin olsa da bunu etmeli idim.

bunu ilk gunden anlamaga chalishmali idim.O qelb uchun bu tenhaliga qapilmaga deymez oldugunu bilmeli idim.”Severken ondsan bashqa hech bir shey gormur gozler”-yalniz bunu bilirdim.Amma daha bir shey oyrendim,daha bir shey bildim.Ne yaxshi ki dunyaya yeniden goz acdim.Amma omurluk silinmeyecek bir ad qazandim Qelb_Ogrusu Kenan AY.

Müəllif : Kənan AY

PostHeaderIcon Sən Mənim Yolumu Gözləsən Belə

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Sən olan yerlərə ayaq basmaram

Sən sevən sevgini sevgi sanmaram

Arxanca boylanıb sənə baxmaram

Sən mənim yolumu gözləsən belə

***

Getdimsə geriyə dönmərəm daha

Sən məni axtarıb arasan belə

Dedimsə sözümdən dönə bimərəm

Sən mənim yolumu gözləsən belə

***

Yolumu gözləyən tək sən deyilsən

Yolumu gözləyən çoxları olub

Qəlbimdə sən deyil,özgəsi olub

Sən mənim yolumu gözləsən belə

***

Ümidlə yollara dikilsə gözün

http://i26.tinypic.com/2l35w.jpg

Yenə də geriyə dönməyəcəyəm

Mən səni axtarıb sormayacağam

Sən mənim yolumu gözləsən belə

***

23.dek.09

Müəllif : Kənan AY

PostHeaderIcon Qəzəl

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.

Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.

O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.

Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.

Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.

Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.

Müəllif: Ziyəddin Səlim

PostHeaderIcon Sevənlərdən sevilənlərə

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

Mən sənin qəlbinin dərinliyində
Yatan bir duyğuyam, oyanacağam.
Dünyanın ən mərhəm, isti rənginə
Məhəbbət rənginə boyanacağam.
***
Sən mənim bir ümid çırağım idin,
İstəyim, həvəsim, marağım idin.
Ən xoş sədam idin, sorağım idin,
Indi bir gümana dayanacağam.
***
Sevən seviləndən gərək yarına.
Yar deyən yarından gərək barına.
Tufanlar qoparan ədalarına
Palıd vüqarıyla dayanacağam.

Müəllif: Ziyəddin Səlim

PostHeaderIcon Gülə sər

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.

Müəllif: Ziyəddin Səlim


Site Hakkında

Aşkı Duyguları Anlatmaya Geldim Bu Dünyaya.

O, Güzel Duyguları Yaşarken Üzülmekte Vardır Ama Vız Gelir Tırız Gider Diyerek Başladım Bu Yola.

Askla.org Dedim Tabii. Neden Olmasın Aşk Bi Daha Aşk Sonu Olmayacak Kadar Büyük Bir Aşk.

Beni Sana Bağlayan Büyük Bir Aşktır Duygularımdır Sen Olmasan Bende Olmam Vede Olmamak Zorundayım Çünkü Sensiz Herşey Boş Vede Anlamsızdır…

Kenan Müptela.

Son Yorumlar
Kataloq

Reklam Yeri