‘sərdar’ Yazı Arşivi
Mən Ki Həminəm
Mən sənin sözünə, son istəyinə,
Bir cavab tapmadım, daha nə deyim.
Neçə yüz arzuma, milyon səyimə,
Çatmağa canımda qalmayıb heyim.
Min dərdə rast gəldim ömrün bu çağı,
Gör necə kəsildi yolağam, yolum,
Qismətim özümə kəsildi yağı
Qoymadı bircə gün kədərsiz olum.
Dünən ki sözünü, şirin vədini,
Bəlkə də boynundan ata bilərsən,
Gözləyib insanlıq sonlu
həddini Başımı beləcə qata bilərsən.
Baxışın, gülüşün azarım, balam,
Bir zaman uymuşduq sevda dəminə.
Kim sənə nə dedi, nə oldu balam,
Mən elə əzəlki, mən ki həminəm.
Üz tutdun düyünə, neçə döngəyə
Unutdun istəyi, içdiyin andı,
Sözünə Quranın ayəsi deyə
Son anda yenə də sənə inandım.
Ömrümüz ötəcək kədər, qəminən
Gedəcək ürəkdən o hiss, o istək,
Ayrılıq sıxacaq, yanacaq sinəm.
Yoluma baxassan bənövşələr tək.
Aradın hər saat sən məni, Mən də!
Bu hissə, həvəsə ötüşən dedik,
Sən demə, köz olur ocaq sönəndə,
Sən demə, biz belə fikirləşmədik.
Mən sənin sözünə, son istəyinə
Bir cavab tapmadım, daha nə deyim,
Neçə yüz arzuma, milyon səyimə
Çatmağa canımda qalmayıb səyim.
04.10.1993
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az
Mən Dönmədim
Çox ağlama, sil gözünün yaşını,
Bundan belə mənə bəsdi mənimki.
Özün atdın o sevdanın daşını,
Mən dönmədim, həminkiyəm, həminki.
Gözlərində qaynar leysan buludu,
Ömrün boyu çox çəkərsən bu qəmi.
Mənim qəlbim həsrət ilə doludu,
Fırtınada sən yelkənsiz bir gəmi.
Məni hərdən ovudacaq o çağlar,
Qızınacam məktubların közünə.
Məni səndən soruşanda uzaqlar
Söz tapmayıb baxacaqsan üzünə.
Səni səndən alacaqdır bu həsrət,
Ömrün boyu yandıracaq, yaxacaq.
Şirin-şirin gülməyəcəm mən, əlbət,
Ancaq sənin axırına çıxacaq.
03.03.2003
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az