‘sərdar zeynal’ Yazı Arşivi

PostHeaderIcon Vətən, Bağışla Məni

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqda kiçilmişəm,
Vətən, bağışla məni.

Haqqımı istəmişəm,
Dilimə dağ basılıb.
Boynumun kündəsindən
Qalmışam mən asılı,
Vətən, bağışla məni.

Çoxum əlimdən gedib,
Gözüm azın dalında.
Ömrümü əritmişəm,
Namərd qilü-qalında,
Vətən, bağışla məni.

İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan-yurda köçümdən,
Vətən, bağışla məni.

Dünən kütümü yeyən,
Bu gün özümə hürür.
Əlimə yetişəni,
Məndən qabaq götürür,
Vətən, bağışla məni.

Ağlım özümə qənim,
Ürəyim səngərimdir.
Qövr eyləyən dərdimin,
Rişələri dərindir,
Vətən, bağışla məni.

İldırım sındıracaq,
Bir gün sükut buzumu.
O vaxt qan tutacaqdır,
Yanan qartal gözümü,
Vətən, bağışla məni.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Əzabla Yaşadım

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Ömrümdən süzülən bu illər boyu,
Yaşatdım özümə min dərdi-səri.
Qəm yedim göydəki ulduzlar sayı,
Hissimi söz edib yazandan bəri.

Əzabla yaşadım elim çəkəni,
Yurdumda min qayğı, zülüm çəkəni,
Kim yoldan qaytarıb ölüm çəkəni,
Allahdan əlini üzəndən bəri.

Zülümlər çəkirik illər boyunca,
Sevinci ünvansız, qəmi doyunca,
Ümidi qalıbdır Misri qılınca,
El Şuşa dərdinə dözəndən bəri.

Yuxumuz perikib, göyə çəkilib,
Yurduma günahsız qanlar tökülüb,
Elə bil Qoşqarın beli bükülüb,
Yağılar Laçında gəzəndən bəri.

Yollara boylanır çəməni, çölü,
Sükuta qərq olub bulağı, gölü,
Şuşada yetişən xarı bülbülü,
Düşmənlər qoparıb üzəndən bəri.

Olmuşuq həsrətin, dərdin əsiri,
Cəbrayıl qurbanlıq gedəndən bəri,
Səslədim, yuxudan oyanmır biri,
Nifrətim qəlbimi əzəndən bəri.

Əyilib, gün batıb, qaralıbdı qaş,
Qənimə dönübdür sirdaşa sirdaş,
Uzunmu çəkəcək görən bu savaş,
Göz qandan-qadadan bezəndən bəri.

Dağ-dərə itirdik, meşə itirdik,
Nərgizli, lilparlı guşə itirdik.
Nə vardı hamısın qoşa itirdik,
Namərdlər yolunu azandan bəri.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Mən Ki Həminəm

Mən sənin sözünə, son istəyinə,http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg
Bir cavab tapmadım, daha nə deyim.
Neçə yüz arzuma, milyon səyimə,
Çatmağa canımda qalmayıb heyim.

Min dərdə rast gəldim ömrün bu çağı,
Gör necə kəsildi yolağam, yolum,
Qismətim özümə kəsildi yağı
Qoymadı bircə gün kədərsiz olum.

Dünən ki sözünü, şirin vədini,
Bəlkə də boynundan ata bilərsən,
Gözləyib insanlıq sonlu
həddini Başımı beləcə qata bilərsən.

Baxışın, gülüşün azarım, balam,
Bir zaman uymuşduq sevda dəminə.
Kim sənə nə dedi, nə oldu balam,
Mən elə əzəlki, mən ki həminəm.

Üz tutdun düyünə, neçə döngəyə
Unutdun istəyi, içdiyin andı,
Sözünə Quranın ayəsi deyə
Son anda yenə də sənə inandım.

Ömrümüz ötəcək kədər, qəminən
Gedəcək ürəkdən o hiss, o istək,
Ayrılıq sıxacaq, yanacaq sinəm.
Yoluma baxassan bənövşələr tək.

Aradın hər saat sən məni, Mən də!
Bu hissə, həvəsə ötüşən dedik,
Sən demə, köz olur ocaq sönəndə,
Sən demə, biz belə fikirləşmədik.

Mən sənin sözünə, son istəyinə
Bir cavab tapmadım, daha nə deyim,
Neçə yüz arzuma, milyon səyimə
Çatmağa canımda qalmayıb səyim.

04.10.1993

Müəllif: Sərdar Zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Gəlmişəm

Сян ширинсян, мян ширинин мющтаcы,

Дцнйа адлы эцллц баьа эялмишям.

Щясрят гойуб нечя даьы, йамаcы,

Булуд кими йаьа-йаьа эялмишям.


Цздя шадам, чякдийими билян йох,

Кядярими яридян йох, бöлян йох,

Ща эюзлядим, эюрдцм даща эялян йох,

Цряйими овутмаьа эялмишям.


Аьыл башда, эцc тцкянмяз голумда,

Вурьунуйам дашда битян колун да,

Сянин кими бир эюзялин йолунда,

Бу дцнйайа мян садаьа эялмишям.


Сюзлярими ща тясдигля, ща тякля,

Ня ейбим вар де цзцмя сян яркля,

Торпаг кими cадар-cадар црякля

Лилипарлы буз булаьа эялмишям.


Сян ябяди гибляэащым, мян кюлян,

Ня олсун ки, чох севмякдян йох юлян,

Бир цряйям дярд яридян, дярд бюлян

Гямя йува бир будаьа эялмишям.


Щавадарсыз ня чякмяйиб щяр йетим,

Инсан оьлу юмцр адлы бир ютцм.

Аь эюйярчин, ялляриндян гой тутум,

Гуcаьына сыьынмаьа эялмишям.


Башым цстя долуб гящяр булудум,

Ахшам-сящяр щей йаьышды, долуду,

Шахта вурду яйним бузду, сулуду,

Няфясинля гызынмаьа эялмишям.


Ширин щяйат йох долусу, йох гары,

Севиcи чох, позулмазды илгары,

Юз донунда эюрмяк цчцн бащары,

Эюй йайлаглы уcа даьа эялмишям.


Чатмаг цчцн истяйимя, ящдимя,

Йад олмушам нечя-нечя cящдимя,

Тамащым йох бир кимсянин мящдиня,

Севда адлы бир сынаьа эялмишям.


Айды, илди, эялди-эедяр, ютянди,

Аьры-аcы гялбимиздя битянди,

Эедясийям, ня вахт сябрим тцкянди,

Бу дцнйайа бир гонаьам эялмишям.

06.10.93

Müəllif:
Sərdar Zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Gəlmərəm

Ötən ömrün hər saatı fırtına,
Sübhə qədər oyağınam, gülmərəm.
Yollarımda ay alışa, gün yana,
Bir də sənin ayağına gəlmərəm.

Qismətimdən ürək qırıq, mən incik,
Həyat nağıl, sən ərköyün gəlincik,
Sözlərimdən nə qəmgin ol, nə inci
Nə olsun ki, dayağınam, gəlmərəm.

Çaylar daşa, yer alışa, göy yana,
Yer kürəsi yuxusundan oyana,
Pərvanə tək ahım göyə dayana,
Çinar olsan budağına gəlmərəm.

Döyünürsə ürək dərdi çəkəndi,
Təbiət da yarpağını tökəndi
Ovçu qovmuş maral səbrim tükəndi
Alışaram, budağına gəlmərəm.

Şimşək vura qaya qəddim əzilə,
Cərgə-cərgə, topa-topa düzülə,
Xırdalanıb qayalardan süzülən
Çınqıl olam, qalağına gəlmərəm.

Ömür gödək, sən qəmzəli, hikkəli,
Öz sözümdən qaçarammı mən dəli,
Bir arxa ki, su gəlibdir, var, gəlir,
Dəniz olsan, qırağına gəlmərəm.

Xatirələr dayağımdı, bəsimdi,
Qulağımda yenə sənin səsindi,
Nə olsun ki, qəlbim əsim-əsimdi,
Sazaq vura, ocağına gəlmərəm.

Göz açandan başlamışıq yürüşə
Ömür arğac, həyat bənzər ərişə,
İlmə kimi naşı əldən sürüşəm
Torpaq olsan, qucağına gəlmərəm.

04.10.1993

Müəllif: Sərdar Zeynal

E mail:serdar-zeynal@box.az

Ara