‘sərdar zeynal’ Yazı Arşivi

PostHeaderIcon Qınamayın, çəkəmmirəm bu dərdi

Yaman düşdük el-obadan didərgin,
Torpaq qanlı, yurd qan-qada, il gərgin.
Ürək dözmür, qan-yaş tökür göz hər gün,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Dörd bir yandan alov yağdı, boğulduq,
10-15 ev bir ocağa yığıldıq.
Arxasızlıq qənim oldu dağıldıq,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Sıxılmaqdan dağılmışıq nar kimi,
Əriyirik gün altında qar kimi.
Sozalırıq külək qovan qor kimi,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Neçənci köç, bu neçənci nağıldı,
Ulu xalqım ulu yurddan dağıldı.
Bu dərd mənə ölümdən də ağırdı,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Yandırdılar ocaqların oduna,
Fərq olmadı, südəmərə, qadına.
Qanım donur, o gün düşcək yadıma,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Haray çəkdik, tapılmadı hay verən,
Həyat verən, ağrı verən, toy verən.
Baltalandı, neçə-neçə boy verən,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Qarlı dağda selə döndü göz yaşım,
Neçəsinə tapılmadı baş daşı,
Namərd oldu namərdlərin savaşı,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Qan-tər tökdük, ağac əkdik, bitirdik,
Bar gözlədik, bağını da itirdik,
Şələ-şələ ağrı, acı gətirdik,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Dinməsək də bir gün deyil günümüz,
Eşidilmir harayımız-ünümüz,
Ölənədək əriyərmi kinimiz,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Müəllif: Sərdar Zeynal

PostHeaderIcon Ürəyim bu sevda oduna yandı

Gö­rüş­dük, da­nış­dıq, bu mə­nim bə­sim,http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Bu han­sı qis­mət­di, han­sı za­man­dı.

Qəl­bi­mi ox­şa­dı is­ti nə­fə­sin,

Ürə­yim bu sev­da odu­na yan­dı.

Ba­xı­ram üzü­nə pa­yız bu­lu­du,

Ürə­yim sən­gi­məz qəm do­lu dər­ya.

Ba­xı­şın kök­süm­də qa­la­yıb odu,

Çox çə­tin bu dər­di an­la­maz du­ya.

Öt­mə­yib ara­dan ne­çə həf­tə, il

Bu qə­dər ya­nı­ram həs­rət qə­mi­nə.

Da­nış­sam dil-do­daq gü­nah­kar de­yil,

Qor­xu­ram alı­şan ürə­yim di­nə.

Açı­lan dərd de­yil söy­lə­yəm, de­yəm,

Süb­hə­dək ah­la­rım ahı­ma da­yaq.

Mən sə­nin ya­nın­da be­lə qəm­li­yəm,

Gəl mə­nim ya­nım­da ol­ma­yan­da bax.

Gö­züm­də yurd sa­lıb dağ­la­rın çə­ni,

Mil­yon­lar için­də tən­ha­yam, tə­kəm.

His­si­mi, ru­hu­mu, oy­na­dıb mə­ni,

Bəs nə­dir hey sə­nin ya­nı­na çə­kən?!

Ya­ğı­şa həs­rət­dir alı­şan çə­mən,

Şax­ta­dan do­na­caq sə­pə­lən­sə qar.

An­la­ya bil­mi­rəm, bil­mi­rəm ki, mən

Sev­di­rən gü­nah­kar, se­vən gü­nah­kar.

Giz­lət­mə həs­rət­li gö­zü­nü mən­dən

Göz­lə­rin gö­zü­mə yo­vuş­du, bəl­kə.

Nə vaxtdır qə­min­lə ol­mu­şam həm­dəm,

Har­da­sa yo­lu­muz qo­vuş­du, bəl­kə.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Nədir

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Köç edir durna kimi,
Gün gedir, zaman gedir.
Qəlbimi didən qəmi,
Köksümü oyan nədir?!

Səd çəkmədim vaxtıma,
Çıxdım gənclik taxtıma,
Şeir düşüb baxtıma,
İşimi əyən nədir?!

Gedir gözümün nuru,
Sözüm durudan duru,
Bayraq etdim qüruru,
Qapımı döyən nədir?!

Seçirəm dağı-daşı,
Damladır gözün yaşı,
Qarşımda kəlməbaşı,
Bu dəhnə-yüyən nədir?!

Gözlər qəm, baxışlar ac,
Ürək od üstündə sac,
Ağı deyir ehtiyac,
Ömürə qıyan nədir?!

Yol göstərdim naşıya,
Dərd daşıya-daşıya,
Burada bir haşiyə,
İçimi yeyən nədir?!

Sevgim qəlbin qənimi,
Kədər edib dənimi
Qara etmə günümü,
Xətrinə dəyən nədir?!

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Gəzdirir

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Yaxşı bax bundakı duruşa, boya,
Vədəli, vədəsiz özün əzdirir.
Düşünür yeganə kişidi, güya,
İnsanlararası soraq gəzdirir.

Gah qalxır göylərə, gah enir yerə,
Güc verir namərdə, haqsıza, şərə,
Çətinə düşəndə yer gəzir girə,
Başını gözlərdən qıraq gəzdirir.

Əlindən viranə, sökülü çoxdur,
Namərdin əlində bir qəfil oxdur,
Başında bir əlçim kəkili yoxdur,
Cibində qızıldan daraq gəzdirir.

Ünvanın yazanda on yerdə çaşır,
Düz sözü deyəndə dili dolaşır,
Baxışın dəyişir, güya, söz qoşur,
Özüylə karandaş, vərəq gəzdirir.

Bacarsa düzləri dibindən biçər,
Göz yaşın axıdıb qanından içər,
Əlləri yanında yol keçə-keçə,
Ayağı üstündə oraq gəzdirir.

Bazara çıxarsan dəyməz qəlp pula,
Bir “sağ ol” eşitcək sığışmaz yola,
Ovçunun ovuna göz dikən tula,
Yanında cangüdən, yaraq gəzdirir.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Qanlı 20 Yanvar

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Qar deyil ki, günəş vura əriyə,
Yara deyil məlhəm çəkəm giriyə.
Dağ çəkilən milyonlardan biriyəm,
Kimə acım, kimə deyim bu dərdi.

Başım üstə bayraq etdim haqqımı,
Güllə ilə sındırdılar şaqqımı,
Haqlı çıxdı əbədiyyət satqını,
Kimə acım, kimə deyim bu dərdi.

Qanadlandı ölüm yüklü güllələr,
Sinəmizdə çiçək açdı lalələr,
Yaddan çıxmaz o gecəki nalələr,
Kimə acım, kimə deyim bu dərdi.

Topladılar yüz dərənin suyunu,
Doldursunlar suya həsrət quyunu,
Başımıza açdılar min oyunu,
Kimə acım, kimə deyim bu dərdi.

Cana gəlir dünya mənim odumdan,
Xəbəri yox taleyimdən, adımdan.
Sıxılmaqdan adım çıxır yadımdan,
Kimə acım, kimə deyim bu dərdi.

Tumarlanır bostanıma daş atan,
Addımını əyri atan, çaş atan,
O, silahlı, mən əlimdə quşatan,
Kimə acım, kimə deyim bu dərdi.

Yurd yolunda min qurbanlıq baş durub,
Hər addımda tarixləşən daş durub,
Qarşımızda qar-boranlı qış durub,
Kimə acım, kimə deyim bu dərdi.

Kim unudar İyirmisi yanvarı,
Əbədilik milyon qəlbin qübarı,
Yüz altmış il Vətən yarı, biz yarı,
Kimə acım, kimə deyim bu dərdi.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

Ara