‘Səndən’ Yazı Arşivi

PostHeaderIcon Səndən sonra

səndən sonra,
bir sənsizlik doğulacaq.
sənsizliyim
bir yaşına,
üç yaşına,
yüz yaşına,
dolacaq.
həyatda
sənsizlik əlimdən tutacaq,
gözümə baxacaq.

güllər,
çiçəklər,
ağaclar
sənsiz qalacaq.
tanrım hər şeyi əlimdən alacaq.
səndən sonra tənhalıq başlayacaq,
mənə yaxın olacaq
heç nə əvəzedilməz deyil.
sənin də yerini
sənsizlik tutacaq.

Müəllif: Cəlil Cavanşir

Ara