‘Sən’ Yazı Arşivi
Sən, bəlkə də
Sən, bəlkə də, güclüsən,
Sən, bəlkə də, gözəlsən,
ağıllısan, ustasan, çox şeylərə qadirsən,
Amma nolsun, yenə də özün özünə sirsən.
Sən kimsən ki?
Allahın bir günahkar bəndəsi,
Sən heç bir şey olardın olmasaydı üstündə
yaradanın kölgəsi.
Bu kölgədən qıraqda sən atəşlər içində
qıvrılarsan, yanarsan,
çəkdiyin iztirablar gözündə yaşa dönər,
bir ümid axtararsan, bir təsəlli gəzərsən,
umidin, təsəllinin ürəyi daşa dönər.
Bu kölgədən qıraqda
Gah düşərsən şaxtaya,
titrəyərsən, donarsan,
əsərsən əsim-əsim,
yazın da qışa dönər.
Anlaşılmaz bir qorxu həybətli kabus kimi
sarılar vücuduna,
zəhərli caynağını batırar ürəyinə,
ürəyin qopub düşər ayağının altına,
ürəksiz vücudunu arxasınca sürüyər
cəhənnəmin ən dərin, ən dəhşətli qatına.
Bu kölgədən qıraqda
nə ağıllısan, nə dəli,
nə olüsən, nə diri,
olərsən, dirilərsən
gündə neçə yüz kərə,
bir kimsə də bacarmaz,
bir kimsə də tapılmaz
könlünə dinclik verə…
Qaytar, İlahi, qaytar
kölgəndən sapanları
kölgən düşdüyü yerə!!!
Müəllif: Səhər Aypara
Aşiqəm Sənə
Tanrı vergisisən sən mənə,
Aşiqlərin aşiqiyəm mən sənə.
Məhəbbət sözünü söyləsəm sənə,
Edərmisən xoşbəxt, gözəl, sən məni?
Ləğv eyləmə sözlərimi sən,
Ləğv eyləsən əgər ürəyim mənim
Ağrayacaq ürəyim sənsiz hər zaman.
Müəllif: Rasim İsgəndərov
Sən deyən olsun!
“Mənim üçün döyünən” o ürəyi,
Dondurub gedirsən, sən deyən olsun!
Gözyaşımla böyütdüyüm çiçəyi,
Sındırıb gedirsən, sən deyən olsun!
Vəfasızca ayrılmaq istəyirsən,
Çaşqın-çaşqın gözlərini döyürsən.
Ümid verib “Dönəcəyəm” deyirsən,
Qandırıb gedirsən, sən deyən olsun!
Söylə, de ki,”Sevgimizə şərik var”,
Ürəkli ol, yalana nə gərək var?!
Eşqin ilə döyünən bir ürək var,
Yandırıb gedirsən, sən deyən olsun!
Saxta xəyallarda gizləmə məni,
Məndən əlini üz, izləmə məni…
Daha zirvələrdə gözləmə məni,
Endirib gedirsən, sən deyən olsun!
Bəlkə ürək dayanmaz bu həsrətə,
Sanma ki, ömrünü sənə həsr edə…
Eşq quşunu məhəbbətdən nifrətə,
Qondurub gedirsən, sən deyən olsun!
Müəllif: Afiq Ağdami
Sən gəlmədin
Getdiyin yollara baxdım,
Ləpirlərini izlədim…
Sən gəlmədin.
Göylərə yetdi fəryadım,
Dönəsən deyə səslədim…
Sən gəlmədin.
Yoldaş oldum gecələrə,
Gəlişini çox gözlədim…
Sən gəlmədin.
Ürəyimə asi oldum,
Həsrətini əzizlədim…
Sən gəlmədin.
Gözlərimdən axan yaşı
Ümidlərimdən gizlədim…
Sən gəlmədin.
Çəmənlərdə, düzənlərdə
Güllər açdı naxış-naxış…
Sən gəlmədin.
Yaşıl paltarını geyib
Gülümsədi eniş, yoxuş…
Sən gəlmədin.
Kədərimə şərik çıxdı,
Həsrətimi yudu yağış…
Sən gəlmədin.
Durnalar da uçub getdi,
Bir mən qaldım bir də bu qış…
Sən gəlmədin.
“Dönməyəcək” söylədilər,
Buza döndü sevən baxış…
Sən gəlmədin.
Sən gəlmədin…
Müəllif: Afiq Ağdami
Yenə yadıma sən düşdün!
Bu gün əlimə qələm alıb, sənin haqqında yazmaq istədim……Bax yenə də əllərim titrəyir, özümü itirirəm, hətta özümü unuduram…….əlimə qələm alıb, sənin barəndə nəisə yazanda. Hərdən heç yazmaq istəmirəm, amma xatirələr aman vermir. Yaz gələndə uçub öz vətəninə qayıdan quşlara bənzəyir sənli xatirələrim!
Yenə baş qaldırıb. Elə qorxuram ki,………Yox, yox nə səndən, nə də illərdi içimdə yaşatdığım sevgidən qorxmuram. Mən sadəcə özümdən qorxuram ,özümün əlindən hara baş alıb gedəcəyimi bilmirəm. Əvvəllər təkliyi çox sevərdim ,çünki, sən var idin. Səndən sonra, yəni sən varkən çəkilib isti otaqların birinə sənin sözlərinlə söhbət edərdim, gözümün bəbəklərinə həkk olunmuş gözünün ifadəsi altında dilsiz, məsum uşağa çevrilirdim. Elə özümü xoşbəxt hiss edirdim ki,……..bu o qədər gözəl idi ki,…..Ona görə təkliyi çox sevirdim. Amma əslində bu təklik deyildi. Sadəcə bütün günü sənin fikrinlə dolaşmaq, yalnız sənin sözlərini eşitmək istəyi idi, tək qalmaq həvəsi…Ətrafdakı insanlardan ayrılıb yalnız sənin xəyalınla yaşamaq həvəsi idi, o təklik. Ürəkdə nə həsrət, nə qübar, nə vida var idi. O təklikdə “sən” və “mən” var idik bir də sonsuz “nöqtələr”…………………………..Ətrafımızda isə canlı ”xatirələr”…..
İndi çox şey dəyişib, məsələ: bir vaxt ikimizin sevdiyimiz dostlar, ümumiyyətlə ikimizin hər şeyi…..Sonra təkliyimə nifrət etməyə başladım… İndi isə onunla dost olmuşam, çünki, bir-birimizi çox gözəl başa düşürük. Onun da gözlər qaradır, mənim də. İkimizin də gözündə həsrəti boğublar…Amma mən indi təklikdən qorxmuram. Bilirsən niyə? Niyə? Çünki tək qalanda özüm-özümü daha yaxşı başa düşürəm. Fikirləşirəm ki, insan ilk öncə özü – özü ilə yola getməyi bacarmalıdır. Bax bu ən çətin məsələdir. Özü ilə yola getməyən insan heç kəslə yola gedə bilməz. Bəli indi çox şey donub qalıb zamanını buza dönmüş əqrəblərində……..Çox şey dəyişib…….hətta birgə nəfəs aldığımız hava indi zamanın ekranında bir dumana dönüb……Bəlkə o dumanın içində, bəlkə qara buludların arasında, bəlkə də insanların arasında itirmişik bir-birimizi……..ehhhhhhh! Onu başa düşürəm ki, “ikimiz” sözü indi mövcud deyil! Bu axşam da xatirələr mən dinclik vermədi, nə qədər qaçdımsa…….alınmadı. İndi xatirələr də müqəssirə dönüb! İllər keçib, sənli xatirələr isə zamanın ekranına köçüb kino kadrları kimi! Amma mənə çox ağır gəlir, nə vaxtsa, yaşadığım hisslərin ekranlarda donub qalmasına baxanda……..
Amma zaman çox yarama sığal çəkib, sadəcə sığal çəkib. İndi xatirələr hərəsi ürəkdə bir yaradır! Məni çox incidir. Keşkə…….xatirələr sənin izini də, hətta kölgəni belə rahat buraxmasın! Həmişə səni incitsin, səni ağrıtsın! Bəzi insan talehləri var ki, onlar bir çiçəyin ömrünə bənzəyir….bir anın içində açan və solan çiçəyin ömrünə…..Bəzən mənə elə gəlir ki, illərdən qorxmaq lazımdır. Neçə insan taleyinin məsuliyyətinin ağırlığını hiss etmədən sürükləyərək, uçurumlara aparır, bəzilərininkini isə…………..nə isə……. Qulaqlara ayrılıq pıçıldayan illərin nəfəsini duymaq daha ağırdır. Fikirləşirsən……..nə geriyə dönmək vaxtıdır, nə gələcəyə qaçmaq. Qalırsan bu ikisinin arasında….Bu isə sahilsiz dalğaların tüğyan edərək, çırpınaraq, sanki Allaha yalvarırmış kimi yuxarı əllərini uzadaraq yalvarışlarına bənzəyir….sonra cavabsız, çarəsiz yenidən dənizə çırpılmağına bənzəyir! Qayalar isə dalğaların çəkdiyi iztiraba çoxdan şahiddir, sahilin isə təkkəbürlüyünə bələddir. O bələddir dalğaların sahilsiz məhəbbətinə…………………………………!!!!!
