‘oyan’ Yazı Arşivi

PostHeaderIcon Nədir

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Köç edir durna kimi,
Gün gedir, zaman gedir.
Qəlbimi didən qəmi,
Köksümü oyan nədir?!

Səd çəkmədim vaxtıma,
Çıxdım gənclik taxtıma,
Şeir düşüb baxtıma,
İşimi əyən nədir?!

Gedir gözümün nuru,
Sözüm durudan duru,
Bayraq etdim qüruru,
Qapımı döyən nədir?!

Seçirəm dağı-daşı,
Damladır gözün yaşı,
Qarşımda kəlməbaşı,
Bu dəhnə-yüyən nədir?!

Gözlər qəm, baxışlar ac,
Ürək od üstündə sac,
Ağı deyir ehtiyac,
Ömürə qıyan nədir?!

Yol göstərdim naşıya,
Dərd daşıya-daşıya,
Burada bir haşiyə,
İçimi yeyən nədir?!

Sevgim qəlbin qənimi,
Kədər edib dənimi
Qara etmə günümü,
Xətrinə dəyən nədir?!

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Bir oyan yatma müsəlman nəyə bel bağlamısan?! Ağıllı qalıb kənarda keyə bel bağlamısan.

Şeytanın xaricidən göndərilibdir əsası,
Necə Adəm babadan hələm qalıbdır qisası,
Unudulmuş daha millətde bu qeyrət libası,
Ey zənən söylə haçan örpəyə bel bağlamısan.

Ürəyi oldu kədər, yaşla gözü doldu namaz,
Cahil müsəlman əlindən saralıb-soldu namaz,
Arzular kölgə, dinimin sütunu oldu namaz,
Sütunu tərk eləyib kölgəyə bel bağlamısan.

Zəmanə təqsiri yoxdur bunlar insan işidir,
Bəzisi zənn eləyir ki, heyatda bir kişidir,
Amma fərmanlıq edən həmin erkeyə dişidir,
Dişi simalı olan ərkeyə bel bağlamısan.

Adı Nadir, özü Nadirləri yaddan cıxarıb,
Dolanıb ölkələri, Pirləri yaddan cıxarıb,
Bu həyat səhnəsində Şirləri yaddan cıxarıb,
Qaza bel bağlamlsan, ördəyə bel bağlamısan.

Əməli nadürüst insan özü təlxək kimidir,
Onun həm əyrisi, həm də düzü təlxək kimidir,
Ürəyindən çıxan hər bir sözü təlxək kimidir,
Nədən aldanıb həmin təlxəyə bel bağlamısan?!

Müəllif:Əbdul Fəqir

Ara