‘Mersedes xanım’ Yazı Arşivi

PostHeaderIcon Mersedes xanım

Sürətlə şütüyən Mersedessən
Yağışlı havada

Palçığı üstümə sıçradıb itirsən
Sonuna-əvvəlinə baxmadan

Bu gün məğlub inqilabam
süngüm palçığa batmış
Bayraqlarım yerə yatmış

Sən cəllad kötüyüsən
İnqilabdan sonra
Məğlub inqilabdan sonra

Qanımla qırmızı bir səhər!
Qırmızı bir şərab!
Cəllad, qaldır baltanı
İçək şahzadənin şərəfinə!

Müəllif: Zahir Əzəmət

Ara