‘Mənim’ Yazı Arşivi

PostHeaderIcon Sən Mənim Yolumu Gözləsən Belə

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Sən olan yerlərə ayaq basmaram

Sən sevən sevgini sevgi sanmaram

Arxanca boylanıb sənə baxmaram

Sən mənim yolumu gözləsən belə

***

Getdimsə geriyə dönmərəm daha

Sən məni axtarıb arasan belə

Dedimsə sözümdən dönə bimərəm

Sən mənim yolumu gözləsən belə

***

Yolumu gözləyən tək sən deyilsən

Yolumu gözləyən çoxları olub

Qəlbimdə sən deyil,özgəsi olub

Sən mənim yolumu gözləsən belə

***

Ümidlə yollara dikilsə gözün

http://i26.tinypic.com/2l35w.jpg

Yenə də geriyə dönməyəcəyəm

Mən səni axtarıb sormayacağam

Sən mənim yolumu gözləsən belə

***

23.dek.09

Müəllif : Kənan AY

PostHeaderIcon Mənim adi küçəmdə

Mənim adi küçəmdə
Günəş şüaları
Havada uçan tozcuqları
Qızıla boyayır,
Yuxusuz qapılar
Gecələr sızlayır
Evə qayıdan kişilərin xəyanətindən,
Asfalta bürünmüş yolların

Tər qonaqları –
Alaq otları
Göyərir, daş sinəni cürətlə yararaq,
Mən də
Bu möcüzəyə baxaraq,
Düşünürəm
Insanın nədən bu qədər qoçaq olmadığını…..

İntihar etmiş pal-paltar
Eyvanlardan asılmış,
Pəncərələrin dəcəl pərdələri
Susqunlaşmış,
Küləyin üzü dönmüş bu küçədən,
Bəlkə buna görə
Mənim adi küçəmdə
Heç nə dəyişmir…

Müəllif: Sima Ənnağı

PostHeaderIcon Bir Sevda Ağlayır İçimdə Mənim

Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim…

Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.

Min gül solduranlar min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.

Dünənin bükülü xatirəsinə,
Vurğundur bü günü xatirəsinə,
Qısılıb mürgülü xatırəsinə,
Bir sevda ağlayır içimdə mənim…

Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim.

Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də
Bir sevda ağlayır içimdə mənim…

Müəllif: Nüsrət Kəsəmənli

Ara