‘məni’ Yazı Arşivi
Bağışla Məni
Günahım sevməkdirsə Bağışla Məni

Bir gün tərk edərəm Gülüm, mən səni.
Olmuşam eşqindən mən artiq dəli
Günahım sevməkdirsə Bağışla Məni!
***
Eşqindir həyatda yaşadan məni,
Eşqsiz insanın nə dərdi qəmi?
Olmuşam eşqinin bu gün əsiri
Bağışla sevgilim Bağışla Məni!
***
Gül tək qoynunda saralıb soldum
Bu eşq yolunda mən həlak oldum.
Səni sevərkən sevilməz oldum
Bağışla sevgilim Bağışla Məni!
***
Günəş tək qəlbimə nur ələdin sən
Göylərdə sayrışan bir ulduzam mən.
Qəlbində acı tək yaşıyıram mən
Bağışla sevgilim Bağışla Məni!
***
Sənə vurulan o gündən bəri

Yaşıyır qəlbimdə hicran qəmi
Çatıb sevgimizin ayrılıq dəmi
Bağışla sevgilim Bağışla Məni!
***
Müəllif : Kənan AY
Niyə sevdin sən məni ?!

Məsum bir baxışın günahıyamsa,
Niyə sevdin sən məni ?!
Uğursuz talenin sınağıyamsa
Niyə sevdin sən məni ?!
Məni yarı yolda atacaqdınsa,
Segimi yadlara satacaqdınsa,
Ulduz tək anidən batacaqdınsa,
Niyə sevdin sən məni ?!
Dərdimi yadlara deyəcəkdinsə,
Dərdimə ürəkdən güləcəkdinsə,
Məni özgələrə verəcəkdnsə
Niyə sevdin sən məni ?!
Gülüşü üzümdən qovacaqdınsa,
Sevgimi beşikdə boğacaqdınsa,
Sevinci gözümdə qoyacaqdınsa,
Niyə sevdin sən məni ?!
Əlimi əlindən üzəcəkdinsə,
Gözümü yollara düzəcəkdinsə,
Özgə birisini sevəcəkdinsə
Niyə sevdin sən məni ?!
Müəllif: Elman Zal
Məni Görməmisən
Bəzən büdrəmişəm, düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.
Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.
İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən
Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.
Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.
Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.
Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,
“Məni görməmisən,görməmisən sən!”
Müəllif: Nüsrət Kəsəmənli
Bir gözəl gəzirəm məni öldürə
Birinə gələrsə, beşinə gəlməz,
Yatsa yuxusuna, huşuna gəlməz .
Bu arzu çoxunun xoşuna gəlməz-
Bir gözəl gəzirəm məni öldürə.
Gəzirəm dişimdə can adlı tikə,
Bu canı bir alan tapıla bəlkə.
Ya bıçaq saplaya, ya tətik çəkə-
Bir gözəl gəzirəm məni öldürə.
Döndərə toxuma, çiyidə öldürə,
Sala dəyirmana, üyüdə öldürə.
Yerdə də tapmasa, göydə öldürə,
Bir gözəl gəzirəm məni öldürə.
Səs versin səsinə-ününə gedim,
Yanına sevinə-sevinə gedim.
Desin ünvanını, evinə gedim,
Bir gözəl gəzirəm məni öldürə.
Getdiyi cığırdı, izdi deməyə,
Eh nə tez canından bezdi, deməyə.
Hələ çox cavandı, tezdi deməyə,
Bir gözəl gəzirəm məni öldürə.
Düşə taleyiylə, düşə acığa,
Adam öldürməyə könlü acıxa.
Məndən yerin-göyün hayfını çıxa,
Bir gözəl gəzirəm məni öldürə.
Gözüm qapananda yuxum öləcək,
Ölümdən qorxmayan qorxum öləcək.
Özümü öldürsəm, ruhum öləcək,
Bir gözəl gəzirəm məni öldürə.
Səbrin ki böyükdü, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla .
Sənin öldürdüyün zülümnən ölmür,
Bilirəm günahdi keç günahımdan.
Nə olar, nə olar məni bağışla,
Bir gözəl gəzirəm məni öldürə.
Müəllif: Hafiz Hacıxəlil
Dəyirmançı
Adımı dəyirmançı qoydun,
Üstümdəki unumdanmı,
Sən məni beləmi tanıyırsan
əynimdəki libasımdan,
donumdanmı? Nahaq naşı bilirsən
bu dəyirmançını, əzizim,
Sənin ilk dəfə getdiyin hər yolda
neçə dəfə o tərəfədir,
neçə dəfə də bu tərəfə
mənim köhnəlmiş izim…