‘Mən Ki’ Yazı Arşivi
Mən Ki Həminəm
Mən sənin sözünə, son istəyinə,
Bir cavab tapmadım, daha nə deyim.
Neçə yüz arzuma, milyon səyimə,
Çatmağa canımda qalmayıb heyim.
Min dərdə rast gəldim ömrün bu çağı,
Gör necə kəsildi yolağam, yolum,
Qismətim özümə kəsildi yağı
Qoymadı bircə gün kədərsiz olum.
Dünən ki sözünü, şirin vədini,
Bəlkə də boynundan ata bilərsən,
Gözləyib insanlıq sonlu
həddini Başımı beləcə qata bilərsən.
Baxışın, gülüşün azarım, balam,
Bir zaman uymuşduq sevda dəminə.
Kim sənə nə dedi, nə oldu balam,
Mən elə əzəlki, mən ki həminəm.
Üz tutdun düyünə, neçə döngəyə
Unutdun istəyi, içdiyin andı,
Sözünə Quranın ayəsi deyə
Son anda yenə də sənə inandım.
Ömrümüz ötəcək kədər, qəminən
Gedəcək ürəkdən o hiss, o istək,
Ayrılıq sıxacaq, yanacaq sinəm.
Yoluma baxassan bənövşələr tək.
Aradın hər saat sən məni, Mən də!
Bu hissə, həvəsə ötüşən dedik,
Sən demə, köz olur ocaq sönəndə,
Sən demə, biz belə fikirləşmədik.
Mən sənin sözünə, son istəyinə
Bir cavab tapmadım, daha nə deyim,
Neçə yüz arzuma, milyon səyimə
Çatmağa canımda qalmayıb səyim.
04.10.1993
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az