‘könül’ Yazı Arşivi
Dərdimi

Yoxdur səndən özgə könül sirdaşım,
Soruşa halımı,bilə dərdimi.
Görmədim fələyin sevinc payını,
Mənə hədiyyəsi elə dərdimi?
Ey məni bu qədər tox görən adam,
Doymadım bu dərddən,yox,görən adam.
Mənə sevincimi çöx görən adam,
Nə ola çəkməkdən ölə dərdimi.
Dünya çoxlarına bal dolu pətək,
Ömrüm arıların”sancdığı”çiçək.
Yığdım qucağıma qəmi bir ətək,
Yüklədim boynuma şələ dərdimi.
Elnarə,bu fələk namərddir yaman,
Mərd olan istəməz namərddən aman.
Dərdim ürəyimi böldüyü zaman,
Ola bir həmdəmim,bölə dərdimi.
Müəllif: Elnarə Şəms
Yandı könül
Bəsdı sənin həsrətinə usanmadan yandı könül,
Sevdi o, sevilmədi, seviləcək sandı könül.
Sevən aşiq yalan nədi, böhtan nədi heç anlamaz,
Sənlə ötən bu sevgıdə yalan nədi qandı könül.
Elə bildim göydən enən bır qanadsız mələkdir o,
Mələk nədi, buynuzu yox lənətli şeytandı, könül.
Kim sevdisə öz yarını bənzədərdi qızıl gülə,
Mənim yarım qoxusu yox, bir quru tikandı, könül.
Ərəstunam, həc bır zaman ağlamaram, bu sevgidən
Nə olsun ki, bır az solğun, bır az pərışandı könül.
Müəllif: Ərəstun Sahil