‘Kənan Ay’ Yazı Arşivi

PostHeaderIcon Yaxşıdır

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Sevinc Arzulu :

Uzatsam əllərim çatarmı sənə,

Bəlkə uzatmayım belə yaxşıdır.

Kainat sevincin satarmı mənə,

Tökülsə qəm-qüssəm selə,yaxşıdır.

Kənan AY :

Sevən könüllərə çəpər çəkilməz

Uzat əllərini belə,yaxşıdır.

Sevənə bu qədər də zülm edilməz,

Uzat əllərini mənə yaxşıdır.

Sevinc Arzulu :

Mənim öz sevdiyim,sənin öz sevdan

Dalğalar qoynunda batar eşq adan.

İstəməm olasan ayrılıq dadan,

Qoşulma hər fitnə-felə,yaxşıdır.

Kənan AY :

Mənim sevdam da sən,sevdiyim də sən,

Çətin ki məni anlaya biləsən.

Qəlbimdə deyilsən necə biləsən,

Bəlkə bilməyəsən belə yaxşıdır.

Sevinc Arzulu :

De necə gizlənim gözündən sənin,

Baş aça bilmirəm sözündən sənin.

Xəbərin varmıdır özündən sənin,

Bəyaz dən düşməsin telə,yaxşıdır.

Kənan AY :

Ağarıb saçlarım hicrindən sənin,

Büküb qamətimi ayrılıq mənim.

Heç zaman düşmürəm yadına sənin,

Yaxşısı elə budur,belə yaxşıdır.

Sevinc Arzulu :

Sənin sevgin məni ayaz eyləyib,

Fərəhim səmada pərvaz eyləyib.

Demə ki sevdiyin min naz eyləyib,

Əbədi qonağam belə,yaxşıdır.

Kənan AY :

Niyə söyləməyim doğru olanı,

Hər zaman sevmişəm nazlı olanı.

Heç zaman sevməmişəm mən yalanı,

Qonaqsan qəlbimdə belə,yaxşıdır.

Sevinc Arzulu :

Bil ki bu dünyanı tutub durmarıq,

Kədərin üstündə saray qurmarıq.

Şad gündə,düyündə badə vurmarıq,

Sağ ol,ay əzizim,belə yaxşıdır.

Kənan AY :

Bizim tək insandı dünyanı tutan,

Sevincini kədərdən üstün sanan.

Qəm-qüssəli anında badə vuran,

İçsək günah olar belə,yaxşıdır.

20.02.2010

Müəllif : Kənan AY

Sayt : qelbogurusu.azeriblog.com

PostHeaderIcon Susqun Baxışlar

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Susqun baxışlarınla baxma mənə

Yandırır köz kimi qəlbimi mənim.

Kövrək sözlərinlə söylənmə mənə

İçimi od kimi yandırır sözün.

***

Susur baxışların günahkar kimi,

O məsum gözlərin günahkar deyil.

Alovlansın qəlbin od-alov kimi,

Qəlbindir günahkar,gözlərin deyil.

***

Qurunun odunda yaşı yandırma,

Sən məni günahkar bilirsənsə bil.

Amma unutma ki,gün gələr sən də,

Qurunun odunda yanıb gedərsən!…

17.02.2010

Müəllif : Kənan AY

PostHeaderIcon Ümid Ver

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Əlində bir rəsm xəyala dalırsan

Xəyalında hər an məni anırsan.

Əlindəki rəsmdə mənə baxırsan,

Sevgini məndən nə üçün danırsan?

***

Sən dansan bu sevgi bitəcək belə

Bütün istəklərin xəyal olacaq.

Sən dansan bu sevgi əvvəldən belə

Mənim üçün də əlçatmaz olacaq.

***

Demirəm sən mənə sevirəm söylə

Barı,bir ümid ver yaşayım hələ.

Demirəm,sevgini cahana söylə

Amma,bir ümid ver yazım qəlbimə.

16.02.2010

Müəllif : Kənan AY

PostHeaderIcon Ayrılıq Çətin`imiş

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

Ayrılıq nə qədər çətin,nə qədər acı imiş…söylədilər mənə amma mən anlaya bilmədim çünki mən sevirdim,

ayrılıq nədir bilmirdim.heç bilmək də istəmirdim.mənə ayrılıqdan söz açanda dinləmək istəmirdim.

amma bilmirdim ki gün gələcək mən ayrılıqdan söhbət açmaq istəyəndə məni də dinləmək istəməyənlər olacaq.

mən ayrılıqdan qaçmaq istəsəm də o həmişə məni izləyərdi.sanki o mənim kölgəm idi.kölgəm olaraq da həmişə mənimlə oldu,

hər addımımda məni izlədi.sonucda sevgimizin sonu oldu,AYRILDIQ BİZ.tükəndi sevgimiz,ayrıldı qəlblərimiz,

sevgi yolumuza çəpər çəkildi.sevgimizi sonacan yaşada bilmədik.ayrıldıq biz! bu cür yaşanan sevgidən sonra ayrılacağımızı bilsəydim

heç sevməzdim.bu cür sevib də ayrıldıqda qəm yeyəcəyimi bilsəydim hec sevməzdim.

ayrılıq nədir indi anladım…acı,kədər,qəm-qüssə,yalnızlıq,tənhalıq-bu da ki ölümdən betər…

Ayrılıq bu qədərmi asandır? bir göz qırpında ayrılacağımıza qərar verdik.bir göz qırpımında illərcə yaşadığımız

sevginin son nöqtəsini qoyduq.Biz bizim olan sevgi ilə kifayyətlənmədik.daha çoxunu istədik…artıq tamahın sevgimizə son

qoyacağını bilmədik! hər kəs kimi biz də sevdik ,sevildik lakin bu sevginin qədrini bilmədik.bəlkə də bizim kimi sevənlər azı idi həyatda.

amma nə fayda sevgimizin qədrinimi bildik?Xəyal etdiyim o sevgini səndə tapmışdım.həyatı səninlə sevib,həyata səninlə bağlanmışdım.

həyatın səninlə gözəl oldugunu sanırdım.Həyat sənsiz yaşanmaz deyirdim.amma nə fayda ayrılmışıq biz.Nə danışsam,nə söyləsəm fayda etməz ki.

İndi sənin həyatında başqa birisi olacağını təsəvvür edə bilmirəm.ayrılsaq da qəlbində məndən başqa birisi olmayacağını zənn edirəm.

necə ki mənim qəlbimdə yalnız sən varsan.bu cür də mən sənin qəlbində olacağımı düşünürəm.o sevgini yenidən başqa birisində tapa biləcəksənimi,

tapa biləcəyikmi?Bilirəm sən də mənim kimi başqasını sevə bilməyəcəksən,bilirəm sən də mənim kimi bu sevgini yenidən başlamaq istəyirsən!

amma sən də mənim tək “qurur var” deyə düşünürsən!sən də mənim düşündüyümü ,el qınağına çeviriləcəyimizi düşünürsən.

soylə bəs necə edək?İllərcə keçirdiyimiz o günlərin asanlıqla sonluğa varmasına bu cür asanlıqla göz yuma bilərikmi! Biz bir ola bilməyəcəyimizi

bilsəkdə birgə olmaq istədik.biz bu sevgidən dad ala bilməyəcəyimizi bilə-bilə bu acını daddıq.Amma gec deyil,biz bir qəlbdə yaşamalıyıq.

biz,bu cür yaddaşlarda qalmalıyıq-sevən qəlblər!…

Müəllif: Kənan AY

PostHeaderIcon İki canda bir ürək (Gecə Zəngi)

http://s47.radikal.ru/i117/1002/52/316a3e892425.jpg

gecə saat 2….sakit bir gecə idi.Gecənin bu səssizliyi onu düşünməyə məndə bir hiss doğurdu.Sakit bir gecədə onu düşünürdüm.Amma çox yorgun idim.Uzun-uzadı onun xəyalı ilə söhbət etdim.Artıq yuxuya dalmaq istəyirdim.Amma 1 az da olsun gözlərimə yuxu da gəlmirdi.Amma yatmaqda israrlıydım.Çümki bu sevgi, bu acı, bu həsrət həmin gün məni çox yormuşdu.Hələ də xəyalımda onun siması,ağlımda isə onu ismi dolaşıb dururdu.Gözlərimə yuxu gəlmədiyi həmin o anlarda…Saatın əqrəbləri irəli getdikcə ömrümdən dəqiqələrin,anların,saniyələrin belə geridə qaldığının fərqində idim.Vaxt irəliləyir,saat 3-ə doğru gedir.Hələ də gözlərimə 1 az da olsun yuxu gəlməyir. elə bu an…Bu günə dək gecə saatlarında heç bir zəng qəbul etməyən telefona bu an bir zəng gəldi.”Tanımadım”

“Səsini də unutduğum bir şəxs”

-Mənəm,bir zaman…

ölümünə sevdiyin, həyatını onsuz təsəvvür edə bilmədiyin,onun sevgisindən,onun eşqindən dəli-divanəyə dönən,həyat “ONSUZ”yaşanmaz dediyin,lakin bir zamanlar sənin bu sevgini,sənin bu acını duya bilməyən,lakin ötən günlərin peşmançılığını çəkən,yenidən sənə dönmək istəyən,bu gün bunları anlayan ,sevgini dərk edən şəxs.-deyə cavab verdi.

Heç nə deyə bilmədim.sanki qəlbimə bir anlıq süküt çökdü.Danışmağa dilim də varmadı.Mən susqun olduğum bir halda o isə BAĞIŞLANMAQ istəyini reallaşdırmaq üçün görünür əlindən gələni etməyə hazır olduğunu sübuta yetirmək istəyirdi.O hələ də davam edir: O vaxtlar sənin sevgini anlaya ,duya bilmədiyim üçün qarşına çıxıb “Bağışla məni,sənə dönmək istəyirəm” deməyə çəkindiyim üçün telefon açdım sənə.

Yenidən sənə dönsəm bağışlarsanmı?O günləri unudarsanmı?Sevgimizə yenidən heç nə olmamış kimi başlaya bilərikmi?Mənim əvvəlki mənliyimi unudub,bukünki mənliyimi,yenidən səni layiqincə sevəcək birini tanımaq istərsənmi?

-Həqiqətən də sən YUXULUSAN! Röyamı görürsən? Səni qınamıram.Bir insan gecə saat 3-4 radələrində necə yuxulu olmaya bilər?Amma oyan,oyan artıq bu röyadan! Bəlkə də yuxu görmürsən,amma yuxuya oxşar,röyaya bənzər bir istəyinin qəbul olmasında çox israrçısan.Bəlkə belə deyil hə?

Sən deyilmiydin” bacarmıram,bu sevgini sonacan yaşada bilməyəcəm,bağışla məni səni tərk edirəm” deyən? İndi isə yuxulu bir halda zəng edib deyirsən “Sənə dönmək istəyirəm,bağışla məni”

Dilin necə vardı bu kəlməni söyləməyə? Necə? Bu sözü deyərkən heç vicdanın sızlamadımı ki, bir zaman tərk etdiyin bir şəxsə telefon açıb bağışlanmağını istəyirsən?

Səninlə telefonla,uzaqdanmı tanış olmuşduq? səninlə telefonlamı görüşüb həmsöhbət olmuşduq? Axı, sevgimiz bundan başlamamıdı.Bəlkə də tanış olduğumuz,acıların başlandığı, iki həyatın sönməyinə səbəb olan o yerdə bağışlanmağını istəsəytdin… İlk sevgimiz həmin o yerdən başlanmışdısa, yəqin ki yenidən də həmin yerdə… Dilim varmadığından o sözü söyləməyə “…” qoymaq məcburiyyətindəyəm.

Niyə tərk etdin? Niyə? Yenidən bağışlanmağınımı istəyirsən? Niyə? Axı çətin də olsa unutmağa çalışırdım səni.Axı dünyaya həmin gözlə fərqli baxmaq istəyirdim.Axı,həyatı arzuladığım kimi yaşamağa niyə izin vermirsən? Uzun bir ayrılıqdan sonra unutmağa çalışdığım bir zamanda niyə qarşıma çıxdın?Bütün bu yaşananların qurbanı niyə mən oldum? Niyə məhz sən deyil?

…Səni sevdiyim qədər sevmədin məni.Sevdinmi? bəlkə sevdin mən bilmədim.Sevginimi gizli saxladın məndən? eləysə niyə? Sənsiz günlərim ilə döndü.Həyatın səninlə gözəl olduğunu sandım.Amma…İkimizdə bir ürək olduğunu,bu ürəkdə iki canı yaşada biləcək qədər güc,iki ürəyi əvəz edə biləcək qədər sevgi olduğunu düşünürdüm.Amma sən getdin.Gedərkən iki canı yaşadan bir ürəyin yarısını da özünlə apardın.İndi isə yarı ürəklə yaşayıram.Bu isə mümkünsüzdür.Yarı ürəklə yaşayan insan görülmüşmü.Görülə bilməz.Daha tükənib taqətim.Daha bu bu ürək məni həyatda tutmağa gücü,sevgisi yetmir,yetməz!

Bunun tək bir çarəsi “Sənin Dönüşün”! Amma bu da mümkün deyil! Çün sən artıq bu həyatda deyilsən! Mən isə bu andan bu həyata əlvida deməyə vadaram.Bu ürəklə Sənə son sözlərimi çatdıra bildimsə deməli xoşbəxt insanam.Son olaraq Bir şeyi də bilməni istərdim.

SƏNİ ÇOOOOOOOOOOOOOOOOOOOOOOX SEVİRDİM !

Bir şeyi də unutma ki İKİ CANDA BİR ÜRƏK OLMAZ! OLAR,AMMA İKİ CAN BİRGƏ OLUNCA!

04.07.09

Müəllif: Kənan AY