‘Göz’ Yazı Arşivi

PostHeaderIcon Yalan Aşkların Hikayesi…

Bir zamanlar kör bir delikanlı varmış ve bunun sevgilisi varmış öyle çok seviyormuş ki herşeyi göze alırmış onun için…! Kız sevgilisinden eğer birgün gözlerin eski haline dönerse benimle evlenmek istermisin diye sormuş ve delikanlıdan evlilik sözü almış aradan zaman geçmiş hayır seven biri bu delikankılıya gözlerini bağışlamış ilkez sevgilisini görücek olan delikanlı çok heyecanlanmış ve büyük an gelmiş.

Delikanlı bide ne görsün kız arkadaşı kör!….kız sormuş ne zaman evlenecez diye ve çocuk cevap vermiş:ben seninle evlenemem çünkü sen körsün demiş ve arkasına bile bakmadan yürümeye başlamış…

Kızda buna tek bir cevap vermiş:
BUNA DA TAMAM AMA GÖZLERİME İYİ BAK OLURMU..!

PostHeaderIcon Qəfil göz yaşı

Son görüşdə ağlamışdım,
Yadıma düşmüşdü hər şey.
Qırıq hasar qapısının ciyiltisi,
Xəstə babamın öskürək səsi,
Elə əl-ələ tutub gəzdiyimiz bulvarın
Neft qoxulu, çirkli dənizinin
İlıq nəfəsi
Ağlatmışdı məni…

Bu nə xiffət idi, nə də…
Böyük şəhərin
Onsuz çirkli küçələrini
Daha da bulayan
İyrənc nəfslərə
Elə-belə, uşaqsayağı üsyan idi…

Rütubətli Bakının başgicəlləndirən havasına
Ağlamışdım səninlə son görüşdə.
Müəmmalı gələcəyimə,
Hələ sinə gərəcəyim
Çətinliklərimə ağlamışdım.
Əllərini göz yaşım yox,
Suallarım islatmışdı,
təlaşlarım islatmışdı.
Boğazımda qəhər olmuş düyün,
Dəyilməmiş cümlələrim islatmışdı,
Çaşdırmışdı onda səni…

…Yenə dolur gözlərim.
Nə səndən,
Nə görüşdən.
Yaşamaqdan dolur gözlərim,
Yaşamaqdan…

Müəllif: Aysel Novruz

PostHeaderIcon Göz qapayıb açanadək…

Doğru deyil
Bu xəyaldır…
Səni məndən ala bilməz bu fələk
Doru deyil
əsla olmaz
Dünənimdən bu günümə
Səni gətirim gərək…
Sevmək?
lazım deyil…
Göz qapayıb açanadək
yanımda ol…

Kirpiklərim qovuşub ayrılınca
Mən yuxudan ayılınca
Sən də yox oldun birdən…
Yuxu kimi yalan oldu
Yuxularım talan oldu…

Müəllif:Cavid İbrahimli

PostHeaderIcon Göz Yaşları

Göz yaşları süzüldü qədəhlərə,
Sevgi qədrini bilənlərə,
Sevgi yolunda əzab çəkənlərə.
Qaldırın badələri şərəf sahiblərinə!

Müəllif: Rasim İsgəndərov

Ara