‘düşmən’ Yazı Arşivi

PostHeaderIcon Özünə düşmən qazanacaq şeir

Ərəfatdahttp://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg
şeytan daşladılar,
namaz qıldılar.
Oldular tamam-dəsgah
mömin bəndə.
Kimi döndü şəhərə,
kimi əlində təsbeh
qayıtdı kəndə.
Bir sözlə,
oldular hacı.
Deputat da vardı içlərində,
nazir də.
Piştaxta arxasında
qulaqkəsənlər də vardı
aralarında,
lap elə içkini təzə
tərk edənlər də.
Xülasə, fağırlar da vardı
aralarında.
Xalam demiş, “bərkgedənlər” də.
Aylar keçdi,
illər dolandı, bu səfərdən
hamı yenə
köhnə işindəydi.
Külək yenə
həmin səmtə əsirdi.
Deputat vəd verirdi,
nazir nəzir yığırdı,
piştaxtanın arxasındakı
qulaq kəsirdi.

Müəllif:Ziyəddin Səlim

Ara