‘Dərdim’ Yazı Arşivi

PostHeaderIcon Dərdimi

http://s004.radikal.ru/i208/1001/1e/1744ef6369f7.jpg

Yoxdur səndən özgə könül sirdaşım,
Soruşa halımı,bilə dərdimi.
Görmədim fələyin sevinc payını,
Mənə hədiyyəsi elə dərdimi?

Ey məni bu qədər tox görən adam,
Doymadım bu dərddən,yox,görən adam.
Mənə sevincimi çöx görən adam,
Nə ola çəkməkdən ölə dərdimi.

Dünya çoxlarına bal dolu pətək,
Ömrüm arıların”sancdığı”çiçək.
Yığdım qucağıma qəmi bir ətək,
Yüklədim boynuma şələ dərdimi.

Elnarə,bu fələk namərddir yaman,
Mərd olan istəməz namərddən aman.
Dərdim ürəyimi böldüyü zaman,
Ola bir həmdəmim,bölə dərdimi.

Müəllif: Elnarə Şəms

PostHeaderIcon Dərdim özümdən yekədir

O qədər ki,böyütmüşəm,
Dərdim özümdən yekədir.
O qədər ki,üyütmüşəm,
Sevincim bircə tikədir.

Boyumdan boylanan göyə,
Dərdimə həsəd apardım.
Bəxtimə söylənir deyə,
Dartım dilimi qopardım?

Biçilməmiş geyinmişəm,
Əynimə həsrət donunu.
Nə danışıb,nə dinmişəm,
Dərdim içəndə qanımı.

Şirin vaxtı keçdi daha,
Zəhərini dadmaq olmur.
Sevgin mənə səndən baha,
Bu gözü aldatmaq olmur.

Böyüdükcə dərd olmuşam,
Görənlər deyir,bu nədir?
Dərd gələndə bərk durmuşam,
Nə olsun məndən yekədir.

Müəllif: Dilşad İsaqova

Ara