‘Dəniz’ Yazı Arşivi
Kaş Dənizə Dönəydik
Kаş dənizə dönəydik…
Sən mənim, mən də sənin
Qоynundаcа, əzizim,
Rаhаt-rаhаt yаtаydıq,
Sаkitcə uyuyаydıq.
Dаlğаlаr gоrüşəydi,
Ləpələr öpüşəydi,
Sulаr nаğıl dеyəydi,
Sаkitcə, pıçıltıylа,
Bizimlə хısın-хısın
Sеvincini böləydi,
Dərd-sərini dеyəydi,
Küləklər hеy gələydi,
Küləklər hеy gеdəydi,
Bizlə sirdаş оlаydı,
Bizə sığаl çəkəydi,
Bizə tumаr çəkəydi,
Nаzımızа dözəydi,
Bizlə dеyib-güləydi.
Hər аn bizi qucаydı,
Qоynunаcа аlаydı,
Аtıb-tutub uçаydı.
Bəzən isə döyəydi,
Bəzən də lаp qоvаydı,
Hаrаy-həşir sаlаydı.
Dаbаnqırmа qаçаydıq,
Sаhillərə çаtаydıq.
Sаhillərlə görüşüb,
Sаhillərlə qоvuşub
Sinəsini yuyаydıq,
Sinəsini öpəydik.
Əldən-dildən düşəydik,
Yеnə əvvlki kimi
Gеriyəcə dönəydik,
Yuvаmızа gələydik,
Yахşıcа dincələydik.
Günəşdən bаc аlаydıq,
Günəşdən tаc аlаydıq.
Şəfəqlərlə çiməydik,
Аylа birgə üzəydik.
Sеvgiylə bölüşəydik,
Hеy səsimiz gələydi,
Qədərimiz güləydi.
Nə gеcədən dоyаydıq,
Nə gündüzdən dоyаydıq.
Bаrışаydıq, küsəydik,
Sınаqlаrdаn çıхаydıq,
Dərdə məlhəm оlаydıq.
Qоvuşаydıq аrzuylа,
Qоvuşаydıq ümidlə.
Sutək əziz оlаydıq,
Sutək ləziz оlаydıq.
Sеvənləri sеvəydik,
Qucаnlаrı qucаydıq,
Yеrdən qüvvət аlаydıq,
Göydən şəfqət аlаydıq,
Kаş dənizə dönəydik,
Kаş dənizə dönəydik…
Müəllif:Süsən Anar
Sənin Məhəbbətin Yaşadır məni
Min don gətirib bahar hər yana,
Min nəğmə bürüyüb çölü-çəməni.
Yaz necə torpağı gətirir cana,
Sənin məhəbbətin yaşadır məni.
Gül olsan, bulaq tək axıb gələrəm,
Bulud ol, şimşək tək çaxıb gələrəm,
Ulduz ol, yanına çıxıb gələrəm,
Sənin məhəbbətin yaşadır məni.
Vədəsiz yol gələn səhər yelisən,
Torpaqdan boylanan nərgiz gülüsən,
Nə deyim, mən sənə, vallah, dəlisən,
Sənin məhəbbətin yaşadır məni.
Bir bitməz-tükənməz nağıl payımsan,
Kükrəyən dənizim, axan çayımsan.
Çörəyim, duzumsan, havam, suyumsan
Sənin məhəbbətin yaşadır məni.
21.08.2003.
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az
Bir dənizdir, bir də mən
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.
Çoxları görcək səni öz eşqin elan eyləyib,
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən.
Bir zaman Məcnun idi divanə, səhra məskəni,
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən.
Müəllif: İlqar Fəhmi
Ürəyimdə bir dəniz var

Ürəyimdə bir dəniz var………
Söz dənizi……
sahilində susar qalar bu həyat!
Yol çəkər həsrətli gözlərim…….Donaram.
Yağar günümə həsrət yağışları.
Mən sənsiz yaşaram, sənsizliyin hüzn dolu anlarıyla……..
Yazaram, həm yaradaram təsvirini mən.
Tükənməz sözlər, bitməz……..Nə də səzi izah edə bilməz.
Ürəyimdə bir kədər var…….
Məni məndən qoparan, günlərimə son deyib, xəyallara aparan………
Sonu yox ki, kədərin!Sən gəlməsən heç bitməz!
Sən varkən yox olan həsrətin ölməzlik qazandı……heç ölməz!
Ürəyimdə bir sən var…….
O heç sənə bənzəməz ki………..
O, məni anlayar, sevər, varlığımda yaşayar, ürəyimlə döyünər!
Bir sən varsan………
Yaşaram bu taleyin kədərini, qəmini….
Bəzən gülərsən mənimlə, bəzən də mən danışaram səninlə!
Ürəyimdə bir eşq var……sonsuz düşüncələr yaşadan bir eşq……
Sən onda varikən……..o səndə olmayan bir eşq.
Mən onun varlığını duysam belə………Bilirəmki……….nə isə
Sənin duyğuların ağlar qalıb hər gecə.
Ürəyimdə nələr var, nələr…..
Səni yaşadanlar.
Desəm səni unudaram…. ağlayar ürəyimdəki sən!
Desəm yazmayıram daha sənə, bitər, susar bu sözlər.
Desəm sona yetdi bu eşq, bu sevgi məni öldürər.
Nə yazıq ki, sən varsan……
Nə yazıq ki, sənsiz mən varam…..
Bir də sevən bu……..
Dəniz
Dəniz, bu payız da səni tək qoyub gedəcəm uzaqlara .
Mən atalı –analı bir yetim ,
Sən böyük okeanların qoyub getdiyi
Yanağından qan əvəzinə neft damdığı
Kür bir uşaq .
Bilirəm, bağışlamayacan məni.
Bilirəm.
O sahildə gözünü yumub ,bu sahildə məni tapmaq
İstəyən dalğaların qayalara həkk olan şəklimə
Tüpürəcək.
Dəniz .
Sahilində oturub ağlamayacam daha,
Kasıb balıqlara sonuncu yol pulumu atmayacam .
Sonuncu kərə gülümsəməyəcəm üzünə,
Sonuncu kərə duzlu gözlərindən öpəcəm.
Sonbeşik dalğanı alacam qucağıma öz balam kimi .
Unutma məni dəniz, unutma.
Qoynunda can verən balıqçılara başdaşı qoy
Son xatirəmi.
Qağayıları dilə tut, getdiyimi bilməsinlər .
Sən Allah onları incitmə,
Mən getdim, dəniz,
Sən bu şəhərdən getmə.
Müəllif: Hafiz Hacıxəlil