‘bu’ Yazı Arşivi

PostHeaderIcon Ürəyim bu sevda oduna yandı

Gö­rüş­dük, da­nış­dıq, bu mə­nim bə­sim,http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Bu han­sı qis­mət­di, han­sı za­man­dı.

Qəl­bi­mi ox­şa­dı is­ti nə­fə­sin,

Ürə­yim bu sev­da odu­na yan­dı.

Ba­xı­ram üzü­nə pa­yız bu­lu­du,

Ürə­yim sən­gi­məz qəm do­lu dər­ya.

Ba­xı­şın kök­süm­də qa­la­yıb odu,

Çox çə­tin bu dər­di an­la­maz du­ya.

Öt­mə­yib ara­dan ne­çə həf­tə, il

Bu qə­dər ya­nı­ram həs­rət qə­mi­nə.

Da­nış­sam dil-do­daq gü­nah­kar de­yil,

Qor­xu­ram alı­şan ürə­yim di­nə.

Açı­lan dərd de­yil söy­lə­yəm, de­yəm,

Süb­hə­dək ah­la­rım ahı­ma da­yaq.

Mən sə­nin ya­nın­da be­lə qəm­li­yəm,

Gəl mə­nim ya­nım­da ol­ma­yan­da bax.

Gö­züm­də yurd sa­lıb dağ­la­rın çə­ni,

Mil­yon­lar için­də tən­ha­yam, tə­kəm.

His­si­mi, ru­hu­mu, oy­na­dıb mə­ni,

Bəs nə­dir hey sə­nin ya­nı­na çə­kən?!

Ya­ğı­şa həs­rət­dir alı­şan çə­mən,

Şax­ta­dan do­na­caq sə­pə­lən­sə qar.

An­la­ya bil­mi­rəm, bil­mi­rəm ki, mən

Sev­di­rən gü­nah­kar, se­vən gü­nah­kar.

Giz­lət­mə həs­rət­li gö­zü­nü mən­dən

Göz­lə­rin gö­zü­mə yo­vuş­du, bəl­kə.

Nə vaxtdır qə­min­lə ol­mu­şam həm­dəm,

Har­da­sa yo­lu­muz qo­vuş­du, bəl­kə.

Müəllif: Sərdar zeynal

PostHeaderIcon Bu gece sarhoşum seninle!

http://i003.radikal.ru/0910/83/89378a5b56db.jpg

Mahkum oldum o şahane gözlere
Olmuşum ben bir deli divane
Hayat sensiz boş bir virane
Askınla tutuşmuşum…Ben Ne çare.

Bu gece sarhoşum seninle
Mühürledim seni kalbime
Arzum dolup taşarken seninle
Yanan dudağından,öpsem bi kere.

Gözlerimden hayal gibi geçersin
Arzularınla beni deli edersin
Tutkuyla, sevişmek var iken
Sen orda hala neyi beklersin ?

16/10/2009/12.31

Yazar: Güler Yavuzey.

PostHeaderIcon Bu fələk

Nəyim vаr hər zаmаn çаldı bu fələk,
Аrzunu, ümidi аldı bu fələk,
Dərdlərdən yоlumu sаldı bu fələk,
Nеcə də gör məni yоrdu bu fələk.

Bir sеvinc tаpmışdım, gеtdi əlimdən,
Qəfildən əlini üzdü əlimdən.
Аllаh, nəfəsi də оnlа аlırdım,
Gülümü bu fələk üzdü dibindən.

Müəllif: Süsən Аnаr

PostHeaderIcon Qoy, bizim gecəmiz olsun bu gecə

Qoy, bizim gecəmiz olsun bu gecə,
Hər şeydən, hamıdan qaçaq. Gizlicə
Kiçik bir məhəbbət sahili quraq,
Sevgi dənizinə birgə baş vuraq.

Qoy, bizim gecəmiz olsun bu gecə,
Hər şeydən, hamıdan qaçaq. Gizlicə
Xoşbəxtlik badəsin eşqlə dolduraq,
Bu gecə sehrli bir dünya quraq.

Qoy, bizim gecəmiz olsun bu gecə,
Hər şeydən, hamıdan qaçaq. Gizlicə
Məhəbbət dağının zirvəsin aşaq,
Ölməz bir sevginin dastanın qoşaq.

Qoy, bizim gecəmiz olsun bu gecə,
Hər şeydən, hamıdan qaçaq. Gizlicə
Qəmi və kədəri tamam unudaq,
Bu gecə səadət havası udaq.

Qoy, bizim gecəmiz olsun bu gecə,
Hər şeydən, hamıdan qaçaq. Gizlicə
Bir sən ol, bir də mən, hamını danaq,
Bir ömür boyu bu gecəni anaq.

Müəllif:Tuana

PostHeaderIcon Bu Bizim Vətənimizdir!

Xəritədə ac köpəklərin çeynədiyi,
Qoyun dərisinə bənzəyən.
Iynə kimi özü lüt,
Özgəliyi bəzəyən.
Ayağını itlər,
Yaxasını bitlər yiyən.
Bu bizim Vətənimizdir!

Azadlıq deməkdən,
yırtılan boğazıyla.
Cəhənnəm qışıyla,
Cənnət yazıyla.
Bol-bol ciblərə dolan,
Neftiylə, qazıyla.
Bu bizim Vətənimizdir!

Ağlamaqdan gözlərində yaş qalmadı.
Sabahını düşünməyə,
Bir ağıllı baş qalmadı.
Gələn vurdu, gedən vurdu,
Daş üstündə daş qalmadı.
Bu bizim Vətənizmizdir!

Qanlı köynəyi əyninə yapışıq,
O, yanıb, biz yanmışıq.
Vətən xarabaya dönəndən sonra qanmışıq.
Bu bizim Vətənimizdir!

Gecəsi zülmət,
Gündüzü qaranlıq.
Kədəri əbədi,
Sevinci bir anlıq.
Özü boyda qəbristanlıq.
Bu bizim Vətənimizdir!

Özü də bilmir hara tələsir,
Qələtini axtarır.
Hələ indi dilini, millətini axtarır.
Özü özünü öldürüb, öz çiyinində aparır.
Bu bizim Vətənimizdir!

Bəd günü ilə, xoş günü ilə,
Daim əli boş günü ilə,
Qaçqınıyla, köçkünü ilə
Bu bizim Vətənimizdir!

Müəllif: Nüsrət Kəsəmənli