‘Bir’ Yazı Arşivi

PostHeaderIcon Bir Sevda Masalı

Bir söylenceye göre düşman iki ailenin çocukları olan Ali ile Zehra biribirine ölesiye sevdalıymışlar. İki genç daha çocukken ailelerinin düşmanlığına rağmen, gönül verip sevmişler biribirilerini. Aşkları, gökle- yerin aşkı kadar büyük, çiçekle suyun-aşkı gibi temizmiş.

Günler gecelere, geceler günlere akıp giderken, herkes aşkına göre almış hisesini hayatın pınarından.. Yıllar su gibi akıp gitmiş, Ve yöre de herkesin dilinde Zehra kızın güzelliği söylenir, Zehra kızın güzelliği konuşulur olmuş. Taa.. topuğuna kadar inen saçları, simsiyah gözleri, inci dişleri, kıpkızıl dudakları, pembe yanakları ve tanrı heykelleri gibi kusursuz bedeni ile perileri kıskandıracak kadar güzel ve alımlıymış

Derken Ali ile Zehra büyüyüp evlenme çağına erişmişler ama evlenmelerine her iki tarafta bir türlü razı olmamış. İki düşman aile arasında kavgalar başlamış, günlerce silahlar patlamış

Zehra ile Ali de çevrelerine aşklarını, biribirine bağlılıklarını kanıtlamak için evlerini terkedip iyi yürekli bir çobanın yardımıyla uzak bir vadideki mağaraya gizlenip yıllarca orada barınmışlar.

Zehranın kardeşleri her yeri aramış taramışlarsa da hiç bir yerde izine rastlamamışlar. Epey bir zaman yabani meyveler, bitkiler, kökler yiyerek ve geceleri çobanın köyden taşıdığı yiyeceklerle yaşamını sürdürmüşler…

Dolunaylı gecelerde iki derin vadi arasındaki mağaranın önünde oturup, alt tarafından çağıl çağıl akan sulara bakarak dağlara, taşlara türküler yakmışlar.

Zehra kızın saçları gece, gözleri yıldız, bakışları gökkuşağını andırırmış. Baktıkça rengarenk bir ahenk sararmış vadinin içini Her sabah gün burada aşkla başlayıp, aşkla bitermiş Kuşların inceden soluyuşu, ağacların nazlı nazlı sallanışı, yaprakların hışırtısı bir başka güzelleştirirmiş çevreyi Renk renk, desen desen çicekler içinde, pınarların da akışıyla bu renk ve ahenk harmonisi, iki gönül coğrafyasının ve iki yurek ikliminin mutluluğuyla uzayıp gitmiş günler.

Genç adam sevdiği kıza her gün hayran hayran bakarak sazına sarılıp türküler dizermiş ırmaklara Dağ, taş dillenirmiş sesinde Sevdiğinin gözleri denizin incileri, dişleri mercan, saçları gecenin karanlığı, gülüşü bahar gülü kadar güzelmiş, güldükçe cangülleri saçılırmış dağa, taşa

Sonra Zehra kızın kardeşleri iz sürüp yatmışlar pusuya. Herşeyden habersiz dağlara, kayalara saz çalıp sevdiğinin ceylan gözlerine türküler söyleyen Ali tek kurşunla kayadan aşağı yuvarlamışlar.

Ağıt yakıp saçlarını yolan Zehra kız Ali nin acısına dayanamayıp ümitsizliğe kapılarak oda kendini aynı uçurumdan aşağı bırakır.

İkisi yan yana gömülür. Sonraları kızın baş ucuna ak, erkeğin başucunda al bir gül fidanı çıkar ve her bahar yeşerip biri ak biri kırmızı gül açarak biribirine sarılarak tekrar kavuşurlar hiç ayrılmamak üzere….

Yelpınarın suyu gövdelerine değdikçe ağlamışlar, iri iri yaşlar süzülmüş yapraklarından Beyaz duvağını takıp tomurcuğuna, ağıtlar yakmışlar kayalara dönüp sırtını munzur dağına. Ne zamanki acısı, ne zamanki hasreti işlemiş kayalara Zehra kızın, paramparça olmuş kayalar, her parça kızıl bir ağgül olmuş kanamış. Yıllarca pınarlar kan akmış Tarifsiz bir acı çökmüş her yana

İşte o gün bu gündür her bahar biribirine kenetlenen bu iki çiçeğin olduğu yerde ağlama ve inilti sesleri duyulur geceleri Halk arasında mağaranın önünde gömülü olduğuna inanılan bu iki sevgilinin aslında ölmediklerinin, onların değişik zamanlarda değişik şekillerde göründüğüne dair rivayet edilir. Halk arasında hala iki sevgilinin, iki çiçeğe dönüşerek yaşadıklarına inanan yörenin gençleri. Bu söylentilerin de etkisiyle olacak ki, her bahar mağarayı ziyaret ederek dilek tutup kısmet ve murat duası ederler…

Rüzgarın sesi bu yörelerde her gece yaşanmış efsaneleri fısıldar. Bazen yaşlı bir ninenin anlattığı masalda dillenir, bazen de bir sazın tellerindeki ezgide

PostHeaderIcon Bəlkə elə insan bir az havadan, bir az sudan, bir az da darıxmaqdan ibarətdir

O qədər darıxıram ki…………Darıxıram gülüşün, baxışın, yanımda yerişin üçün….…Səninlə bir şeylər danışmaq, səndən bir şeylər eşitmək üçün darıxıram….Səni dinləmək, məni dinləmən üçün darıxıram…….Çox şey “borcluyam” sənə, bəzən hətta qorxuram sənə olan “borclarımı” necə ödəyəcəyəm deyə……..Bəzən bir çarəsizlik, bir ümidsizlik çökür beynimə………həsrətin və heç bitməyən sənsizlik ağrısı bir vaxtlar çox incitdi məni……..sonra buna alışdım……..sonra nə hiss etdiklərimi anlaya bilmədim…….Səninlə işim bitdi…….Yarımçıq qalanları saymağa başladım. Gözlərimdə kirpiklərimlə boğuşan damlaları boğazımdakı düyünlərimdə gizlətdim. Mən səni həsrətli təqvimlərdə deyil, bu şəhərə gəlməyəcək yağışlarda üzərimə yağ deyə axtardım. Düşünmə ki sənin üçün darıxmaq——-tək və qaranlıq otağımda gecə olunca əlimə siqaret götürüb, digər əlimdə şəkilinə baxaraq ağlamaqdır. Sənin üçün darıxmaq gecə başımı qaldırıb zülmət qaranlığa baxaraq günəşi axtarmaqdır. Dilim səssizdir, heç susmayan sükutun pıçıltısı hələ də qulağımdadır. Özüm mən özümə darıxmağı, gedəni gələcək deyə gözləməklə qarışdırmayım deyə hey təsəllilər vermişəm.

Mən gəlməyəcəyini, gəlsən də özüm gedəcəyəmi bilirəm……..Nə çətinliklərlə böyütdüyüm xəyallarımı getdiyin gündə, getdiyin saata basdırdım. Gedərkən söylədiklərin ağrıtdı məni…………..həm də lap çox……sənin üçün darıxmağım da bu gün ağrıtdı məni….. kaşki ürəyimdə saxladığım həsrətini öz əllərimlə boğa bilərdim……Bilirsən……… sənsiz bu gün şəhərdə küləklər daha səsli və sürətli əsir. Məcbur olaraq dinləmək məcburiyyətində qalır insan…….Hər əsintidə köhnələrdən ötəri, lakin təzə bir yaş axır gözlərimdən…………Darıxmaq——günahsa əgər, darıxmaram bundan sonra………hmm…..amma bu gün bir az darıxdım………əslində darıxmaq istədiyim üçün darıxdım…..darıxmaq özü də bilmədən insanın tanrıya etirazıdır…….bəlkə elə insan bir az havadan, bir az sudan, bir az da darıxmaqdan ibarətdir?……..nə isə….. qəliz sual oldu…………Darıxdığım üçün bağışla məni.

PostHeaderIcon Hardasa ağladı bir qızıl üzük

Saydıqca özünü məğrur və böyük,
Oldun öz əhdinə, vəfasız dönük.
Hardasa ağladı bir qızıl üzük,
Hansısa dodaqlar öpüşsüz qaldı…

Məhəbbət xəttləri qırıldı bir gün,
Ayrılıq qılıncı sıyrıldı bir gün,
Dəlicə sevənlər ayrıldı bir gün,
Bir gün sevgililər görüşsüz qaldı…

Puç oldu deyilən o gözəl sözlər,
Çağladı bir anda çaylar, dənizlər,
Qəfildən ağladı o gülən gözlər,
O vaxtdan bir oğlan gülüşsüz qaldı…

Müəllif: Qismət

PostHeaderIcon Ürəyimdə bir dəniz var

http://qafaroglu.azeriblog.com/public/blogs/qafaroglu/2009/02/06/deniz.jpg

Ürəyimdə bir dəniz var………

Söz dənizi……

sahilində susar qalar bu həyat!

Yol çəkər həsrətli gözlərim…….Donaram.

Yağar günümə həsrət yağışları.

Mən sənsiz yaşaram, sənsizliyin hüzn dolu anlarıyla……..

Yazaram, həm yaradaram təsvirini mən.

Tükənməz sözlər, bitməz……..Nə də səzi izah edə bilməz.

Ürəyimdə bir kədər var…….

Məni məndən qoparan, günlərimə son deyib, xəyallara aparan………

Sonu yox ki, kədərin!Sən gəlməsən heç bitməz!

Sən varkən yox olan həsrətin ölməzlik qazandı……heç ölməz!

Ürəyimdə bir sən var…….

O heç sənə bənzəməz ki………..

O, məni anlayar, sevər, varlığımda yaşayar, ürəyimlə döyünər!

Bir sən varsan………

Yaşaram bu taleyin kədərini, qəmini….

Bəzən gülərsən mənimlə, bəzən də mən danışaram səninlə!

Ürəyimdə bir eşq var……sonsuz düşüncələr yaşadan bir eşq……

Sən onda varikən……..o səndə olmayan bir eşq.

Mən onun varlığını duysam belə………Bilirəmki……….nə isə

Sənin duyğuların ağlar qalıb hər gecə.

Ürəyimdə nələr var, nələr…..

Səni yaşadanlar.

Desəm səni unudaram…. ağlayar ürəyimdəki sən!

Desəm yazmayıram daha sənə, bitər, susar bu sözlər.

Desəm sona yetdi bu eşq, bu sevgi məni öldürər.

Nə yazıq ki, sən varsan……

Nə yazıq ki, sənsiz mən varam…..

Bir də sevən bu……..

PostHeaderIcon Bir gözəl gəzirəm məni öldürə

Birinə gələrsə, beşinə gəlməz,
Yatsa yuxusuna, huşuna gəlməz .
Bu arzu çoxunun xoşuna gəlməz-
Bir gözəl gəzirəm məni öldürə.

Gəzirəm dişimdə can adlı tikə,
Bu canı bir alan tapıla bəlkə.
Ya bıçaq saplaya, ya tətik çəkə-
Bir gözəl gəzirəm məni öldürə.

Döndərə toxuma, çiyidə öldürə,
Sala dəyirmana, üyüdə öldürə.
Yerdə də tapmasa, göydə öldürə,
Bir gözəl gəzirəm məni öldürə.

Səs versin səsinə-ününə gedim,
Yanına sevinə-sevinə gedim.
Desin ünvanını, evinə gedim,
Bir gözəl gəzirəm məni öldürə.

Getdiyi cığırdı, izdi deməyə,
Eh nə tez canından bezdi, deməyə.
Hələ çox cavandı, tezdi deməyə,
Bir gözəl gəzirəm məni öldürə.

Düşə taleyiylə, düşə acığa,
Adam öldürməyə könlü acıxa.
Məndən yerin-göyün hayfını çıxa,
Bir gözəl gəzirəm məni öldürə.

Gözüm qapananda yuxum öləcək,
Ölümdən qorxmayan qorxum öləcək.
Özümü öldürsəm, ruhum öləcək,
Bir gözəl gəzirəm məni öldürə.

Səbrin ki böyükdü, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla .

Sənin öldürdüyün zülümnən ölmür,
Bilirəm günahdi keç günahımdan.
Nə olar, nə olar məni bağışla,
Bir gözəl gəzirəm məni öldürə.

Müəllif: Hafiz Hacıxəlil

Ara