‘Bağışla Məni’ Yazı Arşivi
Vətən, Bağışla Məni

Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqda kiçilmişəm,
Vətən, bağışla məni.
Haqqımı istəmişəm,
Dilimə dağ basılıb.
Boynumun kündəsindən
Qalmışam mən asılı,
Vətən, bağışla məni.
Çoxum əlimdən gedib,
Gözüm azın dalında.
Ömrümü əritmişəm,
Namərd qilü-qalında,
Vətən, bağışla məni.
İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan-yurda köçümdən,
Vətən, bağışla məni.
Dünən kütümü yeyən,
Bu gün özümə hürür.
Əlimə yetişəni,
Məndən qabaq götürür,
Vətən, bağışla məni.
Ağlım özümə qənim,
Ürəyim səngərimdir.
Qövr eyləyən dərdimin,
Rişələri dərindir,
Vətən, bağışla məni.
İldırım sındıracaq,
Bir gün sükut buzumu.
O vaxt qan tutacaqdır,
Yanan qartal gözümü,
Vətən, bağışla məni.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az
Bağışla Məni
Günahım sevməkdirsə Bağışla Məni

Bir gün tərk edərəm Gülüm, mən səni.
Olmuşam eşqindən mən artiq dəli
Günahım sevməkdirsə Bağışla Məni!
***
Eşqindir həyatda yaşadan məni,
Eşqsiz insanın nə dərdi qəmi?
Olmuşam eşqinin bu gün əsiri
Bağışla sevgilim Bağışla Məni!
***
Gül tək qoynunda saralıb soldum
Bu eşq yolunda mən həlak oldum.
Səni sevərkən sevilməz oldum
Bağışla sevgilim Bağışla Məni!
***
Günəş tək qəlbimə nur ələdin sən
Göylərdə sayrışan bir ulduzam mən.
Qəlbində acı tək yaşıyıram mən
Bağışla sevgilim Bağışla Məni!
***
Sənə vurulan o gündən bəri

Yaşıyır qəlbimdə hicran qəmi
Çatıb sevgimizin ayrılıq dəmi
Bağışla sevgilim Bağışla Məni!
***
Müəllif : Kənan AY