‘azeri hikayesi’ Yazı Arşivi
İlk məhəbbət (hekayə)

Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.
Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:
- Harda qaldın, Rasimə?.. – Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:
- Gəlirəm, – dedi və əlindəki çaydanı krantın altına tutdu.
Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı. Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı. Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi… Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi. O vaxtdan o kişi bir də həyətdə görünmədi…
- Zərifə xalanın kişisi necə oldu, ana?.. – Bir dəfə balaca Ədhəm soruşdu.
- Öldü, bala. – Anası hüznlə bildirdi. – Yazıq xəstəydi…
“Ölmək” sözünün mənası Ədhəmə sonralar, tədricən çatdı…
Zərifə xalanın bir oğlu da vardı. Evliydi. Şəhərin başqa yerində yaşayırdı. Atası dünyasını dəyişəndən sonra neçə dəfə anasını yanına aparmaq istəmişdi, arvad razılaşmamışdı…
Ədhəm məhrəba ilə qurulana-qurulana pəncərədən boylanıb krantın üstünə bir də baxdı. Rasimə çağırılan qız dabanıəzik tuflilərini taqqıldada-taqqıldada xırda addımlarla Zərifə xalanın evinə girdi. Qapının güllü pərdəsini arxasınca saldı. Çəkib yanlarını düzəltdi…
Anası çörək doğradığı bıçağı kənara qoyub Ədhəmi tələsdirdi:
- Gəl otur, bala, yeməyini soyutma. Məktəbə gecikərsən.
Ədhəm stol arxasında soruşdu:
- Ana, Zərifə xalanın evindəki qızlar kimdi?..
- Zərifə xalayın kvartirantlarıdı. Sən dayıngildə olanda yığışıblar.
- Zərifə xalaynan bir yerdə qalacaqlar?..
- Yox, özü daşındı oğlugilə. – Anası nə bilirdi onu da əlavə etdi. – İki bacıdılar. Böyüyü institutda həkimlik oxuyur, bu il qurtarır. Sən görən kiçiyidi. İkinci kursda, müəllimlikdədi…
* * *

Həmin gündən Ədhəm daxilində nəsə qəribə dəyişikliklər hiss etməyə başladı. Qəlbində o günə qədər duymadığı, yaşamadığı yeni, qeyri-adi hisslər oyanmışdı. Rasimə evdə olanda Ədhəm gözünü bayırdan çəkə bilmirdi. Baxışları bacıların girib-çıxdığı qapı ilə su krantı arasında əsir-yesirdi. Su hər şırıldayanda dik atılırdı. Yalvarırdı ki, suya gələn Rasimə olaydı…
Rasimə instituta birinci növbə, Ədhəm isə məktəbə ikinci növbə gedirdi. Qızı bir səhərlər görürdü, bir də axşamlar. Əvvəllər gün çıxar, qalxardı bir boy, iki boy … qızardı. Ədhəm gözünü açmaz, yatağından qalxmazdı. Anası elə hey gileylənərdi:
- Tayların nə vaxtdı durub. Sən hələ yuxu bişirirsən. Kimə oxşadın, ay bala, belə tənbəl, yatağan…
İndi bu giley-güzara son qoyulmuşdu. Günün yeri çırtlamamış sehirli bir əl Ədhəmi çəkib yorğanın altından çıxardırdı. Duran kimi də həyətə yenirdi. Nəfəsi kəsilənə qədər qaçır, həyəti dörd dolanır, əl-qolunu oynadır, atılıb-düşürdü. Dönə-dönə krantda yuyunurdu…
Hamısı Rasiməyə görəydi. Səhər-səhər onu görmək, nəzər-diqqətini cəlb etmək, qumrov kimi cingiltili, məlahətli səsini eşitmək üçündü. Pis oydu ki, Ədhəm qızla üz-üzə, göz-gözə gəlməkdən çəkinirdi. Əksər hallarda Rasimə həyətdə görünən kimi yox olurdu. Hardasa daldalanır, ona kənardan oğrun-oğrun, gizlicə tamaşa edirdi. Qızla bir-iki kəlmə kəsən kimi utanıb özünü-sözünü itirirdi…
Bir dəfə Rasimə ağızucu maraqlandı ki, nə əcəb səhərlər yuxudan belə tez durur? O ki, ikinci növbədi? Ədhəm əvvəlcə çaşdı. Sonra ağlına gələn ilk fikri dedi:
- Adət eləmişəm… – Tez də həyət-bacaya göz gəzdirdi ki, görsün eşitmədilər.
Qonşuları Hüseyn əmiyə nə desin! Aradan heç ikicə gün keçmədi Ədhəmin paxırını açdı.
- Bu kişi qırığıyın qulağına səs dəyib-nədi, ay Səlbi? – dedi. – Qabaqlar onu linglə qaldırardın, indi xoruz banına oyanır…
Rasimənin bir qulağı onlardaydı, hamısını eşidirdi.
Anası güldü.
- Nə bilim, ay Hüseyn qardaş, yəqin indi-indi ağlı kəsir. Deyir, müəllimimiz tapşırıb ki, səhər-səhər tez durun, təmiz havada idman eləyin, xeyirdi…
Ədhəm özündən uydurmuşdu. O da vardı ki, idman müəllimi bunu elə həmişə deyirdi…
* * *
Bir zaman Zərifə xala qapısının ağzındakı skamyada oturub bütün günü corab toxuyardı. İndi onu həmin skamyada bacılar əvəz etmişdi. Böyük bacı həyətdə az-az görünərdi. O da Rasiməynən. Özünü ağır tutardı. Rasimə belə şeylərə fikir verməzdi. Gün batan kimi əlində kitab qapının ağzında peyda olardı. Yaxşı da eləyərdi. Həyətdə çəkinməli adam yoxdu. Kişi adına bir Ədhəmin atasıydı, bir də Hüseyn əmi. Onlar da neftçiydilər, neft mədənlərində işləyirdilər. Səhər gedib axşam gəlirdilər. Hətta bəzən günlərlə itib-batırdılar…
Ədhəmgilin evinin qabağında bir tut ağacı vardı. Tut vaxtı allahın verən günü Ədhəmi onun kəlləsində görərdin. Tut çoxdan sovulmuşdu. Ədhəm yenə onun üstündəydi. Qaranlıq qarışan kimi balkondan adlayıb sıx budaqların arasında yerini rahatlayardı. Sanki filmə baxmağa hazırlaşardı. Bu “film” dünyada ən maraqlı filmdi. Bircə də qəhrəmanı vardı: Rasimə! Ədhəmə elə gəlirdi ki, ömrü boyu bu filmə eyni həvəs, eyni maraqla baxar, doymaz! Çünki Ədhəm hər axşam bu “filmdə” özü üçün nəsə bir yenilik, təzəlik kəşf edər, tapardı…
Hərdən ehtiyatsız dəbərib budaqları tərpədəndə Rasimə diksinərək başını qaldırıb altdan yuxarı tut ağacına sarı boylanardı. Bir şey görməyib gözlərini təzədən kitaba dikərdi. Lakin bəzən qız budaqların tərpənməyini vecinə almazdı. Ədhəm bununla təyin edərdi ki, oxuduğu kitab maraqlıdı, ya yox…
Rasimə dizdən yuxarı, qapılarının pərdəsi kimi güllü xalat geyinərdi. Oturanda ətəyi bir qarış yuxarı qaçardı. Qəşəng, şümşad kimi düz, uzun qıçları bayırda qalardı…
Növbəti dəfə yanından ötəndə Rasimə Ədhəmi saxlayıb yenə sorğu-suala tutdu:
- Neçənci sinifdə oxuyursan? Dərslərindən neçə alırsan?..
Ədhəm qızın bircə sualına cavab verə bildi. Dedi ki, səkkizinci sinifdə oxuyur. Qalan suallarını, sözlərini heç eşitmədi. Çünki baxışları qəfildən qızın nəfəs aldıqca ahəstəcə qalxıb-yenən ağappaq, mərmər sinəsinə sataşdı. Güllü xalatının açıq düymələri arasından sürüşüb içəri düşdü. Oğrun-oğrun, hürkək-hürkək. Başı gicəllənmiş kimi sinəsi aşağı yuvarlandı…
Ədhəm tez üzünü çevirdi. Rasimənin qıyqacı baxışları çatıldı. Qoşa badam içi dodaqları kipləşdi, yenidən açıldı.
- Üzünü yana niyə tutdun? Olmaya məndən utanırsan?..
Ədhəm üzünü təzədən qıza tərəf çevirdi. Baxışları istər-istəməz bayaq iz saldığı yerlərdə gəzdi. Yenə tab gətirmədi. Bu dəfə başını aşağı saldı. İkinci oda düşdü. Rasimənin krujevalı ipək alt köynəyi, dizdən yuxarı açıq qıçları baxışlarını yandırdı, cızıldatdı…
Aman allah! Qız bütün bunları indicə hiss etdi və cəld əlini yaxasına apardı, sinəsini örtdü. Xalatının ətəyini çəkişdirdi.
- Bağışla… – Pıçıldadı.
Ədhəm qıpqırmızı qızardı. Yanaqları, qulaqları od tutub yandı. Dayana bilməyib evlərinə qaçdı. Neçə gün Rasimənin gözünə görünmədi…
* * *
Otağın baş tərəfindəki bədənnüma aynanın qarşısında Rasimə daha sehrli, daha cazibədardı. İki Rasimə üz-üzə, göz-gözə dayanardı. Bir-birilə bəhsə girərdi. Bir-birinə naz satardı. Biri uşaq kimi dodağını büzər, gülə-gülə dilini çıxardar, saçı ilə oynayar, yüz fason göstərərdi. O biri ondan geri qalmazdı. Sonra Rasimə oxuyardı. Həmişə də eyni mahnını, eyni sözləri. Elə bil başqa söz bilməzdi.
Qurbanlıq istəsən,
Yar, deyim özümü…
Ədhəm onun zərif, məlahətli səsində bir həzinlik də tapardı. Danışığında bu yox idi. Oxuduğu mahnıdan süzülərdi. Bir də, Ədhəm yalnız həmin anlarda bilərdi ki, Rasimənin aynaya baxa-baxa oxuması təsadüfi deyil. Qız səsini də orada görürdü…
* * *
Rasiməgilin otağındakı işıqlar tez sönərdi. Amma gecə lampası hələ bir müddət yanardı. Bacılar bu lampanın işığında siluetlərə dönərdilər. Siluetlər otaqda o baş-bu başa hərəkət edər, nəyisə götürüb-qoyar, kölgələri divarlarda oynayar, nəhayət, yataqlarını açıb soyunardılar…
Ədhəm bunların hamısını bacıların pəncərəyə vurduqları yarımka pərdənin üstündən görər, maraq oduna yanardı. Ürəyi az qalardı sinəsini deşib çıxsın. Hər dəfə ona elə gələrdi ki, bax, indicə nəsə olacaq … nəsə … Lakin gecə lampası da gözünü qırpar və hər şey qurtarardı. Daha doğrusu, yarımçıq qalardı…
Ən qəribəsi, Ədhəm məyus olmaqdansa sevinərdi. Niyə? Özü də baş açmazdı. Əlləri, ayaqları, bütün bədənu əsə-əsə, uçuna-uçuna ağacdan düşərdi. Düşəndən sonra da hələ nə qədər o anların həyəcanını yaşayardı…
Yorğan-döşəyində kirpikləri qovuşan kimi hər şey təzədən təkrarlanar, “gecə seansı” başlanardı. Yenə Rasimə qapının ağzındakı skamyada əyləşib kitab oxuyardı, aynanın qabağında dayanıb yüz fason çıxardardı və yenə gecə lampası göz qırpardı… Ədhəmin gündüz gördükləri ilə gecə gördükləri bir-birinə qarışardı. Elə qarışardı ki, hansını nə vaxt gördüyünü ayırd edə bilməzdi…
* * *
Ədhəm yenə yoxa çıxmışdı. Anası Səlbi pəncərədən üzü qaranlığa nə qədər boylandısa bir şey seçə bilmədi. Həyətin o başında Rasiməgilin lampaları da söndü. Aşağıda, pəncərədən düşən işıq zolağında Səlbinin iri, yöndəmsiz kölgəsi daha da qatılaşdı.
- Ədhəm, ay Ədhəm!.. – Səlbi əlacsız qalıb oğlunu bərkdən harayladı.
Ancaq cavab almadı. Birdən tut ağacının pəncərəyə doğru uzanan budaqları tərpəndi. Səlbi başını qaldıranda nəsə bir qaraltının ona tərəf irəllədiyini gördü. Əvvəl qorxdu, sonra Ədhəmi tanıyıb təəccübləndi.
- Gecəquşusan, a bala? Ağacda nə gəzirsən?..
Ədhəm ağır-ağır, ehtiyatla budaqdan-budağa keçərək pəncərəyə adladı. Lal-dinməz, key-key anasının üzünə baxdı. Sonra içəri atıldı. Dayanıb yenə həmin baxışlarla gözünü döydü…
Səlbi bu müəmalı, anlaşılmaz baxışlardan ehtiyatlandı. Ədhəmin başını yüngülcə sinəsinə sıxdı. Saçlarını sığalladı. Titrək əllərini tutub ovcunda saxladı.
- Xəstəsən, Ədhəm?.. – Soruşdu.
- Yox… – Ədhəm handan-hana dilləndi.
- Bəs niyə qızdırmalı adam kimi uçunursan? Rəngin-ruhun da qalmayıb. Ağacda nəəzirdin gecənin bu vaxtı?..
Ədhəm öz hisslərinə görə anasından utandı. Qulaqlarının yavaş-yavaş istilənib yanmasından qızardığını anladı. Anasının qollarını aralayıb yataq otağına qaçdı. Tezcə də soyunub yatağına girdi. Səlbi də daha heç nə soruşmadı…
Ədhəm qaranlıqda anasının yüngül ayaq səslərini eşitdi. Sonra da çarpayısı cırıldadı. Başa düşdü ki, atası evdə yoxdu. Atası gecə növbəsinə gedəndə Səlbi adətən onun otağında yatardı…
Otaq bir müddət gecənin qaranlıq sükutunda üzdü. Nəhayət, bulanan göl kimi tədricən durulmağa, aydınlaşmağa başladı. Daha doğrusu, Ədhəmin gözü qaranlığa alışdı.
- Ana, eşidirsən?.. – Yastığına dirsəkləndi.
- Hə… – Anası səsinə səs verdi.
Bir-birinin sifətini yaxşı seçmirdilər. Bəlkə elə buna görə Ədhəm cəsarətliydi.
- Ana, ömründə heç bircə adamı sevmisən? Amma gülmə, haa!..
Cavab bir az gecikdi. Səlbi fikirləşirdi.
- Daha gülmək niyə, oğlum? – Dedi. – Bax, səni, atanı sevirəm. Sağlığında anamı çox sevirdim…
- Elə sevmək yox ey… – Ədhəm anasının sözünü kəsdi. – Mən əsl məhəbbətdən danışıram…
- Bəs mənim məhəbbətim əsl məhəbbət deyil, oğlum?..
Ədhəmə elə gəldi ki, anası incidi. Nə qədər fikirləşdisə demək istədiyini çatdırmaqçün münasib söz tapmadı. Bir də Ədhəm bu mövzuda anası ilə ilk dəfəydi danışırdı. Sıxılırdı. Nəhayət, çətinə düşən adam kimi mızıldandı.
- Məhəbbətdi e… Amma mən o kinolarda olur haa…
- Hə, aydındı… – Anası şuxluqla güldü. – Məgər biz atanla bir-birimizi lap elə o kinolardakı kimi sevmirik?..
Ədhəm nəsə xatırlayıb bu axmaq suala görə özünü danladı. Axı atası ilə anasının bir-birini necə sevdiyini yaxşı bilirdi. Ondan bilirdi ki, haçansa atası anasının bir cüt hörüb çiyinləri aşağı arxaya atdığı saçlarını sığallayaraq demişdi:
- Sənin bu buruq-buruq saçların nədənsə mənə həmişə bizim neft buruqlarını xatırladır, Səlbi…
Bax onda Ədhəmə elə gəlmişdi ki, anası bu bənzətmədən bərk inciyəcək. Axı anasının ətirli, ipək kimi saçlarını mazutlu buruqla necə müqayisə etmək olardı? Çox da atası üçün o mazutlu buruqlar da anası, onun ətirli ipək saçları kimi əzizdi. Çox da kənardan baxanda anasının hörükləri o mazutlu neft buruqlarına, doğrudan da, bir az oxşayırdı…
Lakin anası bircə qram da inciməmişdi. Əksinə, atasının üzünə baxıb xoşbəxt-xoşbəxt gülümsəmişdi. Ədhəm də başa düşmüşdü ki, onlar bir-birini həqiqətən sevir. Əsl məhəbbətlə sevir. Lap kinolardakı kimi!..
O axşam Ədhəm də xəyalən saçlarını çiyinləri aşağı tökərək Zərifə xalanın qapısı ağzındakı skamyada oturub kitab oxuyan Rasiməni Xəzərin sahilində, bulvarda gördüyü məcnun söyüdlərə oxşatdı. Hansı ki, sevənlər onların altında görüşər, bir-birinə ürəklərini açar, baş-başa verib pıçıldaşmaqdan doymazdılar. Ədhəmin ən böyük arzusu günlərin bir günü Rasimə ilə o söyüdlərdən birinin altında görüşmək, sevişməkdi…
Ədhəm bilmədi Rasimə onun bu bənzətməsini eşitsə, anası bir zaman atasının bənzətməsini eşidib üzünə xoşbəxt-xoşbəxt gülümsədiyi kimi gülümsəyərdimi?..
- Ana, deyim, mən kimi sevirəm?..
Ədhəm özü də bilmədi bunu nə vaxt ağzından qaçırtdı.
Anasının çarpayısı cırıldadı.
- Kimi, Ədhəm?..
Ədhəm maraqla ona qulaq kəsilən anasına tərəf döndü.
- Rasiməni… – Dedi, tez də yorğanı başına çəkdi.
- Kimi? Rasiməni?.. – Anası təkrar soruşdu. Sonra şən-şən, ürəkdən güldü.
Ədhəm başını yorğanın altından çıxartdı.
- Niyə gülürsən, ana? Pis qızdı?..
- Yox, qəşəng qızdı!.. – Anası o saat ciddiləşdi. Ədhəm də inandı ki, anası bunu sidq-ürəkdən deyir. – Kaş böyük oğlan olaydın, Ədhəm! Rasiməni sənə alardım. Həyətimizdə bir toy çaldırardıq ki!..
Ədhəm o gecə ilk dəfə Rasimə ilə özünün toyundan bəzi şeyləri fikrində canlandırmağa çalışdı. Nə qədər baş sındırsa da doğru-dürüst heç nə alınmadı. Eləcə yuxuladı.
Yuxusunda da ilk dəfə sübhəcən toy gördü. Həyətlərində elə hey toy çalındı. Qəribə burasıydı ki, toyxanada Rasimə ilə yanaşı əyləşən Ədhəm deyildi. Qonşu məhəlləli oğlandı. Hansı ki, bu yaxınlarda evlənmiş və Ədhəm onun paxıllığını çəkmişdi. Rasimə də heç Rasiməyə oxşamırdı. Məcnun söyüddü ki, durmuşdu. Başında da qardan ələnmiş ağappaq gəlinlik örpəyi…
Müəllif: Eyvaz zeynalov
Novruzun novruzu

Avtobus dayanacaqdan astaca tərpəndi. Böyük əzab-əziyyətlə özünə yer tapmış boydan birazca bəstə, üzü tüklü, gözlərinin altı yuxusuzluqdan şişdiyi açıq aşkar bilinən, rəngi günün altında durmaqdan qaralmış 40-50 yaşlarında olan bir kişi gözünü pəncərəyə dikib nə isə dərin bir xəyala dalmışdı. Onun möhkəmcə yorulduğu və hardasa fəhlə işlədiyi üst-başından, müəyyən etmək heçdə çətin deyildi. Əynində kirdən qaralmış pencək, üstü toz-torpaq olan ən azı 1 il geyinilən ayaqqabı, boynun kiri açıqca bilinən köynəyin özü bu adamı ələ verirdi. Bundan əlavə hələ günün tam qızmadığı bir vaxtda pencəklə gəzişmək də yalnız belə imkansızlara xas bir şey idi. İndi hər avtobusda beş-on beləsini görmək mümkün idi.
Novruz yol boyu pəncərədən baxıb, gözlərini uzağa çox uzaqlara dikmişdi. Onu avtobusda çalınan “Simuzərim” mahnısının sədaları uzaqlara, kəndlərinə aparmışdı. Novruz keçən əsrin əvvəllərində 50 –ci illərin sonlarında Kürdəmir şəhərində anadan olmuşdur. Atası Rəsul kişi rayonda tanınmış ustalardan idi. O demək olar ki, rayonun və kəndin bir çox evlərinin damlarını vurulmasında birbaşa iştirak etmişdir. Odur ki, usta Rəsulun rayonda hörməti kifayət qədər idi. Dolanacağını da Sovet dövrü üçün məqbul hesab etmək olardı. Belə bir şəraitdə uşaqlıq dövrünü keçirən, Novruz hələ 15 yaşı tamam olmamış atasının yanında usta köməkçisi işləyirdi. Atası onu balaca usta deyə çağırardı. Ancaq atasının arzusu heçdə oğlunun onun sənətini davam etdirməsi deyildi. O, onu oxumuş, ali təhsilli görmək arzusunda idi. Atasına isə öz işlərində Novruzun böyük qardaşı Nəcəf yardım edirdi. Novruz gil ailədə üç uşaq idi. O dövr üçün bunu kifayət qədər kiçik ailə hesab etmək olardı. Heç də təsadüfü deyil ki, Novruz gilin qonşularının hərəsinin evində 5, 6 uşaq var idi. Novruzun anası Zibeydə xanım övladlarına hədsiz qayğı ilə yanaşırdı. Hərçənd ki, bu hər bir ananın analıq borcudur, ancaq o övladlarına çox bağlı idi.
Yanında oturmuş cavan qızın astaca səsi Novruzu xəyallarından ayırdı.” Dayanacaqda saxlayın ”- deyən qızın xoş sədası onunçün xoş xatirələrə dönən uşaqlığından ayırdı. Qız qalxdıqdan həmən sonra, yanına bir yekəpərin birisi əlində çantası ilə əyləşdi. Yerini rahatlayan yekəpər, Novruzu pəncərəyə tərəf sıxışdırdı. Təbii, ki Novruz heç bir reaksiya vermədi, o demək olar ki, avtobuslarda hər gün belə mədəniyyətsizliklərə öyrənmişdi. Gözünü gedən qızın arxasınca baxıb yenidən kəndlərini bacısını xatırladı.
Zibeydə bircə qızı Şəhlanın oxumasını çox istəyirdi açığı Şəhlanın da oxumağa böyük həvəsi var idi. Ancaq atası Rəsul buna etiraz etmiş və Şəhla orta məktəbi bitirən kimi onu öz qardaşının qaynı oğluna Kürdəmirin Yenikənd kəndinə ərə vermişdi. Beləcə bu arzusu ürəyində qalan Zibeydə xanım özünün gənclik arzusunu reallaşdıra bilməmişdi. Bir zamanlar o da oxumaq həvəsində idi ancaq atası onu belə desək məcburi ərə vermişdi. O da öz xəyallarının puça çıxdığından özünə söz vermişdi ki, qızını oxutacaq. Ancaq indi qızının taleyi də atanın mühafizəkarlığı ucbatından onunku təki puç oldu. Bu bütün Azərbaycan ailələrinə xasdır. Əvvəllər də, elə indi də. Birdən onun gözü paralel əyləşmiş, üzü-gözü həddindən artıq boyanmış, yubkasının qısalığı isə əndamını açıqca büruzə verən elə haradasa bacısının ərə getdiyi yaşda olan birisini görəndə, hər şeyin düz olduğu qənaətinə gəldi və atasına haqq qazandırdı.
Novruz indi gənc yaşlarında qızların könlünü oğurlayan, yaraşıqlı simaya malik, boylu-buxunlu Novruz deyildi. İllər sanki onu günə sərilmiş turşu kimi qurutmuş, cılızlaşdırmışdı. İndi o qul bazarının daimi dilənçisinə çevrilmişdi. Bəli dilənçisinə çünki o hər gün qarşılarında gəlib saxlayan bəzəkli, qiymətli avtomobillərin sahibi boynu yoğunların, xalqın və yetim-yesirin puluyla ətə-cana gəlmiş danışan öküzlərin qarşısında aciz köməksiz varlığa dönərək iş dilənirdi. Bu zamanın və taleyin gedişatı idi. Bu əslində təkcə Novruzun və Novruz kimilərin yox, bu ümumilikdə bütün sadə geyimlər geyinən, bazarlıqlarını bəzəkli qiymətli marketlərdə etməyi xəyal edən, Avtobusu-marşrutu özünün ayrılmaz dostu edən çoxlarının taleyi idi. Əvvəllər Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun yazdığı ssenari əsasında ekranlaşdırılmış “O olmasın bu olsun
” kinosuna baxanda oradakı insan taleləri nağıl kimi görsənirdi Novruza. Bəzən hətta Novruz bu obrazları uydurma, reallıqdan uzaq hesab edərdi. Nə biləydi ki, gün gələcək məhz özü bu obrazlardan birini Meşədibadın arxasınca qaçan hambal rolunu həyatının bütü qalan səhnələrində oynamalı olacaq. Kim idi bunun səbəbkarı, özü, yoldaşı, uşaqları ya qohum əqrəbasımı. Yoxsa hər şeyi başlı-başına buraxan, günbəgün layeqiydlik dəryasında qərq olan cəmiyyətmi ?!
Can sıxıcı yolculuğun ardından nəhayət ki Novruz evinə gəlib çatdı. İndi onu həyat imtahanın ardından yoldaşının danlağını eşitmək imtahanı dururdu. Yoldaşı Natəvan çox deyingən, azla yetinməyən, gözü onun-bunun qazancında olan qəlbi paxıllıq hissiylə doldurulmuş birisi idi. Buna baxmayaraq, Novruz əvvəlki tək çox sevərdi yoldaşını. Ailəsini, uşaqlarını müqəddəs sayan tək-tük kişilərdən idi. Ancaq bəzən Natəvan onu elə vəziyyətə gətirirdi ki, o Natəvanın cılız boğazını yerindən üzmək istəyirdi. Bu an gözünün önünə uşaqlarını gətirib, hirsini içində dəfn edirdi. Beləcə səbir etməyi öyrənmişdi Novruz, bir çoxları tək. Belə bir zəmanədə cılız insanların öküzlərə qarşı ən güclü silahı səbir idi. Bu silah əslində Novruzunda həyatı yaşamağa ilhamlandıran silah idi.
Qapını astaca döyən Novruz beləcə uşaqları narahat etmək istəmirdi. Həmdə istəmirdi ki, onu belə aciz və çarəsiz görsün övladları. Sanki, qapının dilinin blokda əks səda verən gur səsi Novruza fəlakətin yaxınlaşdığı xəbərini verirdi. Qapını açan hər zamankı kimi bu həyatda qazandığı tək-tük kimsələrdən biri həyat yoldaşı idı. Yenə həmişəki tək Natəvanın üzündən zəhrimar tökülürdü. Bu isə gecənin uzun və əzablı olacağı xəbərini verirdi. Salamsız-kəlamsız astaca ayaqqabılarını çıxardıb hamama keçən Novruz arvadı təki soyuq suyla əl-üzünü yuyub mətbəxə yollandı.
Axşamın xeyir! Novruz çətində olsa simasında təbəssüm yaratdı. Natəvan isə qaz plitəsinin arxasında nə isə eşələnirdi. – Deyirəm axşamın xeyir! Novruz qısılmış səsini bir azca qaldıraraq vəziyyəti dəyişməyə cəhd edirdi. – Xeyir…. Əlindəki qabı daqqıltıynan Novruzun qarşısına qoyaraq dedi. Stol çəkib düz Novruzla üzbəüz əyləşdi. – Bəyəm axır vaxtlar xeyirli nəsə var ki ?- Natəvan ciddiləşmiş sifətini bir az daha da ciddiləşdirdi. Bu Novruzun düşündüyü kimi uzun və ağır söhbətin ilk akkordları idi. – Bu gün nə qədər qazanmısan?! Yəqin ki, xəbərin varda qabaqdan novruz bayramı gəlir. Evə bazarlıq etmək lazımdır. Bazarlıq a…. day bir cüt cörək 1-2 kilo kartof soğan yox…. sən məni başa düşürsən! Novruz bu anda danışmamağın məsləhətə uyğun olduğunu dərk edərək sadəcə başını razılıq əlaməti olaraq yellədi. – Sən bilirsən balaların artıq neçə vaxtdır ki, eyni paltarları geyinirlər. Uşaqlar adam içinə çıxmağa utanır. Mən… heç mən özümü demirəm, bir dənə əməlli başlı geyimim yoxdur ki adam içinə çıxım. Nə vaxta qədər hə.. nə vaxta qədər?! – Novruz Natəvanın gözlərində bütün bu bədbəxtçiliyin səbəbkarını tələb edən baxışları sezirdi.
Mən Nə edim bəyəm mən əlimdən gələni etmirəm, bəyəm sübh tezdən gecəyədək hambal kimi balalarımın xoşbəxtliyi üçün işləmirəm. Sən ki, bunları yaxşı bilirsən… Novruz sakit səslə Natəvanın başlatdığı söhbətə cavab verməli oldu.
Mən heçnə görmürəm…. heçnə… sən bilirsən ki ya məktəbdə uşaqlar 10 manatdan yığırlar ki Novruz şənliklər keçirtsinlər…. hamının uşağı verib. Hamının.. bircə mənim balamdan başqa! Niyə axı?! Mənim balam kimdən əksikdi… kimdən….?!
Allah eləməsin sənin balan niyə əksik olur axı…. verərik bizdə verərik… ala bu 10 manat bu gün qazandığım… işlərim yaxşı olub… ver balama getsin bayrama… Novruz simasında təbəssüm yaradaraq aranı yumşaltmağa çalışırdı. Yaxşı bunu verdim balava.. Natəvan tez 10 manatı büküb xalatının cibinə qoyaraq – Bəs biz? Biz nə edəcəyik…. Bunu fikirləşmişsən…. – Əşi allaha şükür nöş darıxırsan novruza hələ 3-4 gün var… Novruz aranı sakitləşdirmək istəyindən əl çəkmirdi. – Nə 3-4 gün bəyəm bu çox vaxtdı…. bəyəm sən bu vaxtacan qaz-vurub qazan doldurasan… eh.. Novruz.. Kimi aldadırsan qarşındakı uşaq zaddı… ayıl e.. ayıl… uçursan xəyallarda deyəsən… Natəvan əllini yellədərək stolun arxasından qalxıb keçdi qabyuyan yerə.
Mən bu bayramı lap ürəyin istiyən kimi keçirdəcəyəm. Mən bu 3 günə lazımı qədər pul qazanacağam. Dəridən-qabıqdan çıxacayam gecə-gündüz yatmayacağam ancaq bu pulu qazanacağam. … Novruz stolun arxasından qalxaraq, yataq otağına keçdi… – Görəcəksən… görəcəksən! Deydikdən sonra əynini necə dəyişib yerinə girdiyindən və dərhal yuxuya getdiyindən xəbəri olmadı.
Dan yeri təzəcə sökülürdü, bir çoxları isti yatağında qıvrılıb bazar günün imkan yaratdığı istirahətdən zövq aldığı halda, Novruz artıq öz yarı ütülü, yarı ütüsüz köynəyinin üstündən kirdən qaralmış pencəyini çoxdan geyinib, səssiz və azacıq işıqlanan blokun pilləkənləri ilə dodağının arasında onun ömrü kimi heç kimi əriyən siqaretindən tüstü vura-vura aşağı enirdi. Artıq çoxdan idi ki, Novruz üçün nə bazr günü mövcud idi, nə bayram… onun üçün sadəcə bir amal var idi qazanmaq… Nəyin bahasına olursa-olsun evə, uşaqlarına çörək pulu qazanmaq. Bu Novruz kimi milyonların bu ölkədə məhkumiyyəti idi. İstirahətsiz, gecəsiz-gündüzsüz işləmək. Ölməmək üçün fələklə baş-başa mübarizə aparmaq.
Bu gün Novruz nəyin bahasına olursa olsun iş tapmalı idi, çoxlu pul gətirə biləcək bir iş… evdə yoldaşının uşaqlarının qarşısında başı dik dura biləcəyi bir iş. Bir neçə saat idi Novruz onlarla qul bazarının iş dilənçiləri təki onlara yaxınlaşacaq bahalı avtomobilləri gözləyirdi. Novruz demək olar ki, hər yanından ötən avtomobilin ardından körpənin anasının dalınca baxarmış kimi yazıq-yazıq boylanırdı. Budur daha bir qara tünd rəngli hər kəsin cip deyə adlandırdığı maşın onlara yaxınlaşdı… Novruzun gözlərində sanki qaranlığı aydınlatan ayın parlaqlığı yarandı… bu arzunun reallaşması idi, bu xəyallların gerçəkləşməsi demək idi… Bu Natəvanən deyinməsindən yeganə xilas idi və nəhayyət bu övladlarının gözlərindəki sevinc idi. Novruz tez qaçdı boynuna yoğun gümüşü sep aslanmış ortayaşlı kişinin yanına… Heç bilmədi necə oldu… ancaq oldu… o artıq maşında əyləşmişdi…- deməli Allah var! Öz-özünə dodağlarının arasında mırıldandı.
Tanımadığı yerlərdən, başa düşə bilmədiyi musqinin sədaları altında öz iş yerinə gəlib çıxıdı.
“Voobşim” uşaqlar burda hovuz olacaq dərinliyi 2 metr,eni uzunu üçün-beşə… aydındır. Boynu sepli kişi öküz kimi agzında nəsə kövşiyə-kövşiyə sözünü deyib getdi. Novruzgil 3 nəfər idi, iki gün vaxtları var idi. Xöşbəxtlikdən yağış yağmış, torpağı islatmışdı. Bu Novruzun işini bir xeylağ asanlaşdırırdı. Novruz pencəyi əynindən çıxardıb, köynəyinin qolunu çirmələdi, yanında torpağa batırılış, beli əlinə alıb başladı işə. Hər bel vurduqca Novuz beynində xəyallar qurur, burdan qazanacağı pulu nə edəcəyini ağlında götr-qoy edirdi. Doğrusu, o hələ heç nəqədər pul alcağını bilmirdi. Bu qalmışdı ev yiyəsinin imanına. Novruz ümid edirdi ki, kifayət qədər pul alacaq.Novruz beli tez-tez vurur, çox az istirahət edirdi. O, işini tez bitirib, növbəti iş tutmaq arzusunda idi.
Bu gün nəhayət ki, ağır keçən iş günündən sonra öz halal zəhmətinin qarşılığın almaq vaxtı çatmışdı. Yoğun boyunlu asta addımlarla gəlib Novruzgilə yaxınlaşdı. – Bəsdirin! Bu günlük kifayətdir. Sabah yenə bu vaxtı burda sizi gözləyirik. Pul istəyən, iş istəyən gələr. Buda pullarıvız, alın! – yoğun boyunlu pulları minnət dolu baxışlarla Novruzgil tərəfə uzatdı. Hərəyə 10 manat… Novruzla bərabər gələn iki nəfər dinməzcə pulların götürüb ciblərinə qoydular. Novruz bir pula baxdı, bir boğazına qalın sep asılmış adama baxdı, bir də çönüb öz zəhmətinə baxdı. Nə isə düşündü… — yox qardaş bu məni qane etmir, yağışın altında eşşək balası kimi səhərdəndi işləyirəm… heç iti saxlasan bu havada durmaz ancaq biz işləyirik… insafda dinin yarısıdı. Heç olasa 20 elə… sən allah.. üsyandolu sözlərlə başlayan nitqin belə yalvarışla bitəcəyi əslində heçdə təəcüblü deyildi. Novruz ürəyində bu gün evinə iyirimi manat aparacağı ümidini ititməmişdi. Ala… çox çərənləmə ala bu pulu şatdığva şittik eləmə bunu qazanmayanda var… bəsindi… – Mən yetim payı istəmirəm mən öz hala qazancımı, öz halal zəhmətimin əvəzini istəyirəm. Novruz 10 manatı alıb, ovcunun içində boynu seplinin gözlərinin içinə baxa-baxa bükdü…—mənə yetim payı lazım deyil…. deyib pulu onun üstünə atdı. Boynu seplinin sifəti qızardı..—buna bax aa… allahın fəhləsinin forsuna bax… əclaf … sözünü ağzında bitirməmiş üzündə Novruz çoxdan bəri sığılıb gözləyən yumruğunun zərbə gücünü hiss etdi. Novruz ikinci zərbəni vurmağa imkan tapmamış üstünə hardansa 3-4 nəfərin düşdüyünü aldığı yumuruq, təpik zərbələrindən anladı. 5 dəqiqə belə zərbələr davamlı alan artıq ağzı-burnu qan içində olan Novruz ayağa durmaq gücündə belə deyildi. Yoğun seplinin –bəsdi—səsi azğın köpəklərin atılmış tikə ətin üstsünə düşdüyü kimi düşmüş adamlar dayandı. Qaldırın bunu təpiyi ilə yerdə qıvrılıb qalan Novruzu itələdi. Azğın köpəklər Novruzun qoluna girib onu qaldırdılar.Yoğun sepli adam Novrza yaxınlaşdı, üzünə tüpürərək – Adamıvı tanı əclaf…. deyib yumuruğu Novruzun düz gözünün altına vurdu. Novruzun son zərbədən başı gicəlləndi və sankı bütün bu dünya alt üst oldu, hər şey onun başına fırlandı. Əslində hər şey elə alt üst idi Novruzun xəyallarıda, özüdə… elə bu heç kimin gərəyi olmayan dünya da alt üst idi.
Novruz evə getmək istəmirdi, axı onun heç üzüdə yox idi. Necə əli boş, belə bir bayam günü evə gedə bilərdi. O qərara aldı evə getməyəcəkdi, birdə heç vaxt o qapıdan içəri keçməyəcəkdi. Novruz fikirli-fikirli Əzizbəyov metrosunun avtobus dayanacaqları üçün ayrilmiş yerdə səs küy içində gəzişirdi. O avtobuslar arasında özünə yer tapıb əyləşdi. Cibində əzilmiş siqaret qutusundan bir siqaret çıxartdı. Barmaqlariyla siqareti əzib damağına qoydu. Cibindən yandıranən çıxardıb, əli əsə-əsə siqaretini yandirdi. Gözlərindən yaş gilənir, səsinin uca çıxmaması üçün içində boğurdu. Sağ əli ilə başını sıxıb, sol əli sömüdrüyü siqaretin külünü yerə vururdu. Düşünürdü….. hey düşünürdü. Harda səhv etdiyini, bütün ömrünü anbaan gözünün önündən keçirtdi. Çox götür qoy etdi, hər şeyin belə asan bitməməsi qənaetinə gəldi. Axı niyə o, kiminsə önündə əyilməli idi, axı niyə o, kimə görəsə evinə, ailəsinin yanına getməməli idi, axı niyə o, gecəni küçələrdə keçirməli idi. O, artıq filterə dirənmiş siqaretindən son tüstünü vuraraq, ayağa qalxdı. Üst-başının toz-torpağını ehmalca təmizlədikdən sonra yenidən o evə, doyülüb qovulduğu evə halalca pulunu almağa yollandı. Novruz uşaqlıqdan belə idi, o heç zaman beləcə asan təslim olmurdu. Universitetə qəbul olmadığı birinci ildə, bəziləri Novruza lağ edib güldüyü halda, o ümidini itirmədi və yenə oxudu. Tarlada işləyə-işləyə, pambıq yığa-yığa kənd həyatının bütün çətinliklərini çiyinlərində daşıya-daşıya oxudu. Sınmadı, yıxılmadı və istədiyinə nail oldu. Bəs indi niyə hər şeylə beləcə asan barışmalı idi, axı dəyişən heç nə yox idi, Novruz elə əvvəli tək inadkar Novruz idi.
Bayaq döyülüb qovulduğu evə geri dönmək üçün gəldiyi avtobusa mindi. Yerini rahatlayaraq gözlərini pəncərəyə, uzaqlara dikdi. O hələ də ümidini irirməməşdi. O hələdə o Boynu yoğun öküzün içində kiçik də olsa bir insafın olduğu xəyalında idi. Öz uzun və keşməkeşli həyatında belələrinə çox rast gəlmişdi. O əla bilirdi ki, hətta ən daş qəlbli insanın qəlbində belə insaf var. Bu fikir onu geriyə gəncliyinə apardı. Rəhmətlik qaynatası Rəhim kişi yadına düşdü. Ata-anası iki dəfə Rəhim kişinin qapısında olsada, o qızını Novruza verməyəcəyini bildirmişdi. Novruz isə hələ o zaman itirməmişdi ümidini və özü özündə güc taparaq Rəhim kişinin qapısına getmişdi. Novruzun üzündə çətinliklədə olsa təbəssüm hissi yarandı, sanki həmən ki o gün bir film kimi gözünün önündən keçdi. O gün yağış yağırdı, Novruz təzə əyninə aldığı pencəyini geyinmişdi, Natavangilin qapısını döyəndə elə bilirdi Rəhim kişi onu qəbul edəck, onun sözünü dinlyəcəkdi. O ümidlə qapını tıqqıllatdı, tıkkıllatdı və nəhayət qapı astaca açıldı. Qapının arxasında rəhmətlik qaynanası Hədicə xanımın xoş siması görsəndi. Arvad Novruzu qabağında görcək rəngi ağardı. Elə bil xortlamış ölü görmüş kimi dil-dodağı dolaşdı. Ağzını açıb nə deyəcəyini bilmədi. İlk sözə Novruz başladı: Salam eleykum, Rəhim kişi evdədir. Bıy, oğul sən burda neynirsən, sən heç biz tərəflərə gəlməzdin axı. Hədicə xanımın bu sözlərlərindən hələdə gözlərinə inanmadığı qənaətinə gəlmək olardı. Gəldimdə… Necə deyərlər Məhəmməd dağa tərəf getməsə dağ Məhəmmədə tərəf gedər. Novruz nə qədər inadkar olduğunu vurğulayırmış kimi azacıq olsada qurban bala… xoş gəlmisən keç içəri. Rəhim dayını indi çağırıram deyib Hədicə xanım eyvana qalxıb gözdən itdi. Novruz boynu bükük ümidlə darvazanın ağzında durub gözlədi.. gözlədi… Hələdə nə Rəhim kişidən xəbər var idi, nə də Hədicə xanımda. Bu zaman qəfil olaraq yağış başladı. Əvvəlcə narın yağan yağış ani olaraq leysana çevrildi. Hədicə xanım qaçaraq darvazaya yaxınlaşdı, bala get evivə Rəhim kişi deyir ki mən dediyimi demişəm… ged oğul get. Yox… ay bibi… gedəsi deyiləm… ağsaqqalla görüşməmiş gedəsi deyiləm. Bu sözləri Novruz artıq yağışın damcılarından qaçan Hədicə xanımın arxasınca qışqırdı. Çox gözlədi.. yağış bütün üst başını islatmışdı. O isə gözlərini Natavangilin eyvanına dikib oradan hələ də Rəhim kişinin çıxacağını gözləyirdi. İndi dəqiqliklə yadına sala bilmir nə qədər gözlədi, ancaq bir ara ona elə gəldiki Rəhim kişi eyvandakı gündən saralmış pərdəni aralayaraq ona diqqətlə baxdı. Bəlkə də bu sadəcə ona elə gəlmişdi. Ancaq nə oldusa bu daş ürəkli Rəhim kişinin ürəyindəki kiçicik insaf dilə gəldi. Yağışdan qaçaraq gələn Hədicə xanımın bu dəfə üzündə təbəssüm uzaqdan asanlıqla sezilirdi. Bala day gözləmə, Rəhim dedi ki, get atan gilə de sabah gəlsinlər. Bu cavab o zaman Novrza qanad vermişdi və o belə bir yağışda necə evə gəldiyini heç bilməmişdi. Sonuncu dayancaq deyəndə Novruz yenidən şirin keçmişdən ayrılıb acı indiki zamana qayıtdı. İçindəki ümidlə asta addımlarla avtobusdan endi, cibindən əzilmiş qutudakı sonuncu siqaretini çıxardaraq bayaq döyülərək qovulduğu evə tərəf getdi.
Artıq gəlib həmin evə çatmışdı. Bütün cəsarətin tolayaraq hundur sadə olmağına baxmayaraq, kifayət qədər əzəmətli görünən darvazanın qapısını döydü. Bir azca gözlədikdən sonra yenidən döydü yenə həyətə qula verdi səs gəlmirdi. Yenidən qapını bir neçə dəfə taqqıllatdı bu dəfə də ona qapı açan olmadı. Novruz fikrində belə tutdu ki, yeqin heç kəs onu eşitmir, ya da eşitmək istəmir. Ancaq Novruz beləcə qapının açılmadığı üçün geriyə qayıda bilməzdi, o beləcə asan təslim ola bilməzdi. O hasara boylandı, o qədərdə hündür deyildi. Qonşuluqda həyətə tökülən daş parçalarında ikisi gətirib üst-üstə qoydu. Hasara dırmaşaraq içəri həyətə düşdü. Yenə də nədənsə tərəddüd etdi və ev yiyəsini hayladı. “Ev yiyəsi! Ay ev yiyəsi” Cavab gəlmədi. Həyət Novruzun həyatı kimi səssiz və cansıxıcı idi. Hər yerdə təmir işlərinin qalıqları bu ab havaya daha da cansıxıcılıq verirdi. Novruz ağır addımlarla evə tərəf irəllədi. O yol boyu ətrafa göz gəzdirir, kimisə görə biləcəyini ümid edirdi. Ancaq heç bir canlı gözə dəymirdi. Novruzun evin qapısını döydü. İçəridə isə yenə də səs səmir eşidilmirdi. Novruz əlini qapının dəstəyinə vurdu, və qapı asanlıqla açıldı. Bu an Novruzun içində bir ümid qığılcımı yandı. Qapının açıq olması, evdə kiminsə olmasına dəlalət idi. O içəri keçdi və yenə ev yiyəsini hayladı. Yenə də ölü səsizlik həyətdəki kimi evdə də hökm sürüdü. Ev içiylə azacıq irəllədikdən sonra aşağı mərtəbədə heç kimin olmaması qənaətinə gəldi. Gözünə yuxarı mərtəbəyə aparan pilləkən dəydi. Bu pilləkən onu bu günkü qazancına apara bilərdi. Tələsik addımlarla yuxarı qalxdı. Yuxarı otaqlar aşağılara nisbətən daha səliqəli və toz içində deyildi. Novruz bu dəfə də ənənəni pozmadı və ev yiyəsini hayladı. Yenədə səsizlik.. Novruz.. yavaş- yavaş bütün otaqları gəzirdi. Lakin heç kim yox idi. Novruz aşağı enmək istəyirdi ki, gözünə otaqların birində stolun üstünə qoyulmuş pul kisəsi dəydi. Bilmədi heç hardan bu hiss ona gəldi ancaq o bu pul kisəsinin içinə baxmaq qərarına gəldi. Birdəki axı o bu gün evə əli boş gedə bilməzdi. O sadəcə o pul kisəsinin içində öz halal zəhmətini axtarırdı. Pul kisəsini əlinə götürdü. Çoxdan idi ki, belə bir pul kisəsi onun əlinə dəymirdi. Ancaq bir vaxtlar tələbəlik illərində o öz pul kisəsiz heç yerə getməzdi. Yadına öz pul kisəsini Moskvada tələbə yoldaşları ilə istirahətə getdiyi vaxt aldığı düşdü. Bu onun xaricə son səfəri olmuşdu. Bir dəki axı onun indi pul kisəsi nıyinə lazım idi. Pul kisəsi üçün öncə onun içini dolduracaq pul olmalıdır. Pul isə Novruzdan uzaq düşmüşdü. Hətta lap uzaq. Pul kisəsinin içində müxtəlif bərli bəzəkli bank kartları və birdə 100 manat diri pul var idi. O bir pula baxdı, birdə evdəkiləri yadına saldı. O həyatı boyu artıq pul haram pul yeməmişdir. Heç indi də niyyəti yox idi. Ancaq bir tərəfdən də evə axı beləcə suyu süzülmüş şəkildə gedə bilməzdi. O çox düşündü, çox fikirləşdi 100 manatı götürüb cibinə qoydu və ağır addımlarla aşağı enməyə başladı. Ancaq içində nə isə bir hiss ona rahatlıq vermirdi. Sanki o səhv edirmiş kimi, günah iş görürmüş kimi o hiss onu içdən yeyirdi. Bu düşüncələrlə Novruz həyətə çıxdı. Həyətdəki səsizlik Novruzun içindəki rahatsızliğı daha da alovlandırırdı. Artıq bu rahatsızlıq qorxu hissinə çevrilmişdi. Novruz sankı oğurluq edibmiş kimi ətrafa ehtiyatla göz gəzdiridi. Hasarı aşmaq üçün həyətdə rəngsazların işlətdiyi el içində eşşək beli deyilən taxta qurğunun belinə mindi. Hasardan təzəcə aşağı enmişdi ki, kimsə sanki onu səslədi. A kişi sən kimsən, Nə gəzirdin burda! Bu səslər Novruzu təftişə saldı. O qaçmağa başladı. Əslində niyə qaçdığını heç özüdə bilmirdi. Axı o heç bir əyri iş görməmişdi. O səs isə onu izləyirdi. Novruzun taqəti kəsilirdi, bu günkü yorğunluq öz sözünü deyirdi. Artıq onun daha bir addım atmağa halı qalmamışdı. Novruz halsız şəkildə bilmədiyi yerdə, bilmədiyi bir darvazanın qarşısında çöməldi. O səs isə get gedə yaxınlaşırdı. Bu bir azca yaşlı kişi idi. əlində taxta parçası var idi. Novruza çatan kimi ona əlindəki taxta paçasıyla ağır zərbə endirdi. Oğru….. bu onun eşitdiyi son sözlər oldu və huşunu itirdi.
Gözlərini açanda soyuq az işıqlı bir yerdə uzandığını gördü. Ancaq nə qədər istəsədə ayağa dura bilmədi. Bütün bədənində cızıltını hiss etdi. Taqətsiz və gücsüz olan Novruz gözlərini yenidən bağlayaraq uzandı. Azacıq uzanmışdı ki, bir kobud səs onu oyatdı. “Qalx qalx sənə deyirəm” Novruz gözlərini güclə açdı. Yanında duran yekə qarın əynində polis forması geyinmiş bir kişi onun əllərindən tutaraq qaldırdı. Qalx gedək! Müstəntiq gözləyir ifadə verməlisən. Novruz güclə ağzını açaraq onu itələyərək aparan polis işçisinə “ Nə müstəntiq, sən nə danışırsan! Məni belə itələmə görmürsən heyim yoxdu yeriməyə. Dedi. Heyin yoxdu… buna bax aa camaatın evin yaranda heyin var idi, indi isə heyin yoxdu. Bəsdir özüvü artistliyə qoydun. Mən sən kimisin burda çox görmüşəm. Hələ indi Novruz başa düşdü ki, məsələ nə yerdədir. Ağzını açıb polisə günahsız olduğunu və səbəbsiz yerə qaçdığını anlatmaq istəyirdiki, “hə çatdıq, gir içəri orda suallara cavab verəcəksən” deyən polis sanki onu bilərəkdən qabağladı və itələyib müstəntiqin otağına saldı.
Otağ kifayət qədər səliqəli, səhmanlı idi. Pəncərinin önündə dibçəklər, masa, masanın üstündə səliqəli yığılmış kağızlar, azərbaycanın bayrağı. Masanın arxasında Azərbaycan prezidentinin rəsmi divarda Azərbaycan Respublikasının xəritəsi, bir sözlə burada ideal dövlətçiliyin qorunması təcəssüm olunmuşdur. Kresloda əyləşən əyninə mülki geyim geymiş, təzəcə təraş olduğu üz-gözündən bilinən müstəntiq Novruzun qarşısına bir vərəq qoydu, bir də qələm. Yaza bilirsən? Bu sual Novruzu sanki bu otağın ab-havasından ayıltdı. Bəli, bəli niyə yaza bilmirəm ki, ancaq nə yazmalıyam? Niyə yazmalıyam. Müstəntiq kreslosunda oyana-buyana yellənərək: A kişi, necə yəni nə yazmalıyam, yaz niyə? Nə səbəbə? Vətəndaş Əbilov gilin evini qarət etmisən. Novruz bu sözə duruxdu. Nə etmişəm, qarət etmişəm! Azacıq gülümsünüb, başını yellədi. Mən heç kəsin evini qarət etməmişəm. Sadəcə pulumu götürməyə gəlmişdim. Müstəntiq bu cavabı gözləyirmiş kimi: Ay sağ ol yaz, yaz ki mən evdən filan qədərə pul götürdüm. Novruz artıq əsəbi tonda : Cənab müstəntiq pul götürməmişəm, pulumu götürmüşəm. Müstəntiq kreslonu yellətməyi saxlayaraq: Nə fərqi var hə, əsas budur ki, götürmüsən i vse! Niyə məni incidirsən hə! Onsuzda Əbilovlar uje ərizəsin verib! Onlar qeyd ediblər ki, bu gün saat 13-1400 iradələrində evdə olmadıqları zaman, sən onlara məxsus həyətə girərək pul kisəsini və içindəki 100 manat pulu oğurlayibsan. Novruz diqqətlə baxdı müstəntiqə, sanki onun nə dediyini beynind götür-qoy edirmiş kimi. Sonra ah çəkdi, ay qardaş başıva dönüm mən heç kəsin pulunu oğurlamamışam. Özüdə pul kisəsin heç götürməmişəm. Mən sadəcə səhər tezdən o evdə fəhlə kimi işləməyə gəlmişdim. Sonra biz işi qurtardıq, ev yiyəsi mənə çatacaq pulu vermədi hələ bir üstəlik də döydü. Mən isə suyu süzülə-süzülə qayıtdım Əzizbəyov metrosuna ki, gedəm evə. Ancaq sonra fikrimi dəyişdim qayıdıb gəldim həmən və ki, pulumu istəyim. Dedim bəlkə verərlər. Ancaq evdə heç kəs olmadı mən hasarı aşdım, girdim evə pul kisəsin gördüm içinə baxdım gördüm 100 manat pul var məndə götürdüm ki, xırdalıyım 20 manatı götürüm qalanın qaytarım verim yiyəsinə. Bu zaman kimsə məni qovaladı və mənə ağır zərbə vurdu. Əsl həqiqət budur. Hə.. maraqlı hekayədir. Necə deyərlər avazın gözəldir, oxuduğun quran olsa. Buzaman içəri bir polis serjantı daxil oldu. Müəllim Əbilov gəlib, gəsin? Hə, qoy gəlsin kakraz üzləşdirərik. Bu an Novruzun gözündə bir ümid qığılcımı parladı o düşündü ki, Bu Əbilov deyilən boynu yoğun onu tanıyacaq və hər şey xoşluqla bitəcək. Ancaq necə deyərlər sən saydığıvı say gör fələk nə sayır.
Əbilov elə Novruzu əzişdirən o boynu yoğun öküz idi. Düz Novruzun gözünün içinə baxaraq, gəlib əyləşdi onunla üzbəüz. Vətəndaş Əbilov məsləni uzatmaq lazım deyil. Müstəntiq sözə başladı. Sən bu adamı tanıyırsan? Yəni bundan qabaq bu adam sizin evdə olub? – Əbilov yenə baxdı Novruza, və dönüb müstəntiqə tərəf doşan səslə xeyir cənab müstəntiq birinci dəfədir görürəm. Bu söz sanki Novruzun başına qaynar su səpdi. Novruz özünü sxalaya bilmədi. A.. necə yəni birinci dəfədir. Sən məni əzişdirməmisən?! Sən mənim pulumu verməyib həyətindən qovmamısan. Öküzsən bunu bildük! Day bu qədər də yox da! Mənim balalrım var türməyə atdırmaq istəyirsən məni ay əclaf. A kişi ağzivin danışığın bil mənim otaqımdasan, bazarda deyilsən! Burda hələm mən sualları verirəm. Bildün! Üzünü Əbilova tərəf tutaraq, vətəndaş Əbilob bu Novruzun dedikləri düzdür? Əbilov yenə də düz Novruzun gözünün içinə bxdı və dönüb müstəntiqə tərəf xeyir cənab müstəntiq. Şər yaxır, mən bəyəm adam döyən zadam. Siz ki, məni ailəmi yaxşı tanıyirsız İlqar müəllim!
Hə.. müstəntiq bir balaca fikrə getdi. Yaxşı tanıyıram. Tanıyıramda sözdü! Mən sənin atanla eyni məktəbi bitirmişik. Bizim birlikdə günlərimiz olub e… Nəsə… sən gedə bilərsən oğul! Atana məndən salam de! Denən narahat olmasın İlqar əmi hər şeyi öz qaydasına qoyacaq. Əbilov ayağa qalxdı, və gülər üzlə müstəntiq otaqını tərk elədi.
Hə.. Novruz indi nə deyirsən! Müstəntiq üzünü Novruza tərəf tutaraq. Bəs deyirdin döyüblər, pulumu verməyiblər. Gül kimi ailəyə şər yaxırdın. Allaha and olsun əgər bu sənin ilk belə işin olmasaydı, səni dərhal atdırardım qazamata. Çürüyərdin orda. Amma nə edim, mən köpəy oğlu ürəyi yumuşaqamda. Yazıqım gəlir sənə, sənin balalarına bilməmisən iştahlanmısan etmisən. Ancaq indi gərək bu səhvi düzəldək. Bu an Novruz müstəntiqin gözündəki parlaqlığı hiss etdi. Sanki o, bundan sonra hansı cümlənin gələcəyini öncədən sezmişdi. Bu cür gedişat heç cür Novruzu açmırdı. Hə… müstəntiq dərindən ah çəkərək, fikrini dvam etdirdi. A kişi mən sənə görə deyirəm, yazıqsan, cavansan özüvü türmələrdə yem eləmə gəl sən bu qardaşın deyənə qulaq as! 5000 manat gətir ver sənin işivi həll eləyim. Mən yenə deyirəm ki, səni fikirləşib detyirəm. Nə qədər ki, məsələ məhkəməyə gedib çıxmayıb burda özümüz öz aramızda yüngülvari həll edək. Əbilovlarda ki, özgə deyil onlar mənim sözümü yerə salmazlar.Hə nə deyirsən.
Bayaqdandır diqqətlə müstəntiqin dediklərni dinməzcə dinləyən Novruz. Ağzın açıb nəsə deməmişdən qabaq bir bayraqa baxdı, bir prezdentin şəklinə baxdı. Sonra dərindən ah çəkərək, müstəntiqə ciddi baxışlarla baxdı. Düzəlməz.! 5000 manataım olsaydı mən 20 manata görə kiminsə evinə girməzdim. Birdəki mənim qohum eqrabam yoxdur ki, ona ağız açam dilənəm. Bir sözlə mənim pulum yoxdur. Pulun yoxdur …. kinayə ilə soruşan müstəntiq gülümsündü. Pulun yoxdur ayə bəyəm Azərbaycanda pulu olmayan var. A kişi sən heç bilirsən nə danışırsan. Düzəlməz nədi ən azı sənə 3 il verəcəklər məhkəmədə. O daki, əgər görüm-baxım eləməsən. Ağlıvı yığ başıva bir daha fikirləş. Belə şans ələ düşən deyil.
Cənab müstəntiq, özüvüzü nahaq yorursuz! Mən sizə nədəki, məhkəməyə pul verən deyiləm. Mənim pulum yoxdur. Olmayib və olmayacaq da. Mənim bir təmiz adım var idi, o da bu gün artıq ləkələndi. Odur ki, mənim daha heç nəyim qalmayıb. Daha heç nəyim. Siz deyirsiz ki, Azərbaycanda pulu olmayan yoxdur. Gəlin bir saat bizim qul bazarında durun o zaman anlayassız pulsuzluq nədir. O zaman anlayarsız məni.
Serjant.. uca səslə müstəntiq çölə səsləndi. İçəri bayaq ki, serjant rütbəli polis işçisi girdi. Bəli rəis, eşidirəm. Apar! Müttəhimi deyəsən deyəsi sözü yoxdur! Polis Novruzun əzilmiş cüssəsini qaldıraraq önünə doğru itələdi. Novruz qapıdan çıxanda onun bir gözü ağlayır bir gözü gülürdü. O bilmirdi ki, Natavanın deyinməsindən və bu bayram məsuliyyətindən canın qurtardığına sevinsin ya da ki, uşaqlarını bayram günü atasız və gözlü yaşlı qoymasına və birdə öz təmiz adının heç vaxt qayıtmayacağına ağlasın.
Bir daha Novruz düşündü. Kim idi bütün bunların səbəbkarı, özü, yoldaşı, uşaqları ya qohum əqrəbasımı. Yoxsa hər şeyi başlı-başına buraxan, günbəgün layeqiydlik dəryasında qərq olan cəmiyyətmi ?!
Son…
Müəllif: Elman Zal
24.08.2009 Bilgəh!
Toy Qazanları Eşşək Arabasında!

Hacı müəllimin kəndində qəribə bir adət var-eşşəyi arabaya iki-iki ,üç-üç və hətta dörd-dörd qoşarlar. Bu eşşək adətləri kimi qəribə də toy adətləri var Acıdərələlilərin. Kimin ki toyunda dava düşmədi onun özü kişi sayılmaz, toyu da toy sayılmazdı. Hətta bu barədə rayonda bir lətifə də düzəltmişdilər-bir nəfər “boyevik” kaseti istəyir. Satıcı deyir-
-“Boyevik”imiz yoxdu,amma Acıdərənin toy kasseti var.
İndi isə Hacı müəllim arabaya üç eşşəyi qoşubkəndi kədərli-kədərli dolanmaqdaydı. Arabada day nə yoxuydu-bir dolma qazanı,bir bozartma qazanı, iki kaset araq, sok, fanta, kola selofan torbalarda çırək, bir ləyən lülə kabab, birləyən tikə kabab və s. Nəvəsi balaca Hacı da hoş-hoş deyirdi. Hara gedirdilər, kimə gedirdilər, eşşək arabası hara, dolma hara-bozartma hara, araq hara bunu indi bilərsiniz
=============xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx=====================
Dünən Hacı müəllim nəvəsi balaca Hacıya sünnət toyu elətdirmişdi. Hacı müəllimin gözünün ağı-qarası bircə qızının oğluydu balaca Hacı. Elə dəvətnamələr də Hacı müəllimin kürəkəni Eyvazın adına yox, Hacı müəllimin adına yazılmışdı. Eyvaza qalsa o yüngülvari bir məclislə də işi yola verərdi. Çün kənddə toylarda az olmuşdu-özü demiş dolanma dərdindən hər yola baş vurduğuna görə. Amma Hacı müəllim buna razı olmamışdı. Necə yəni Hacı müəllim qızının toyundan sonra gör neçə ildi toylara gedir. Borcludumu camaatın dədəsinə? Hələ qızını Eyvaz qaçırdanda da qızın qarnı burnuna dəyə-dəyə toy çaldırmışdı Hacı müəllim.-
-20 ildi bu kənddə toylara gedirəm,indi borcları batıraqmı? Qız qız olmaqla yanaşı həm də bangdı-pul qoyduğum bang. Indi pulları bangda öldürümmü?
Beləcə də Hacı müəllim onda yaxşı bir toy çaldırmışdı.elə dünənki toya da yaxşı hazırlaşmışdı. Iş beləydi ki kənddə Hacı müəllimdən əvvəl Ələsgər müəllim toy elədi və bu tərəflərin ən bərkgedən müğənnisi Vaqifi toya gətirdi. Hacı müəllim də onun acığına Vaqifi də toya gətirdi hələ üstəlik aşıq Şamoyu da. Amma yığılan pul heç Şamoyun pulunu ödəmirdi. Bunun ətpulu var, çadırpulu var, araqpulu var, yağpulu var…
Bəs köpəkuşağı niyə gətirib kişinin borcunu qaytarmır? Axı uşaq bu gün kəsiləsi idi əslində. Amma Hacı müəllim dəlləyi bir gün ləngidib borcları bu gün yığıb işi sabah başa çatdırmaq istəyirdi.
Özgə vaxt olsa baıaca Hacı indi eşşəkləri səyirdirdi. Amma indi mümkün deyildi-qazanlar tərpənməməli idi. Bu məqsədlə qazanların qulpu yanmış məftillə arabanın cağlarına bağlanmışdı.
e..əklər yavaş-yavaş irəliləməkdə olsunlar biz də görək dünənki hadısələr Hacı müəllimin gözünün qarşısında necə cərəyan eyləyir.
==============xxxxxxxxxxxxxxxxxxxxxxxxx=====================
Hacı müəllim Ələsgər müəllimlə bəhsə girərək az qala bütün maarif işçılərini toya çağırmışdı. Onlar bir ayrı,kənd camaatı da bir ayrı oturmuşdu məclisdə. B irdən kənd camaatı hiss elədi ki onlara “qalstuklular” kimi qulluq olunmur,analıq gözü ilə baxılır. Tarapp qulluqçunun biri aşdı böyrüüstə. Sonra o qulluqçunun qohumları onu döyənin üstünə düşdülər. Bəziləri də maarif işçılərini əzişdirdilər. It yeyəsini tanımadı. Polislər də gəlib çıxdı.qan araq yerinə axdı bir sözlə. Indi kənddən neçəsi damda idi. Hələ çox adam da davanı bəhanə eləyib siyahıya düşməyin dərdindən aradan çıxmışdı. Bəzisi də maarif işçılərinin kənd adamlarından yaxşı ağırlandığını bəhanə edib qırmızıcasına əcəb eləyib yazılmadığını etiraf eləmişdi.
====================xxxxxxxxxxxxxxxxxxxxx==================
Hacı müəllimfikirdən ayılıb siyahıya bir də baxdı. Hələ 50-60 xarabaya dəyəsi idi. Hər evə bir qab dolma, bir qab bozartma, bir araq, bir su, bir pomidor,bir xiyar, bir lülə, bir tikə verib 10 manatını bağırda-bağırda alacaqdı. Bu iş bu gün qurtarmlı idi. Yoxsa siyahıya düşməyənlər sabah uşaq kəsiləndə gəlib ovcuna 1-2 şirvan qoyub aradan çıxacaqdılar. Hələ bəlkə yenə dava düşə bilərdi.
Yolunun üstə qoyun Mürsəlin evi idi ki bu qoyun adını da müəllim özü qoymuşdu ona. Son vaxtlat qulağı ağır eşidən Mürsəl bir gün mərəkədə fərq etdi ki söhbət zəmanənin dəyişməyindən gedir. O da söhbətə qoşuldu-
-Düz deyirsiniz, zəmanə dəyişib. əvvə qoyun mələyəndə ssi çıxardı, indi eləcə ağzını açıb yumur. Elə o söhbətdən sonra adı qalmışdı qoyun Mürsəl.
Balaca Hacı başladı səsləməyə-
-Ay qoyun Mürsəl baba, ay qoyun Mürsəl baba, heeyy
-Kiri it oğlu, hürkütmə qoyun oğlu qoyunu.
Müəllim özü qaz turbasını döydü. Handan hana Mürsəl çıxdı bayıra. Hacı müəllim salamsız –kəlamsız-
-Qulağını bəri tut əə, bəri tut qulağını. Üç dəfə veranxanana gəlmişəm. Niyə gətirib mənim pulumu vermirsən? Haayh? Kişiliyiniz yoxdumu,niyə məni ziyanda qoyursunuz? Haayh?
-Nağayrım, eləmi vələmə şüvən düqşdü ki!
-Mən bilmirəm, pulumu ver.
Yazan: Bəxtiyar hidayət
batka.azeriblog.com
Yangın

Birdən-birə çayçı Qasım icra başçısı Əsəd Orucovu tərifləməyə başlamışdı. əsədi belə adamların tərifləməsi ona görə səs-səda salır ki əvvəllər onlar Əsədi ən radikal şəkildə tənqid edirdilər və bir az da irəli gedərək onu Qazaxın ən böyük bəlası adlandırırdılar. Onu vaxtilə şeytn,dəccal adlandıranın birdən-birə balalarına qurban olum ay Əsəd deməsi əlbəttə ki səbəbsiz deyildi və ola da bilməzdi.
Bu da ondan irəli gəlirdi ki, çayçı Qasımın müştəriləri əsasən rayon müxalifətçıləri olurdular. Qasım da arada onların söhbətinə qulaq verirdi. Hətta müxalifətçilər Əsədin cik-bikindən bəzi şeylər də danışmışdılar ona. Guya Əsəd Qazaxın bir düşməni imiş, guya o olmasa Qazax iri addımlarla irəliləyib Gəncəyə çatası imiş.
Indi görək bəs çayçı Qasımın Əsədi tərifləməyinin səbəbi nə idi. Heydər Əliyev Naxçıvan səfərlərindən birində bir çayçıda çay içib camaatla söhbət etmişdi. Səhəri gün Əsəd öz əyan-əşrəfi ilə Qasımın çayçısına təşrif gətirdi. Qasımın həm malları stıldı,həm də polisin-zadın yanında hörməti qalxdı. Əsədin adamları çayçıda bir snikers qoymadılar hamısını camaata ikram etdilər. əlbəttə ki pulunu vermək şərti ilkə. Beləliklə Qasım çayçını açmaq üçün Əsədə verdiyi rüşvətə cəmi bir həftəyə çıxartdı. Və bundan sonra müxalifətə çayçısına girməsinə icazə vermədi. əsəd də bir gülləylə iki dovşan vurdu-həm müxalifəti çayçıdan qovdu,həm də Heydər Əliyev yoluna sadiqliyini bir daha sübut etdi.
==================xxxxxxxxxxxxxxxxxxx=================
Amma o gözəl günlərin üstündən heç bir ay keçməmişdi ki Qasımın üstündən eləbil tank keçdi.
O müdhiş gün, o Qasımın həyat tarlası yanan gün Qazaxda bir tədbir vardı. Tədbir deyəndə ki, Əsəd özünü ziyalı göstərmək üçün hərdən rayon şairlərinə bir yaradıcılıq gecəsi keçirib könüllərini alardı. Bu tədbirlərə yaradıcılıq gecəsi deyilsə də bu tədbirlər günüz vaxtı-məktəblərin,baxçaların açıq vaxtı keçirilirdi. Həmin gün də rayon şairlərinin başçısı kimi tanınan şair Vüsal Baratın 55 illiyi qeyd edilirdi. Vüsal Barat özü musavatçı olsa da indi Əsədin ona yubiley keçirməsi çox qəribə idi. Əsəd ki müsavat adı eşidəndəelə bil cin bismillah eşidirdi. Deyəsən torbada əqidə vardı.
Yubiley tədbirinin birinci hissəsi başa çatdıqdan sonra ikinci hissəsi “Göyəzən” restoranında davam edirdiyeyib içmək hissəsi. əslində Qazax şairlərinin şeirlərinin ikinci hissəsi də yəni alt qatı da elə yeyib içmək barədə idi-zoğal arağı, xəngəl,ayran, xamralı,hinduşka və s. barədə
Əsəd adəti üzrə çappa-çappa içərək qabağındakıları da belə içməyə məcbur edirdi. Sonra meymuna dönənlərin birini donbalaq aşdırır, birinə “sarı gəlin” oxudur, birinə də meyxana dedirdirdi. Buna görə də şairlərin çoxu özlərini vurmuşdular dindarlığa. Vüsal Baratın guya əlindən hansısa bir qüvvə vurub stəkanı saldı-
-Görürsünüzmü Əsəd müəllim, Allah istəmir ki mən araq içim. Əsəd də bu sözlərə inandı da inanmadı da. Amma bu Vüsal Baratı ki dahi bilirdilər, məclisdəkilərin çoxu onun Allah adamı olmasına şəkk eləmədi.-şairdi də, Allah bunları sevməsə vergi verməzdi ki. Qurban olum o gözəgörünməzin kəramətinə.
əsəd hələ heç kimlə məzələnməmişdi. Tamada aşıq Şamoy sözü şair Saleh Tohidə vermişdi. Saleh Tohid “Heydər baba” şeiri ilə necə məhşurlaşmışdısa rayon zəhmətkeşlərinin gözündən “Əsəd baba” şeiri ilə də eləcə düşmüşdü.
Saleh Tohid yenə o şeiri deyirdi-
Musavatı pərən salan
Əsəd baba,Əsəd baba
QAZAXDA AĞ ATLI OĞLAN
Əsəd baba,Əsəd baba
Elin dövləti varısan
Qazaxın xilaskarısan
Dünyanın şah damarısan
Əsəd baba, Əsəd baba
Əsəd Orucov onun sözünü kəsib dedi-
-Bəsdi şair ,sonra məni də Nizə Mizəffərov kimi biabır edərsən. O nədi o boyda professora demisən ki- bir qeyri məxluqsan öz qurluşunla.Ha,ha, ha…..
Saleh Tohid istədi deyə ki mən demək istəmişəm ki ay professor, sən bir qeyri-adi adamsan. Amma dillənmədi. Bir onu dodaqaltı mızıldandı ki özü də deyirlər Əsəd qəzet oxumur. Hardan tapıb görəsən “Ocaq” qəzetini.
Saleh Tohid bir də onda özünə gəldi ki şair Adətkar Əsədə həsr etdiyi şeirini guppuldadır
—Bu ələ-ayağa dolaşanları
Rədd elə Qazaxdan sən canın, Əsəd
Sən də siyasətdə Səməd Vurğunsan
Göylərə baş çəkir fantanın Əsəd.
Sonra Vüsal Barat nəsə demək istəyirdi ki Əsədin səsi aləmi götürdü başına-
-Kəs görüm əə. Şeirinizin içinə lənət. Görmürsünüzmü aşağıda yanğın var. əsəd sözünü qurtarar-qurtarmaz maşına mindi. Daha orda ki qala bilərdi,maşına minə bilən maşına mindi, minə bilməyən təpəsiüstə götürüldü nə götürüldü.
===========xxxxxxxxxxxxxxxxxx==================
Taxıl biçiləndən sonra yerini yandırırlar ki məhsul gələn il bol olsun. Ağsuda belə bir olay olmuşdu-yandırılan taxıl yerinin alovları Mingəçevir –Bakı işıq xəttini sıradan çıxarmışdı. Bundan sonra Heydər Əliyev demişdi ki hansı rayonda yanğın oldu həmin rayonun icra başçısı işdən azaddır.indi Əsədi də qorxudan bu idi.hətta bəzi sərhəd rayonlarının icra başçıları vəzifələrini ermənilərin səbəbinə qorumuşdu onda-neynəyək, ermənilər yandırıb.
Əsədin bu ərəfədə ən qorxduğu şey yanğın idi. O da öz növbəsində kənd icra nümayəndələrinə tapşırmışdi ki kimin ərazisində yanğın olsa işdən azaddır. Əsəd rayonda o qədər adama pislik eləmişdi ki indi yüz faiz kimsənin ona qarşı təxtibat törədəcəyindən qorxurdu. Elə bu yanğının da təxribat olduğunu düşünürdü. Bu saat fələk də gəlsə ki Əsəd müəllim bəs bu təxribat deyil,Əsəd inanmazdı.
Xatalı kimi səhər maşının qabağından bir qara pişik keçmişdi.
————xxxxxxxxxxxxxxxxxxxxxxxxx———–
Çayçı Qasımın özü Göyəzən restoranının yaxınlığındakı Çaxmaqlı kəndindən idi. Evi də elə restorana yaxın idi. Bir ay olrdı ki bu məhləyə bir qara pişik dadanmışdı. Qasımın quşbaz oğlunun göyərçinlərinə dağ çəkmişdi qara pişik. Nəhayət tələyə düşən pişiyin üstünə nöyüt töküb yandırmışdı uşaq. Və pişik də taxıl yerini yandırmışdı.
Indi Əsədə bunu anlatmaq çətin olardı.
=======xxxxxxxxxxxxxxxxxxxx==========
Yanğın yerinə ən əvvəl Əsədindəstəsi çatmışdı.Əsəd təxribatçıya sıyə-söyə kostyumuyla yanğını söndürürdü. əyan əşrəfi də işə can-başla girişmişdilər. Xüsusən şairlər -sanki səməndər quşu idilər-alovla döş-döşə dayanmışdılar
Kənddən də köməyə gəlmişdilər. Köməyə gələnlərdən kimsə piçiyin yandırılmasını Əsədə bildiri və deyəsən quşbaz uşağı da Əsəd göstərdi. əsəd uşağa elə bir sillə çəkdi ki uşaq bu il ölübsən yoxsa bildir-getdi özündən. Hadisə yerinə yanğınsöndürənlər də yetişdi. Yanğın söndürüldü. Uşağı maşınların birinə qoyub xəstəxanaya çatdırdılar.
———————-xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx———————-
Səhəri günü Əsəd Qasımın çayçısını bulduzerin bıçağının qabağına verdirdi. Çaxmaqlının icra nümayəndəsi də,onun müavini də işdən azad edildi. Bir də Əsəd o kənddən heç kimi icra binasının həndəvərinə yaxın qoymadı.
Əsədlə Çaxmaqlı kəndi arasındakı müharibənin barış rəmzi olacaq göyərçınləri çoxdan yemışdi qara pişik
Qasım indi fəal müxalifətçıdir. Onun dediyinə görə çayxanasının viran edilməsinə Avropa Məhkəməsi münasibət bildirəcəkdi.
Yazan: Bəxtiyar hidayət
batka.azeriblog.com
Yarasa Qanı

Deyirlər insan gördüyü yuxunu cəmi 5-7 saniyə ərzində görür. Halbuki ona elə gəlir ki gecə səhərə qədər yuxu görüb. Yənə vaxt vaxtı udur, əridir. Bax, indi Ərşadın yarasanı vurub yerə salmasını da yuxuya bənzətmək olardı. Ani bir vəziyyətdə ondan yaşca çox böyük oan Mürsəlin dedikləri yada düşdü –eynəyə yarasa qanı sürtdükdə hamını lüt göstərir. Mən bunu bir neçə dəfə yoxlamışam. Filanın qızını, filanın bacısını , filanın arvadını lüt görmüşəm.
Ərşad həmin axşam qonşuları Güldəstə arvaddan qatıq alıb qayıdırdı. Itlərin qorxusundan əlinə bir çomaq almışdı. Başının üstü ilə uçan yarasanı görən kimi ani vəziyyətdə həm Mürsəlin dediklərini xatırladı, həm qatıq bankəsini yerə qoydu və həm də yarasanı vurub yerə salmağı ilə eynəyini cibindən çıxarıb yarasanın qanını eynəyin gözlərinə sürtməyi bir oldu.
==================****************XXXXXXXXXXXXXXXXX___________
Axşam kimə baxası idi ki. Yuxuya gedənə qədər bir xeyli xəyallar qurdu. Qonşunun qızları Simarə və Sitarəyə , o biri qonşunun arvadı Mərziyəyə, muzeydə işləyən burcuda-burcuda gəzən xanıma və s.-lərə lüt halda baxdı xəyallarında. Həmçının sabah rayonda keçirilən Qurtuluş bayramında əhalini feyziyab etməyə gəlmiş Aygünə , Röyaya, Nazpəriyə, Brilyanta, Mananaya baxdı xəyallarında.
Səhər anası, bacıları evdən gedincə yataqdan durmadı. Sonra eynəyi də götürüb məhləyə çıxdı. Məhləyə çıxan kimi eynəyi taxdı.
Aha, bu kimdi belə, keçıbaşlı adam. Eynəyi yuxarı qaldıranda gördü Güldəstə arvaddı, su qajına mız tökür. Elə bu an aşağı küçədən Xanım arvadnan əri Bəylər bağıra-bağıra Güldəstyə tərəf gəlməyə başladılar-
-A qoca qancıq , abırın həyan olsun. Neçə dəfə demək olar qaja miz tökmə.? Su gələndə mizi bizim qapıya gətirir, iy –qoxudan durmaq olmur.Apar o inəklərin sidiyini tök ölülərinin goruna. O inəklər də balalarının ehsanlığı olsun.
-Yanın, partdayın acındanölən köpəkuşağı, bir keçiniz yoxdu südünü sarımsaqlıq edəsiniz. Paxıllıqdan da öləsisiniz. Niyə yuxarı məhlələr kanalizasiyanı arxa buraxa bilir, mən mizi arxa tökə bilmirəm. Görüm o nişannı oğlunuzun ürəyi yatsın elə.
Xanımla Bəylər Güldəstə arvadı təzəcə saçyoldu eləmişdilər ki Güldəstənin əri qirmızı Şamyan da özünü yetirdi. –
-Nədi əə, ellər malını baldırına bağlaya bilmirsənmi?
-Sən get öz gəlininin azarını çək.
O qapıdan, bu qapıdan adamlar çıxmağa başladılar. Kimi tərəflərə qoşulur, kimi də bitərəf qalırdi. Hələ də çaş-baş qalan Ərşad gördü ki Sitarə və Simarə də bitərəf mövqe tutanlardandır.
Söyüş miz yerinə arxla axıdılırdı.
Mərziyə də tamaşa edirdi bu mərəkəyə. Və sonra o da Xanım tərəfdən olduğunu nümayiş etdirdi-
-Düz deyir dəə. Qapıda durmaq olmur, qonaqların da yanında biabır olmuşuq.
Güldəstə onu cavabsız qoymadı-
-Az səni hər axşam maşınnan gətirənləri narahatmı eləyir mənim inəklərim?
-Partta çuşka qızı çuşka. Iki inəyi var elə bilir iki samalyotu var. Əcəb olub. Get oz gəlininin azarını çək!
Belə fürsəti əldən vermək olmazdı . Eynəyi gözünə basan Ərşad heç kimi tanıya bilmədi. Meydanda sanki qoyunlar, eşşəklər, donuzlar, ayılar bir-birinə qarışmışdılar. Yalnız iki təzəcə xoruz gəzən fərə libasında varlıq fərqlənirdi bu meydandakılardan.
Özünü itirən Ərşad eynəyi yuxarı qaldırdı.
Aha, bu qoyuna bənzəyənin biri qırmızı Şamyan, biribiri Məhəmməd , biri Qulu idi. Qancıq itə bənzəyənlərin biri Mərziyə, biri də Xanım idi.
Məhlə ağsaqqalı Prikaz kişi eşşəyə bənzəyən adam imiş. Mürsəl də ki ayıya bənzəyirmiş. Fərəyə bənzəyənlər Sitaraə və Simarə idilər təbii ki.
======================xxxxxxxxxxxxxxxxxxxxx==============
Elə bu an polis maşını vıyıldaya-vıyıldaya özünü yetirdi.
Maşından bir dəstə buldok sifətli qeyri-adi məxluqlar düşüb soxuldular mərəkəyə.
Ərşad yenə Mürsəlin dediklərini yadına saldı-
-Harda dava gördün qaç. Sonra bunun izahat verməyi var, şahid durmağı var, gedib-gəlməyi var. Itin sualına ən yaxşı cavab “bilmirəm”dir. “Bilmirəm”dən ancaq “bilmirəm” çıxır. Yoxsa gördüm dedinsə ondan əlli sual törəyəcək-harda gördün, niyə gördün, nə vaxt gördün, yanında daha kim vardı və s.
Ərşad baxdı ki Mürsəl özü də polisləri görən kimi çəpərə hoppandı, o da aradan çıxdı.
===============xxxxxxxxxxxxxxxxxxxxxxxxx==========================
Doğrusu həmin gün heç kimi lüt görmədi Ərşad. Amma yalnız uşaqlardan başqa adam sifətində adam da görmədi. Hətta konsertə də qatıldı. Amma elə Aygünü də , Nazpərini də , Xatirəni də, Röyanı da eyni görkəmdə gördü-şeytan sifətində.
Axşam evə dönüncə öz anasını da qancıq sifətində gördü. Güzgüyə baxanda özü-özündən qorxdu- o da quzu sifətində imiş sən demə.
Ərşad eynəyi qorrxa-qorxa çıxarıb ayaqları altına atdı. Sonra bir kubik götürüb eynəyin üstünə çırpdı.
Mürsələ olan inamı da eynəklə bərabər çilik-çilik oldu!
Yazan: Bəxtiyar hidayət
batka.azeriblog.com