‘Azeri Şiirleri’ Kategori Arşivi

PostHeaderIcon Çəkirik / Habil Yaşar

http://www.askla.org/wp-content/uploads/habil-yasar.jpgBu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.

Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.

Müəllif: Habil Yaşar / 08.09.2009

PostHeaderIcon Aşkım…

http://s005.radikal.ru/i211/1101/c0/65605eb07fe2.jpg

Sana olan Aşkım öyle bir duygu ki
En mutsuz anımda bile
Bir mücize ile varlığını hissettiriyor
Ne kadar karşı koysamda
Sana olan aşkım tükenmiyor
Cünki ben başkasının olanı istemiyorum.

Sadece Yüreğimin çığlığına kulak veriyorum
Yolumu kayıp etmedim, başka yüreğin kapısını çalmadım
Cünkü biliyorum yüreğim yüreğinde yeşerir
Biliyorum cünkü sabretmekle Aşkımız yeniden dirilcektir
Bir defa su yüzüne çıktı Aşk, Bütün engelleri aşacaktır
Aklın karanlığına rağmen, Yüreğimi aydınlatan yol bu
Yani Aşkın sonsuzluğa giden yolu… Sensin Aşkım…

Yazar: Güler Yavuzey


PostHeaderIcon Mənim kimi sevə bilməz



PostHeaderIcon Boylanır

Yönümü işığa tutub gedirəm,http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg
Gecənin içindən səhər boylanır.
Arzum bir ağacdır qollu-budaqlı,
Bol-bol çiçək açır, bəhər boylanır.
***
Yox yerdən cah-cəlal qurmuşam, nədir?
Kədərin boynunu vurmuşam, nədir?
Xəzinə üstündə durmuşam, nədir?
Ləli şəfəq saçır, gövhər boylanır.
***
Tanrım yaş qoyduqca yaşımın üstə
Bir daşım qalmadı daşımın üstə.
Qoyub əllərini qaşının üstə
Gözümdən qəm baxır, qəhər boylanır.
***
Dünyanın qəribə işləri çoxdur,
Kimə naz-balışdır, kimə də oxdur.
Insan bu mənanı necə oxudu,
Pətəyə bal qoyub, zəhər boylanır.
***
Xəyallar ovçutək pusur bərəni,
Ağlamaq bu yerdə tutur Kərəmi.
Xırman yabıları alıb dövrəmi.
İçimdən bir dəli kəhər boylanır.
***
Qabar əllərini ha döy dizinə,
Kasıb, gözəllərin dəyməz gözümə.
Bir rəis qızının idbar üzünə
Neçə kənd, neçə də şəhər boylanır.

Müəllif: Ziyəddin Səlim

PostHeaderIcon Qorxu

Dərya tək kükrəyər ədan, iddian,http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg
Adi həqiqətdən yoxdur xəbərin.
Görmüşük dərində boğular adam,
Sənin dayazında batıb çox dərin.
Bəlkə xoşlanmadın bu sözlərimdən,
Sərt edib şaxtalar, ayazlar məni.
Neyləyim, uşaqkən qaçdım dərindən,
Böyüdüm, qorxuzdu dayazlar məni.

Müəllif:Ziyəddin Səlim

Ara