‘Azeri Şiirleri’ Kategori Arşivi

PostHeaderIcon Yoxluğumun Varlığı – Habil Yaşar

Annotasiya.

Habil Yaşarın oxuculara t əqdim etdiyi bu kitab “Yoxluğumun Varlığı ” adlanır. Kitabda yazarın dünyaya baxışları, könül duyğuları, eyni zamanda fəlsəfi düşüncələri öz əksini tapmışdır. Bundan öncə şairin 2001–ci ildə “Səni sevdim sevəcəyəm” və 2003-cü ildə “Məni sevgi yaratdı” kitabları oxuculara təqdim edilmişdir.

Sevirəm – çünki sevməsəm yaza bilmərəm.
Yazıram – çünki yazmasam yaşaya bilm ərəm.
Yaşayıram – çünki yaşamasam sev ərək yaza bilmərəm.

PostHeaderIcon Üzüm gülmür

Nə müddətdi üzüm gülmür
Dərə-təpəm,düzüm gülmür
Könlüm gülmür,sözüm gülmür
Bu dərdimi deyim kimə.

Bir xoş sözlə aldat məni
Yolum uzaq oyat məni
Köynəyimdən çıxart məni
Köklənmişəm sarı simə.

Yada düşmür toy düyünüm
Heyə baxıb bir oyunum
Açılmayır heç dütünüm
Sirdaş oldum dərdə qəmə.

Bir mənədə boylan Allah
Hal soran yox aman Allah
Gedən getdi qalan Allah
Üz çevirib təkçə sənə..!

Müəllif: Hüsü

PostHeaderIcon Keçmərəm

Dünya gözəllərlə dola, gözüm yox
Sən mənim dünyamsan, səndən keçmərəm
Uğrunda dözərəm hər əzabına
Yanaram oduna, səndən keçmərəm.

Eşqin gül ətri tək badəyə dola
Həsrətin yaş olub üzdə iz sala
Yolunda eşqimi duman çən ala
Dumandan keçərəm səndən keçmərəm.

Eşqimin gülləri heç zaman solmaz
Hər üzü gözəldə gərəyim olmaz
İnsan namərdliklə heç vaxt ucalmaz
İçimdə bir mən var məndən keçmərəm.

Müəllif: Hüsü

PostHeaderIcon Gözüm Axtarır səni

Yağış olub yağaram,
Şimşək olub çaxaram,
Bənövşə tək baxaram,
Gözüm Axtarır səni.

Günlər aylar ötüşər,
Sevgililər görüşər,
Mənə ayrılıq düşər,
Gözüm Axtarır səni.

Qəlbimi Bağlamışam,
Sənin üçün saxlamışam,
Günümə Ağlamışam,
Gözüm Axtarır səni.

Müəllif: Hüsü

PostHeaderIcon Qəribəsən a dünya

İtirən var,tapan var,
Oyadan var,yatan var,
Səndə izi qalan var,
Qəribəsən a dünya

Dərdlilərə yanan yox,
Hal-əhlini qanan yox,
Dərdimizi cəkən yox,
Qəribəsən a dünya.

Həqiqətsən,yalansan,
Bizi dərdə salansan,
Verdiyini alansan,
Qəribəsən a dünya.

Sevincin az,qəmin yox,
Kədərindən könlüm tox,
Di gəl səndən doyan yox,
Qəribəsən a dünya.

Daşına gül əkirik,
Suyuna nur tökürük,
Əzabını çəkirik,
Qəribəsən a dünya.

Müəllif: Hüsü

Ara