PostHeaderIcon Zəmanədə

Gər qoymadıqsa mənəvi bir iz zəmanədə,
Aya, nə üzlə bəs yaşadıq biz zəmanədə.

Şeytan qədərdi insanə bənzərlərin gücü,
Şəfqətdən, ədldən əlini üz zəmanədə.

Naəhlə, nadürüstə qucaq açdı dəhri-dün,
Hər əyri göstərir özünü düz zəmanədə.

Billahi, indi qiyməti yoxdur kar olmağın,
Dişsiz qalan damaq kimidir söz zəmanədə.

Mən saqi dəf edəndə solumdan gəlir kədər,
Qoymaz fələk ki bir dəm açıb göz zəmanədə.

Arif, bu yerdə zikr elə Sahibzamanı ki,
Namərdə çökdürər o gəlib diz zəmanədə.

Müəllif:Arif Buzovnalı


Be Sociable, Share!

Yorumlara kapalı..