PostHeaderIcon Yuxu oğrusu

Kimsə hər gecə
oğurlayıb aparır yuxumu xəlvətcə.
Gizlədirəm yastığımın altında,
yenə tapır,
Döşəyimin lap alt qatında,
yenə tapır.
Gözlərimin içində olur yuxum
səhərdən gün batanacan,
Kirpiyimin ucunda olur
gecə gəlib yatanacan.
Elə ki yatmaq istəyirəm,
yuxum çıxır yoxa,
Qalıram yuxusuz gözlərimlə baxa-baxa.
O,nədirsə,yuxumu hər gecə qaçırır,
Heç xəbərim də olmur ki, necə qaçırır.
Bir də qaytarıb gətirir səhərə yaxın,
Sərsəri yatıb oyanıram yorğun-arğın.
Yuxuma haram qatır bu oğru hər gecə,
Yuxumu aparıb mənim yuxumla
özümü yatır bu oğru hər gecə?
Axı mən də istəyirəm yatım doyunca,
Dan yeri ağaranda yox,
elə baş yastığa qoyunca.

Ayrı çarə yoxdur,doğrusu,
İş ki belə olub,
deyəsən, mən də olacağam
yuxu oğrusu!

Müəllif: İmarət


Be Sociable, Share!

Yorumlara kapalı..