Yelləncək
Bu dünya fırlanan bir yelləncək
Bütün hər kimlər gəlib yelləncək
Ya yüz illik, ya bir dəqiqəlik
Axırda qurtarıb sona yetəcək
Dayanmasan belə, özü dayanacaq
Səni endirib başqasın alacaq
Bu şərtdir, mütləqdir haqq olaraq
Sən sərnişin, o bir dayanacaq
Biri asta, biri möhkəm gedəcək
Kimsinə uzun, kimsinə gödək gələcək
Biri heç yellənməmiş yarı yolda
Hardansa qırılıb yerə deyəcək.
Yelləncək kimsəyə dar ağacı
Digərinə nar çubuğu, nar ağacı
Birisinə lap heç nə elə-belə
Gəlib görmək, getmək azarı
Yelləncək illərlə çox yellənəcək
Baharda, boranda, yel də görəcək
Sanki daimi döyünən bir ürək tək
Elə hey, döyünəcək, yellənəcək.
Müəllif: Amil Məmiyev
Salamlar shirimi paylashdiginiz ucun teshekkurler buyurun bir sherim de size hediyye olsun…
Eşq məcəlləsi
Sübut istədiyin bu tək sevgimdən
Cinayət işləmiş bir qatil kimi
Tutulub həbs olunmağımı
istəyirəm sənə…
Yaxud,
Vəkil tutduğum ilhamımdan
İttiham olunmuş müttəhim kimi
Bircə şahid durmağını
istəyirəm mənə…
Yalnız,
Hakim kəsilmədiyin ürəyindən
Hökm edib ömürklük bir cəza kimi,
Sevgindən məhrum edilmək istəmirəm
nəsə…
..
Amil Məmiyev