PostHeaderIcon Vətəndir

http://s57.radikal.ru/i156/1004/db/43e36b9c8734.jpg

İncidir, gövhərdir, yaqutdur, ləldir,
Dəyərdə qiymətli para – Vətəndir!
Qənirsiz gözəldən daha gözəldir,
Vətənə həsrətə çarə – Vətəndir!
***
Vətəndir – ürəyim, vətəndir – canım,
Vətəndən başlanır mənim ad-sanım,
Başına döndüyüm Azərbaycanın,
Arazı – Vətəndir, Kürü – Vətəndir!
***
Ürəkdən bağlansaq doğma ocağa,
Öləndə, o, bizi alar qucağa,
Uymayaq qürbətdə keçən xoş çağa,
Deməyək cənnətdir, bura – Vətəndir.
***
Ən şirin duz-çörək, yuxu hardasa,
Bahar rayihəsi, qoxu hardasa,
Babalar məzarı, ruhu hardasa,
Ora – müqəddəsdir, ora – Vətəndir!
***
Dolaşsan mahalı, gəzsən cahanı,
Vətən tək ən əziz bir varlıq hanı?!
Fəxrəddin Sofulunun ürəyi, canı,
Gözünün didəsi, nuru – Vətəndir!

Müəllif: Fəxrəddin Sofulu


Be Sociable, Share!

Yorumlara kapalı..