PostHeaderIcon Təsəlli

“Hər şey yaxşı olacaq”
O, mənə təsəlli verir
Mən isə ona…
Hər şeyin yaxşı olacağından
isə nə mən xəbərdaram,
nə də ki o…
Bilirəm ki, iş tapmalı
və işləməliyəm.
O da bilir ki, iş tapmalı
və işləməliyəm.

İşsizlərin baş alıb getdiyi
bu şəhərdə
Niyəsə hər ikimiz arxayınıq ki,
Hər şey çox gözəl çatacaq sona.
“Hər şey yaxşı olacaq”-
O, mənə təsəlli verir,
Mən isə ona…

Müəllif: Əli Əlioğlu


Be Sociable, Share!

Yorumlara kapalı..