PostHeaderIcon Son məktub

Qaranlıq bir otaqdaElman Zal
Tək bir şam qarşısında
Oxuram son məktubu
Oxuduqca gözlərim
Dolur, dolur ağlaram
Hər kəlimən, hər sözün
Bitdi artıq eşq deyir
Bitməsin yar solaram
Beləmi bitəcəkdir
O ölməz sevdamız de
Bir kağızın üstündə
Beləmi itəcəkdi
O bitməz sevdamız de

Necədə insafsızsan
Yazırsan mən sevmirəm
Bəs nə oldu sözlərin
Bəs hanı əhdi peyman
Demək sevgin yalanmış
Yandım mən , yandım yaman
İnanmıram
Mən inana bilmirəm
Sənmisən bunu yazan
Bəs görmürmü bunları,
Bəs bilmirmi yaradan
Eylədin qəlbi viran
Dağıldım bitdim aman

Qaranlıq bir otaqda
Tək bir şam qarşısında
Oxuram son məktubu
İnləyir qəlbim gülüm
Yanır aldanışıma
Budamı gələcəkdi
Tanrım mənim başıma
Demək yenə yanıldım
Demək yenə boş xəyal
Sevmirsənmiş sən məni
Həyatım büs-bütün al
Qana boyanmış qana
Artıq son nəfəsdəyəm
Neyçün inandım sana
Bu sevgidən xəsdəyəm
Bu kağız, bu on cümlə
Sanki əzrayılımdır
Fərmanı sən vermisən
Gedən mənim canımdır
İnanmıram
Mən inana bilmirəm
Sənmisən bunu yazan
Bəs görmürmü bunları,
Bəs bilmirmi yaradan
Eylədin qəlbi viran
Dağıldım bitdim aman
İnanmıram
Mən inana bilmirəm
Bunu edən yarımdır
Həyatda tək saydığım
Dünyadakı varımdır

Susdum!

Danışmıram dinmirəm
Axır gözdən yaşlarım
Axır mənsə silmirəm
İnləyir gülüm sənsiz
Yandırıb yaxır məni
Günüm yox dərdsiz, qəmsiz
Bu dərdlər bu kədərlər
Öldürər axır məni
Keçmir sənsiz günlərim
Bitmir sənsiz gecələr
Gözəl ala gözlərin
Hər an gülən o siman
Görən mənsiz necələr
Doğurdanda qəlbsizsən!
İndi gül, əylən , oyna
İndi sevin mənsizsən
Gərək qulaq asardım
O vaxt söyləyənlərə
Sevmə o xain qızı
Sevmə gəl deyənlərə
Olana çarə yoxdur
İndi peşmanam, peşman
Sevməsəndə sən məni
Duymasanda sevgilim
Mən səni sevdim yaman!

Qaldım! Tənhalıqda təklikdə
Yadında tanışmışdıq
Səninlə çəmənlikdə
O zaman çiçək kimi
Nə qədər xoş biriydin
Başdan başa çozülməz
Başdan başa sirr idin
Sonra tikana döndün
Əllərimə batırdın
Sonra tikan böyüdü
Qol açdı şaxələndi
Sən qəlbimə batırdın
Səndən sonra çiçəyə
Gülə nifrət bəslədim
Qorxdum aldığım çiçək
Qorxdum aldığım hər gül
Sənin tək tikan olub
Dalayar yenə məni
İndi artıq hər çiçək
Mənə anlatır səni
Olana çarə yoxdur
İndi peşmanam, peşman
Sevməsəndə sən məni
Duymasanda sevgilim
Mən səni sevdim yaman!
İnanma bunlar yalan
Sevmədim səni ilan!

Müəllif:Elman Zal


Be Sociable, Share!

Yorumlara kapalı..