PostHeaderIcon Smslər

1. Qollarımız bir-birinə qandallanıb
Axır ki birləşdik, qardaşım.

2. Ən gözəl qanunlar türmə qanunlarıdı
-hayıf ki, çıxa bilmir qırağa
Qazax bir türmədi, şeirlərim türmə qanunları
Nə deyim şeirlərimə, nə deyim Qazaxa.

3. Xoşbəxtsiniz, qarğalar,
– şəhərin ortasında azad şəkildə toplaşıb
– qarillaşa bilirsiniz
Bədbəxtsiniz, qarğalar
300 il bu xarabada yaşamalısınız

4. Yerdən soxulcan çıxarıb,
– onu qarmağa keçirib
– balıq tutan bu uşaq
– bilirsiniz kimi yadıma saldı-
Şəhid oğlunu qəbirdən çıxarıb
– yardım üçün hər idarəyə bir qarmaq atan
O əclafı

5. Molla, sən düz deyirsən
– əncir müqəddəs ağacdı
– yaxşı arağı olur

6. Gecə bir qara toyuq
– hər şey cücəyə dönüb
– yatır qanadı altda

7. Sən çıxma, mən çıxım deyirsən aya,
Sən çıxma, mən çıxım deyirsən günəşə
Noolar, o gələn ölümə de ki,
Bəxtiyarın yoluna sən çıxma, mən çıxım

8. Qoluna qüvvət usta,
– başa çatdırdın bu divarı
– kimi işəyəcək bu divara
– kimi xəlvətdəyib, hissini tökəcək,
– kimi başını döyüb, hirsini tökəcək
– kimini də güllələyəcəklər, bu divarın önündə
– qanını tökəcək bu divara

9. Ey dünya, səviyyəli şou-biznes
– daha doğrusu şortu biznes nümayəndəsi
Mən çoxdan tüpürmüşəm dünyanın səviyyəsinə

10. Hər prezident gələndə,
Hər deputat gələndə, hər bayram gələndə
Qazaxda S.Vurğunun heykəli
– dəyişir öz rəngini (elə sağlığında da belə olub)
Mənimsə əllərimin qabarı dəyişir, tez-tez

11. Qarabağın açarı rusun cibində
– demokratiyanın açarı Amerikanın cibində
Onsuz da açarımızı itirmişik
– bir araq da ver-
Nisyə dəftərinə yaz
-it dəftərində olmayan adımı.

12. Qollarım arxamda qandallı
– mənim də arxamda duran var-
– daha qorxmuram sizdən

13.Xortumunu fil kimi uzadib,
– qanadlarını açıb
– yerdə təqribi bərabərlik işarəsi çəkən
– bu xoruz hinduşka sanki demək istəyir ki-
– heyvanların və quşların mənşəyi
Təqribən eynidi

14. Səndən sonra ürəyim yaralanmadı
– o qədər araq içdim ki, mədəm yaralandı
Amma arağı atmaq heç də
– səni atmaq qədər asan deyilmiş

15. Ey mənim yeniyetmə dövlətim,
– ononizmlə məşğulsan
– xoşbəxtliyin öz əlindədi

16. Şair var lampa kimidi
– asılmasa işıq saçmaz
Şair də var xiyar kimidi
Sarmaşmasa bar verməz

17. Narkoman olan vaxtlarında
– cənnət həzzi adı altında
– varlı balalarını yoldan çıxarırdı bu adam
İndi dindar olub da
– cənnət xülyası ilə
– kasıb balalarını yoldan çıxarır

18. Xalların buğda dənəsi
– əslində elə bədənin də
– çörək ağacıdı

19. Qızlar-yer üzünün ulduzları
Bəlkə də ərəblər ona görə qırılırlar ki,
Bir zaman diri-diri basdırırmışlar qızları

Müəllif: Bəxtiyar Hidayət


Be Sociable, Share!

Yorumlara kapalı..