PostHeaderIcon Sınaq beşdə bir

Kepkaya ithaf olunur

…Olsun ki, yapçıdan gələcək rüşvət,
Tez ol qafiyə tap, düşübdür fürsət.
Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.

***

Söhbət et bulvardan, tel, blutuzdan,
Sökük eyvanından boylanan qızdan.
Söhbət et dan yeri sökülsə, birdən
Sahildə çürüyən ölmüş qarpızdan.

***

Əlində qəzetlə vur, ölsün milçək.
Əynində kastyumla qalstuku görcək
Sevinən gözlərdən qımışıb gülmə-
“Nə gözəl oğlandır! Gözəl və göyçək!”

***
Boynuna taxdığın qalstuk qırmızı,
Ayağa geydiyin çarıq qırmızı.
“Mini”lər axtarıb, Dubaya gedir
Seçib evləndiyin gözəl kənd qızı

***
İrəli! İrəli, dalğalı gənclik!
Dalğalan, dalğalan, irəli, gənclik!
Budağın üstündən işini görür
Adamın başına baxan sərçəcik.

***

“Çiko” gətir, çırtlayaq tum,
Yaşamaqçün ağzını yum.
“Pavestka” gəlsə qapıya,
Tüpür dabana, qonşuya cum.

Müəllif: Gülşən Cəbi


Be Sociable, Share!

Yorumlara kapalı..