PostHeaderIcon Sevgim

Səni çox sevirəm
ölümünə sevirəm.
Yuxularını gəzərəm,
sənə həmdəm olaram.
Sənə sevirəm deyib,
dodağından öpərəm.

***
Dondurma!
dondurma,
dondurma sevgini qəlbimdə
ürəyim tərsinə işlər
beynim tormozlanar.
Nervimə toxunma mənim
onlar sevginə çox həssas.
Bədənimə sevgiylə toxun ki
ruhum səni çox sevsin.
******
Damarımda axan qansan
demirəm ki dəliqansan
deyirəm ki ürəyimin
ən gözəl damarısan.
*****
Sevməkdən qorxma gülüm
sevmək bir azar deyil
sevmək sevilmək demək
gəl sevişək ölümünə
olsun ömrümüz şən
həyatımız məzəli
bir az duzlu, istiolu
rəng də qat həyatımıza
axı səndə rəng çoxdur
sanki göy qurşağımsan
rəngli insanları heç sevmərəm
amma səni çox sevirəm
çünki fərqlisən sən
digər insanlar kimi
rəng verib rəng almırsan
*****
Sənə sms yazmaq üçün
ehtiyacım var yüz kontura
sənə sevirəm demək üçün
ehtiyacım var cəsarətə
nəhayət səninlə yaşamaq üçün
ehtiyacım var sevginə
*****
Səni çox sevirəm
ölümünə sevirəm.
Yuxularını gəzərəm,
sənə həmdəm olaram.
Sənə sevirəm deyib,
dodağından öpərəm.

Müəllif: Seymur Əlioğlu


Be Sociable, Share!

Yorumlara kapalı..