PostHeaderIcon Sevgilim Dönməzmisən

Qayitdi bütün gedənlər,
Aşiqlərin tərk edənlər,
Səndən isə bir xəbər yox
Yoxmu görüb eşidənlər?
Ah,sevgilim dönməzmisən?!

Qayitdi durna qatari,
Gətirdi gözəl bahari,
Bizdə isə hələ qişdir…
Kəsməyib hicranın qarı,
Ah,sevgilim dönməzmisən?!

Gəldi çatdı bayram ayi,
Ucaldi şənlik harayi,
Hami gülür,şadliq edir…
Yalnizca məndən savayi,
Ah,sevgilim dönməzmisən?!

Hami yazir səadətdən,
Vüsal bulmuş məhəbbətdən,
Coşğun isə göz yaşıyla
Yazır yalnizca həsrətdən,
Ah,sevgilim dönməzmisən?!

Müəllif: Coşğun Cəfər


Be Sociable, Share!

Yorumlara kapalı..