PostHeaderIcon Sənsizliklə çəkirəm mən

http://s56.radikal.ru/i153/0808/e0/42f81e22119f.jpg

Təkliyimə alışmışam,

sənsizliklə çəkirəm mən

Harayıma hayın çatmır, yad ürəyə köçürəm mən.

Yığışdırıb sənsizləşmiş hisslərimi yola düşdüm

Yolun azmış, yorğun düşmüş qonaq kimi

Gecələdim bir ürəyin qapısında

Qonaq oldum, çox keçmədi ev yiyəsi

Bu gündən başladı, elə hər şey də

Uydurduğum yalançı bir həyat tərzi,

Yiyəsizlik, özbaşınalıq daha nələr baş tutmadı

Nə çətinmiş yad qapıda doğmalaşmaq,

Ağlamaq istərkən gülmək,

Gülmək istərkən ağlamaq

Və nəhayət özün ola-ola bağışlamaq.

İstisinə isinməyə çalışsam da,

İkiəlli ətəyindən yapışsam da,

Sığınmadım o ürəyin kölgəsində,

Sığışmadım bir ürəyin istəyinə.

Daha düzü bacarmadım,

Heç vicdanım yol vermədi.

Sənsizliklə çəkirəm mən,

Yenə sənə əl açmadım.

Lazım gəlsə, bu qapıda yataram mən,

Ocağında isinərəm, məclisində oturaram,

Sağlıq deyib, gülərəm mən

Lap sənin acığına …..səni unudaram mən!

Amma neyləyim ki,

İllərdən bəri yol gəldiyim —–

Bu yolculuq təcrübəmdə

Bir şeyi anladım, sənsizliklə çəkirəm mən!

Duyğum, hissim sənsizləşib, susamışam sənsizliyə.

Qəlbimdəki sənə qarşı duyğularım

Əşyaları ora-bura atılmış

Səliqəsiz bir qadının ev işini xatırladır.

Sənə qarşı duyğularım bu haldadır!

Səpələnib ürəyimin bir küncünə,

Qəribə bir şəkil alıb.

Səpələnmiş hisslərimin nizamına sığışmırsan!

Neyləyim ki, sən soyuqsan, qəlbim isti

Bu soyuqluq, bu ögeylik qəlbimdəki

Titrəyişlə uyğun gəlmir,

ürəyimə yapışmırsan!

Amma yenə səpələnmiş hislərimdə yaşayırsan,

Duyğusu o künc bu küncə atılmış səliqəsizlikdə,

Daha doğrusu duyğularımın

Səpələnmiş səliqəsizliyində

Amma bir şey var

Sənsizliklə çəkirəm mən

Müəllif: Aynurə Həsənova


Be Sociable, Share!

Yorumlara kapalı..