PostHeaderIcon Sənsizlik depressiyası

danışma
sadəcə yuxularımda
səssiz lentlər kimi
öz rolunu oyna
bu mənə yetər
xatirə dəftərimin
hər səhifəsi
səni sayaqlayıb
qırmızı qələmlərlə
səni canlandırırsa

çox istəmirəm
eləcə də qal
getdiyin vücudun olsa da
silmə səninlə toz bağlamiş
bu fikirlərdən
çəkdirdiyim şəkilləri
hər gecə sən gələcək
divardakı saatı dala çəkmək
səni otağımda saxlamaqçün
bir bəhanədir
mənə yaraşan
nə edim?
Mən də dağılmış arzularımı
Hər gecə belə yığıram
bir yerə.


Müəllif: Asif Eminov


Be Sociable, Share!

Yorumlara kapalı..