PostHeaderIcon Səninlə

səninlə yalnızlığı unutdum
yalnızlığı
artıq düşüncələrimdə biri var
dərdləşdiyim,
bölüşdüyüm,
sevişdiyim…

səninlə özümü sevməyi unutdum
özümü sevməyi
necə də boz,
ağ-qara,
rəngsizəmmiş

səninlə səni unutdum
səni
səninlə olmaq axmaqlıq,
səfehlik,
qürursuzluq

səninlə unutmağı unutdum
unutmağı

Müəllif: Şəbnəm Bəkirzadə


Be Sociable, Share!

Yorumlara kapalı..