PostHeaderIcon Sənin Məhəbbətin Yaşadır məni

Min don gətirib bahar hər yana,http://s57.radikal.ru/i156/0909/04/f720e64b49fb.jpg
Min nəğmə bürüyüb çölü-çəməni.
Yaz necə torpağı gətirir cana,
Sənin məhəbbətin yaşadır məni.

Gül olsan, bulaq tək axıb gələrəm,
Bulud ol, şimşək tək çaxıb gələrəm,
Ulduz ol, yanına çıxıb gələrəm,
Sənin məhəbbətin yaşadır məni.

Vədəsiz yol gələn səhər yelisən,
Torpaqdan boylanan nərgiz gülüsən,
Nə deyim, mən sənə, vallah, dəlisən,
Sənin məhəbbətin yaşadır məni.

Bir bitməz-tükənməz nağıl payımsan,
Kükrəyən dənizim, axan çayımsan.
Çörəyim, duzumsan, havam, suyumsan
Sənin məhəbbətin yaşadır məni.

21.08.2003.

Müəllif: Sərdar Zeynal

E mail:[email protected]


Be Sociable, Share!

Yorumlara kapalı..