PostHeaderIcon Sən demə

Çox gözlədim, sonu gəldi, yetişdi,
Alma yoxmuş nağıllarda sən demə.
Ha dindirdim, danışmadı mənimlə,
Nağıl imiş qoğallar da sən demə.

Düşündükcə dayazını, dərini,
Dərk eylədim bu həyatın sirrini,
Acısını mənə verib, şirini,
Gizlədirmiş noğullarda sən demə.

Yanılmazmı qəm əhlindən eşq uman,
Sevinərmi gözlərindən nəm daman?
Bir dəlilik gizlənirmiş hər zaman,
Ən mötəbər ağıllarda sən demə.

Müəllif: Sevinc Şəhrazqızı


Be Sociable, Share!

Yorumlara kapalı..