PostHeaderIcon Sən dəlisən?

Mənə deyirlər ki,
Sən dəlisən,
gülüncsən,
gülməlisən.
o qədər ecazkar qızlar,
əndamını, sinəsini, açmışlar,
neçə-neçə salonlar,
marka maşınlar,
içərisindəki maqnitafonlar,
dəb-dəb mahnılar,
sən dəlisən?
bir dəfə də olsun sataşmamaq,
bıçaqlayıb içəridə yatmamaq,
kişi kimi yaşamamaq,
hə nə deyirsən,
sən dəlisən?
Əlində kitab, gözündə eynək,
gününü boş-boş oxumaqla,
gözünü kor etmək
sən dəlisən?
Yazı yazıb yazıçı olmaq,
Şeir qoşub şair olmaq,
öz daydayından,
öz adamından
tapşırılmamaq?
Sən dəlisən?
Gülməlisən!
Yıxılana baxıb gülməmək?
çolağa çolaq deməmək?
bir dəfə də olsun keflənməmək
Sən dəlisən?
Avtobuslarda, oturacaqlarda
tək ayaqlılara,
küt qocalara
durub yer vermək?
Sən dəlisən?

Müəllif: Amil Məmiyev


Be Sociable, Share!

Yorumlara kapalı..