PostHeaderIcon Sən, bəlkə də

Sən, bəlkə də, güclüsən,
Sən, bəlkə də, gözəlsən,
ağıllısan, ustasan, çox şeylərə qadirsən,
Amma nolsun, yenə də özün özünə sirsən.

Sən kimsən ki?
Allahın bir günahkar bəndəsi,
Sən heç bir şey olardın olmasaydı üstündə
yaradanın kölgəsi.

Bu kölgədən qıraqda sən atəşlər içində
qıvrılarsan, yanarsan,
çəkdiyin iztirablar gözündə yaşa dönər,
bir ümid axtararsan, bir təsəlli gəzərsən,

umidin, təsəllinin ürəyi daşa dönər.

Bu kölgədən qıraqda
Gah düşərsən şaxtaya,
titrəyərsən, donarsan,
əsərsən əsim-əsim,
yazın da qışa dönər.

Anlaşılmaz bir qorxu həybətli kabus kimi
sarılar vücuduna,
zəhərli caynağını batırar ürəyinə,
ürəyin qopub düşər ayağının altına,
ürəksiz vücudunu arxasınca sürüyər
cəhənnəmin ən dərin, ən dəhşətli qatına.

Bu kölgədən qıraqda
nə ağıllısan, nə dəli,
nə olüsən, nə diri,
olərsən, dirilərsən
gündə neçə yüz kərə,
bir kimsə də bacarmaz,
bir kimsə də tapılmaz
könlünə dinclik verə…
Qaytar, İlahi, qaytar
kölgəndən sapanları
kölgən düşdüyü yerə!!!

Müəllif: Səhər Aypara


Be Sociable, Share!

Yorumlara kapalı..