PostHeaderIcon Sənə nifrətim var

Sənə nifrətim var
bir dünya qədər…
Yox ol, məhvin gərəkdir,
məhv etdin məni, yetər!
Ürəyimdə sevginin
bağladın qapısını.
Mənə qaldı saxlamaq
bu sevginin yasını…
Əyilməyən qəddimi
qarşında əydim, lakin
qalib mən olmalıydım
nə küdurət, nə də kin!
Məni məndə yox edən,
lənətlər olsun sənə…
Sardın bütün ruhumu,
məni aldın cənginə.
Qara qüvvənə sənin
qurban verdim eşqimi
Bununla da bilmədən
Məhvi oldum sevgimin…
Qürur,
sənə nifrətim var
bir dünya qədər…
Yox ol, məhvin gərəkdir,
məhv etdin məni, yetər!

Müəllif:Tuana


Be Sociable, Share!

Yorumlara kapalı..