PostHeaderIcon Şəhərdə

1

Hər gün eyni yolla gedirəm

Ürəyim bulanır artıq bu görüntüdən –

Boğazını yırtan avtobuslar

Bazardan qayıdan

Yorğun arvadlar –

Ürəkləri bahalıqdan gileylə dolu

Zənbilləri – ümidlə…

İliyinə qədər doğma olmasa da

Yad da olmayan şəhərimin

Dəyişmiş orqanizmini görmək

Nə qədər ağır…

Barlar restoranlar

Yeni evlər

Dükanlar

Neon alovu ilə gözə girərək

Bizik burda hökmdar deyir

Ac insanlar qarışqa kimi

Bu acıqlı neon görüntülərindən

Tələsik yan keçır

Sınıq xətli küçələr şəhərin içində

Mən də içimdəki sınıqlıqla

Sınıq küçələrdə…

Kim kimdən şikayətçi?

Mənmi özüm özümdən

Küçələrmi məndən…

Dikdabanlarımla vururam küçələrin düz ürəyinə…

Külək evlərin arasında əylənir

Darıxan uşaq kimi

Mən də veyillənirəm

Sərsəri aşıq kimi…

Ehh…

Bu şəhərdə könül açan bir ürək yox…

Müəllif: Sima Ənnağı


Be Sociable, Share!

1 Yorum “Şəhərdə için.. ”

  • mikayıl diyor ki:

    Sınıqlıq insanın özü-özünə zülmündən başqa bir şey deyil…Nikbin və inamlı olamq gərək…