PostHeaderIcon Qurbət

Fələk amansizca sürdü məni yad ellərə…
Həsrətlə baxaraq qaldım a qürbət.
İndi gücüm yetir ancaq bu boş sətirlərə,
Fikrimdən alışıb yandim a qürbət.

Ömrümün baharın aldın əlimdən,
Saçlarım ağardı dərddən, kədərdən,
Qərib olub ayrı düşdüm elimdən,
Məni yad ellərə saldın a qürbət.

Charesiz evimin işığı söndü,
Bircəcik anam da kimsəsiz öldü,
İçimdəki hisslər nifrətə döndü,
Acım qəlb evimi sökdü a qürbət.

Eşqimin çiçəyi saraldı soldu,
Biçarə sevgilim saçını yoldu,
Məhəbbətin sonu ayrılıq oldu,
Bəs sevib sevilmək noldu a qürbət?

Vətən nisgilini içimə saldın,
Zavallı nakama biganə qaldın,
Hər gun milyon dəfə canımı aldın,
Bir yol al bu canı qurtar a qürbət.

Müəllif: Günel Quliyeva


Be Sociable, Share!

Yorumlara kapalı..