PostHeaderIcon Qorxu

Heç kimdən bu qədər utanmamışdım,
Bu gün səndən utandığım qədər.

Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə
Çəkdim gözümü üzündən,
Utandım gözündən,
İnanmadığımı anlarsan deyə gözümdən,
Zillədim onları çayıma…
Qoydum özümü axmaqlığa ki,
Əmin olasan inanmağıma…

Qorxdum inanmadığımı bilsən,
Xəcalət çəkərsən.
Dözmərəm məni aldadarkən belə, sınmağına…

Lənət olsun! Özümdən utandım.
Çayımın içindəki üzümdən utandım.

Heç kimdən bu qədər utanmamışdım…

Müəllif: Leyla Mətin


Be Sociable, Share!

Yorumlara kapalı..