PostHeaderIcon Qəzəl

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.

Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.

O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.

Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.

Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.

Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.

Müəllif: Ziyəddin Səlim


Be Sociable, Share!

1 Yorum “Qəzəl için.. ”

  • VELİXAN diyor ki:

    salam sayt yaxsidi amma bura mukammal qəzəllər qoyun bizda oxuyanda feyziyab olaq ugurlar agar lazim olsa komaklik eliya bilarik

    ………………..salma qiymatdan sözü .!